Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Mühacirlərin dönüşü: Azərbaycan vətəndaşlarını Almaniyadan deportasiya etdilər

© AFP 2024 / FRANCOIS LO PRESTIMiqrant
Miqrant - Sputnik Azərbaycan, 1920, 16.02.2022
Abunə olmaq
Geri qəbul prosesi pandemiya ilə əlaqədar müəyyən edilən qaydalar çərçivəsində həyata keçirilib
BAKI, 16 fevral — Sputnik. "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş çərçivəsində Azərbaycan Respublikası vətəndaşı olan 39 nəfər Almaniya Federativ Respublikasından, 3 nəfər isə Avstriya Respublikasından ölkəyə geri qəbul edilib.
Bu barədə Sputnik Azərbaycan-a Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsindən xəbər verilib.
Bildirilib ki, geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.
Qeyd edək ki, fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.
Xatırladaq ki, "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş 2014-cü ildə təsdiq edilib.
"Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş 2014-cü il fevralın 28-də Brüssel şəhərində imzalanıb.
Xəbər lenti
0