Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Əhalini daha fəal olmağa çağırırıq - AEM

© Sputnik / Shahperi AbbasovaAptek
Aptek - Sputnik Azərbaycan, 1920, 15.02.2022
Abunə olmaq
“Qaynar Xətt” nömrələri həftənin iş günləri saat 9:00-dan 18:00-a kimi fəaliyyət göstərir.
BAKI, 15 fevral - Sputnik. Səhiyə Nazirliyinin təşəbbüsü ilə yaradılmış Analitik Ekspertiza Mərkəzində (AEM) respublika əhalisinə müraciət edib.
Sputnik Azərbaycan xəbər verir ki, AEM-in rəsmi internet səhifəsində əhalinin müraciət və şikayətlərinə diqqətlə baxıldığı və araşdırıldığıl bildirilir:
"Əgər vətəndaşda aldığı dərman preparatına dair hər hansı bir şübhə yaranarsa bununla bağlı Mərkəzinin (012)596-07-12 nömrəli “Qaynar Xətt”inə müraciət edə bilər. Həmçinin, vətəndaşlarin Mərkəzin “Bir pəncərə” xidmətinə də yaxınlaşaraq dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi və effektivliyi ilə əlaqədar hər hansı şikayət və müraciəti etmək imkanı vardır".
Daha sonra sənəddə müraciət edən vətəndaşların rahatlığını təmin etmək məqsədilə Mərkəzdə əlavə “Qaynar Xətt” nömrələrinin (012)594-57-27 və (012)594-57-37 bərpa edildiyi qeyd olunur:
© Sputnik / Murad OrujovÇağrı mərkəzi
Колл-центр Республиканской клинической больницы - Sputnik Azərbaycan, 1920, 15.02.2022
Çağrı mərkəzi
"Bundan əlavə Mərkəzin rəsmi elektron aem@pharma.az ünvanına şikayət və müraciətlərini göndərə bilərlər. “Qaynar Xətt” nömrələri həftənin iş günləri saat 9:00-dan 18:00-a kimi fəaliyyət göstərir. “Qaynar Xətt” nömrələrinə, eləcə də Mərkəzin rəsmi sosial hesablarına dərman vasitələrinin sertifikatı, dövlət qeydiyyatında olan dərman vasitələri, satışına qoyulmuş qadağalar, alternativ dərman preparatları və s. bu kimi məlumatlarla bağlı vətəndaşlardan daxil olan müraciətlərə peşəkar mütəxəssislərimiz tərəfindən qısa müddət ərzində baxılaraq ətraflı məlumatlar verilir, dərman vasitələrinin keyfiyyəti ilə bağlı müraciətlər araşdırılır və lazımi tədbirlər görülür.
Əhalini bu işdə daha fəal olmağa çağırırıq!
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Vaksindən sonra ilk iki saatda bunları mütləq edin - MƏSLƏHƏT
COVID-19 xəstələri üçün dərmanların satışına icazə verildi
Xəbər lenti
0