https://sputnik.az/20220108/yaralanma-varsa-bu-mutleq-elillik-demek-deyil---nazirlik-437947784.html
Yaralanma varsa, bu, mütləq əlillik demək deyil - Nazirlik
Yaralanma varsa, bu, mütləq əlillik demək deyil - Nazirlik
Sputnik Azərbaycan
Ümumilikdə əlilliklə bağlı 2021-ci il ərzində təxminən 12 minə yaxın göndərişə sistem tərəfindən imtina verilib.
2022-01-08T09:00+0400
2022-01-08T09:00+0400
2022-01-08T09:00+0400
əlil
azərbaycan xəbərləri
nazirlik
komissiya
əlillik
tərxis
https://cdnn1.img.sputnik.az/img/07e5/06/04/427123670_0:0:3000:1688_1920x0_80_0_0_417c9cb40c590685a11c7c6fe0aa4ee1.jpg
BAKI, 8 yanvar — Sputnik. Vətən müharibəsi iştirakçılarına əlillik təyinatına həssas yanaşılır. Ötən ilin yanvarında ölkə Prezidenti tərəfindən sərəncam verildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər müvafiq dövlət qurumları ilkin olaraq ağır hal kimi qiymətləndirilən 3805 qazinin qiymətləndirilməsini aparıb.Spurnik Azərbaycan-ın məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov bildirib. O qeyd edib ki, həmin şəxslərdən 3729 nəfərə Müdafiə Nazirliyi və digər güc strukturları tərəfindən şəhadətnamə verildikdən sonra qiymətləndirmə aparılıb. Beləliklə, 2021-ci il ərzində Vətən müharibəsinin 2500-dən artıq qazisinə əlillik təyinatı aparılıb.Nzirlik rəsmisi deyir ki, qazilərdə və ümumilikdə cəmiyyətdə belə bir düşüncə formalaşıb ki, yaralanma varsa, mütləq bu, əlillik deməkdir:“Yaralanmanın nəticəsində mövcud olan fəsadlar, funksional pozuntular əlillik təyinatına əsas verirsə, bu halda əlillik təyin olunur. Hərbidən tərxis olunmaq, yaralanmaq başqa, əlillik isə başqa məfhumdur. Hərbidən tərxis olunan şəxsin əlillik təyinatının olması üçün mütləq dövlət tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilməli və həmin göndəriş əsasında qiymətləndirilmə həyata keçirilməlidir. Hərbiyə qismən və ya tam yararsız olanda şəxs tərxis olunur. Tərxis olunmaya səbəb olan xəstəlik və ya travmanın ağırlaşmalarının əlillik təyinatına əsas verib-vermədiyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində olan ekspert komissiyalarının fəaliyyət sahəsidir”.Qeyd edək ki, ümumilikdə əlilliklə bağlı 2021-ci il ərzində təxminən 12 minə yaxın göndərişə sistem tərəfindən imtina verilib. 60 min göndərişdən isə natamam doldurulma səbəbindən imtina edilib. Dövlət tibb müəssisəsi tərəfindən qeyd edilən diaqnoz müayinələrlə əsaslandırılmadıqda göndərişin natamam doldurulması barədə qərar verilir.Bəzi hallarda müalicə kursu tam başa çatmadan tibbi sosial ekspert komissiyasına göndərişlər də rəsmiləşdirilir. Bu hallarda da imtina verilir. Ötən il təxminən 56 min göndərişə əlavə müalicə olunma ilə əlaqədar imtina verilib.Həmçinin oxuyun:Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilmə qaydası hazırlanıbI Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəniş ediləcəkƏlillik dərəcəsi olanların müavinətləri necə və neçə manat artacaq - Nazirlik açıqladıMüavinət və təqaüdlərin artırılması barədə fərman və sərəncamlar kimləri əhatə edir
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/04/427123670_333:0:3000:2000_1920x0_80_0_0_e3adbb99b8fe3fbeb021e618101e30db.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yaralanma varsa, bu, mütləq əlillik demək deyil - nazirlik
yaralanma varsa, bu, mütləq əlillik demək deyil - nazirlik
Yaralanma varsa, bu, mütləq əlillik demək deyil - Nazirlik
Əlillik dərəcəsi verilən Vətən müharibəsi iştirakçılarının sayı açıqlanıb.
BAKI, 8 yanvar — Sputnik. Vətən müharibəsi iştirakçılarına əlillik təyinatına həssas yanaşılır. Ötən ilin yanvarında ölkə Prezidenti tərəfindən sərəncam verildikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər müvafiq dövlət qurumları ilkin olaraq ağır hal kimi qiymətləndirilən 3805 qazinin qiymətləndirilməsini aparıb.
Spurnik Azərbaycan-ın məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini
İlkin Yusifov bildirib. O qeyd edib ki, həmin şəxslərdən 3729 nəfərə Müdafiə Nazirliyi və digər güc strukturları tərəfindən şəhadətnamə verildikdən sonra qiymətləndirmə aparılıb. Beləliklə, 2021-ci il ərzində Vətən müharibəsinin 2500-dən artıq qazisinə əlillik təyinatı aparılıb.
Nzirlik rəsmisi deyir ki, qazilərdə və ümumilikdə cəmiyyətdə belə bir düşüncə formalaşıb ki, yaralanma varsa, mütləq bu, əlillik deməkdir:
“Yaralanmanın nəticəsində mövcud olan fəsadlar, funksional pozuntular əlillik təyinatına əsas verirsə, bu halda əlillik təyin olunur. Hərbidən tərxis olunmaq, yaralanmaq başqa, əlillik isə başqa məfhumdur. Hərbidən tərxis olunan şəxsin əlillik təyinatının olması üçün mütləq dövlət tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilməli və həmin göndəriş əsasında qiymətləndirilmə həyata keçirilməlidir. Hərbiyə qismən və ya tam yararsız olanda şəxs tərxis olunur. Tərxis olunmaya səbəb olan xəstəlik və ya travmanın ağırlaşmalarının əlillik təyinatına əsas verib-vermədiyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində olan ekspert komissiyalarının fəaliyyət sahəsidir”.
Qeyd edək ki, ümumilikdə əlilliklə bağlı 2021-ci il ərzində təxminən 12 minə yaxın göndərişə sistem tərəfindən imtina verilib. 60 min göndərişdən isə natamam doldurulma səbəbindən imtina edilib. Dövlət tibb müəssisəsi tərəfindən qeyd edilən diaqnoz müayinələrlə əsaslandırılmadıqda göndərişin natamam doldurulması barədə qərar verilir.
Bəzi hallarda müalicə kursu tam başa çatmadan tibbi sosial ekspert komissiyasına göndərişlər də rəsmiləşdirilir. Bu hallarda da imtina verilir. Ötən il təxminən 56 min göndərişə əlavə müalicə olunma ilə əlaqədar imtina verilib.
Əlillik dərəcəsi olanların müavinətləri necə və neçə manat artacaq - Nazirlik açıqladı