https://sputnik.az/20220216/dovlet-miqrasiya-xidmeti-ecnebilere-muraciet-edib-439250838.html
Dövlət Miqrasiya Xidməti əcnəbilərə müraciət edib
Dövlət Miqrasiya Xidməti əcnəbilərə müraciət edib
Sputnik Azərbaycan
Fevralın 17-dən etibarən ölkəyə giriş etmiş əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin uzadılması yalnız onların müraciətləri nəzərə alınmaqla həyata... 16.02.2022, Sputnik Azərbaycan
2022-02-16T20:08+0400
2022-02-16T20:08+0400
2022-02-16T20:09+0400
miqrasiya
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/42262/26/422622650_0:116:1875:1171_1920x0_80_0_0_b2c8b686820be5c085d8bb8aa66a2ec3.jpg
BAKI, 16 fevral — Sputnik. Nazirlər Kabinetinin 2022-ci il 15 fevral tarixli Qərarı ilə hava yolu ilə Azərbaycana giriş-çıxışına icazə verilən ölkələrin sayı artırılıb. Bu ölkələrin siyahısı Nazirlər Kabinetinin 151 nömrəli Qərarında (http://e-qanun.az/framework/47549) göstərilib.Qərara əsasən, həmin ölkələrin vətəndaşları və o ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşları, habelə vətəndaşlığı olmayan şəxslər Qərarda göstərilmiş tələblər (COVD-19 pasportu, PCR testi və s.) nəzərə alınmaqla, hava yolu ilə Azərbaycana giriş-çıxış edə bilərlər.Dövlət Miqrasiya Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, Azərbaycanda tətbiq olunan xüsusi karantin rejiminin hazırki tələbləri nəzərə alınaraq, 17 fevral tarixindən etibarən ölkəyə giriş etmiş əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin uzadılması yalnız onların müraciətləri (Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 40-cı maddəsində nəzərdə tutulmuş əsaslar olduğu halda) nəzərə alınmaqla həyata keçiriləcək.Bu müddət bitənədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti uzadılmamışdırsa, onlara müvəqqəti yaşamaq üçün icazə verilməmişdirsə, habelə onlardan müvəqqəti olma müddətinin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün ərizə qəbul edilməmişdirsə, onlar hava yolu və ya Azərbaycan Respublikasının ərazisini öz səfirliklərinə müraciət etməklə quru sərhəd yolu ilə tərk etməlidirlər.Ətraflı məlumat üçün (012) 919 Çağrı Mərkəzinə zəng etmək mümkündür.Həmçinin oxuyun:Mühacirlərin dönüşü: Azərbaycan vətəndaşlarını Almaniyadan deportasiya etdilər
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42262/26/422622650_207:0:1875:1251_1920x0_80_0_0_905c4d16278aac8a209d06a259542fbf.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
dövlət miqrasiya xidməti əcnəbilərə niyə müraciət edib
dövlət miqrasiya xidməti əcnəbilərə niyə müraciət edib
Dövlət Miqrasiya Xidməti əcnəbilərə müraciət edib
20:08 16.02.2022 (Yenilənib: 20:09 16.02.2022) Fevralın 17-dən etibarən ölkəyə giriş etmiş əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin uzadılması yalnız onların müraciətləri nəzərə alınmaqla həyata keçiriləcək.
BAKI, 16 fevral — Sputnik. Nazirlər Kabinetinin 2022-ci il 15 fevral tarixli Qərarı ilə hava yolu ilə Azərbaycana giriş-çıxışına icazə verilən ölkələrin sayı artırılıb. Bu ölkələrin siyahısı Nazirlər Kabinetinin 151 nömrəli Qərarında (http://e-qanun.az/framework/47549) göstərilib.
Qərara əsasən, həmin ölkələrin vətəndaşları və o ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşları, habelə vətəndaşlığı olmayan şəxslər Qərarda göstərilmiş tələblər (COVD-19 pasportu, PCR testi və s.) nəzərə alınmaqla, hava yolu ilə Azərbaycana giriş-çıxış edə bilərlər.
Dövlət Miqrasiya Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, Azərbaycanda tətbiq olunan xüsusi karantin rejiminin hazırki tələbləri nəzərə alınaraq, 17 fevral tarixindən etibarən ölkəyə giriş etmiş əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin uzadılması yalnız onların müraciətləri (Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 40-cı maddəsində nəzərdə tutulmuş əsaslar olduğu halda) nəzərə alınmaqla həyata keçiriləcək.
Bu müddət bitənədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti uzadılmamışdırsa, onlara müvəqqəti yaşamaq üçün icazə verilməmişdirsə, habelə onlardan müvəqqəti olma müddətinin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün ərizə qəbul edilməmişdirsə, onlar hava yolu və ya Azərbaycan Respublikasının ərazisini öz səfirliklərinə müraciət etməklə quru sərhəd yolu ilə tərk etməlidirlər.
Ətraflı məlumat üçün (012) 919 Çağrı Mərkəzinə zəng etmək mümkündür.