https://sputnik.az/20220216/muharibede-yaralanan-uc-mine-yaxin-herbciye-elillik-teyin-edilib-439247126.html
Müharibədə yaralanan üç minə yaxın hərbçiyə əlillik təyin edilib
Müharibədə yaralanan üç minə yaxın hərbçiyə əlillik təyin edilib
Sputnik Azərbaycan
Əlillik təyinatı ilə əlaqədar onlara əlillik dərəcələrinə uyğun olaraq birdəfəlik sığorta ödənişi və 5300-dən çox aylıq sosial ödənişlərin təyinatı aparılıb. 16.02.2022, Sputnik Azərbaycan
2022-02-16T20:59+0400
2022-02-16T20:59+0400
2022-02-16T20:59+0400
əlil
cəmiyyət
əlillik
əmək və əhalinin sosial müdafiə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1e/426098523_0:65:2048:1217_1920x0_80_0_0_67b12aa7c647f98a40d44dd05e69e7c6.jpg
BAKI, 16 fevral — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi işlərini aidiyyəti qurumlarla birgə davam etdirir.Nazirlikdən Sputnik Azərbaycan-a bildiriblər ki, həmin şəxslərdən artıq 2659 şəxsə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunub.Əlillik təyinatı ilə əlaqədar onlara əlillik dərəcələrinə uyğun olaraq birdəfəlik sığorta ödənişi və 5300-dən çox aylıq sosial ödənişlərin (Prezidentin aylıq təqaüdü və əlilliyə görə müavinət, yaxud əlilliyə görə əmək pensiyası) təyinatı aparılıb.Agentliyin həkim-ekspertləri Nazirlər Kabinetinin qərarı ilə yaradılmış komissiyada təmsil olunan digər qurumların nümayəndələri ilə birgə hərbi qulluqçuların ilk növbədə əyani müayinəsi və müvafiq sənədləşdirmə işləri aparılır.Müdafiə və Ədliyyə nazirliklərinin, Daxili Qoşunların, Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyaları tərəfindən xəsarət və ya xəstəliklərinin hərbi xidmətlə əlaqəsinin müəyyənləşdirilməsi məqsədilə şəhadətnamələr və tibb müəssisələri tərəfindən göndəriş (forma 88) elektron sistemə daxil edilir. Son mərhələdə əlilliyin qiymətləndirilməsi aparılaraq qərar verilir.Həmçinin oxuyun:Yaralanma varsa, bu, mütləq əlillik demək deyil - NazirlikBirinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilmə qaydası hazırlanıbI Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəniş ediləcəkƏlillik dərəcəsi olanların müavinətləri necə və neçə manat artacaq - Nazirlik açıqladıMüavinət və təqaüdlərin artırılması barədə fərman və sərəncamlar kimləri əhatə edir
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1e/426098523_0:0:1800:1350_1920x0_80_0_0_08cc394dc6ec359a685361f9b38451e2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
müharibədə yaralanan kimlərə əlillik təyin edilib
müharibədə yaralanan kimlərə əlillik təyin edilib
Müharibədə yaralanan üç minə yaxın hərbçiyə əlillik təyin edilib
Əlillik təyinatı ilə əlaqədar onlara əlillik dərəcələrinə uyğun olaraq birdəfəlik sığorta ödənişi və 5300-dən çox aylıq sosial ödənişlərin təyinatı aparılıb.
BAKI, 16 fevral — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi işlərini aidiyyəti qurumlarla birgə davam etdirir.
Nazirlikdən Sputnik Azərbaycan-a bildiriblər ki, həmin şəxslərdən artıq 2659 şəxsə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunub.
Əlillik təyinatı ilə əlaqədar onlara əlillik dərəcələrinə uyğun olaraq birdəfəlik sığorta ödənişi və 5300-dən çox aylıq sosial ödənişlərin (Prezidentin aylıq təqaüdü və əlilliyə görə müavinət, yaxud əlilliyə görə əmək pensiyası) təyinatı aparılıb.
Agentliyin həkim-ekspertləri Nazirlər Kabinetinin qərarı ilə yaradılmış komissiyada təmsil olunan digər qurumların nümayəndələri ilə birgə hərbi qulluqçuların ilk növbədə əyani müayinəsi və müvafiq sənədləşdirmə işləri aparılır.
Müdafiə və Ədliyyə nazirliklərinin, Daxili Qoşunların, Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyaları tərəfindən xəsarət və ya xəstəliklərinin hərbi xidmətlə əlaqəsinin müəyyənləşdirilməsi məqsədilə şəhadətnamələr və tibb müəssisələri tərəfindən göndəriş (forma 88) elektron sistemə daxil edilir. Son mərhələdə əlilliyin qiymətləndirilməsi aparılaraq qərar verilir.
Əlillik dərəcəsi olanların müavinətləri necə və neçə manat artacaq - Nazirlik açıqladı