Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan və Ermənistan eyni qrupa düşüb - AVRO-2022-də

© AFP 2023 / NICOLAS TUCATBasketbol
Basketbol - Sputnik Azərbaycan, 1920, 15.02.2022
Abunə olmaq
Görüşlər San-Marinonun Serravalle şəhərində təşkil olunacaq.
BAKI, 15 fevral — Sputnik. İyirmi yaşadək oğlan basketbolçular arasında Avropa çempionatının püşkü atılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, C divizionunda mübarizə aparacaq Azərbaycan yığması B qrupunda Ermənistan, Cəbəllütariq, Moldova və Lüksemburqa rəqib olub.
A qrupunda isə Monako, Malta, San-Marino, Albaniya və Andorra yer alıb.
Turnir 2022-ci il iyulun 24-31-də baş tutacaq.
Qeyd edək ki, görüşlər San-Marinonun Serravalle şəhərində təşkil olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0