https://sputnik.az/20220214/test-azerbaycan-televiziyasi-haqda-11-maraqli-fakt-439127052.html
Test: Azərbaycan Televiziyası haqda 11 maraqlı fakt
Test: Azərbaycan Televiziyası haqda 11 maraqlı fakt
Sputnik Azərbaycan
Televiziya haqda nə qədər məlumatlı olduğunu Sputnik Azərbaycan-ın tərtib etdiyi xüsusi test ilə öyrənə bilərsən. 14.02.2022, Sputnik Azərbaycan
2022-02-14T08:37+0400
2022-02-14T08:37+0400
2022-02-14T08:37+0400
test
azərbaycan televiziyası
mədəniyyət
https://cdnn1.img.sputnik.az/img/41897/53/418975375_0:150:3109:1899_1920x0_80_0_0_2b234ec7e2c1c50361b7477111d6eef8.jpg
BAKI, 14 fevral - Sputnik. Azərbaycan televiziyası radiodan 30 il sonra, fevralın 14-də fəaliyyətə başlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, Bakı studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxırdı. İlkin mərhələdə televiziya sahəsində mütəxəssislər olmadığından burada işləməyə radio, qəzet və teatr əməkdaşları dəvət edilirdilər. Bu gün 66 yaşını tamam edən Azərbaycan Televiziyası bir neçə nəslin həyatına mühüm təsir göstərib. Televiziya haqda nə qədər məlumatlı olduğunu Sputnik Azərbaycan-ın tərtib etdiyi xüsusi test ilə öyrənə bilərsən. İlk vaxtlar televiziyada proqramlaşdırma, şəbəkə və model haqqında anlayış yox idi. Buna görə də yeni kütləvi informasiya vasitəsi təsviri retranslyator kimi fəaliyyət göstərirdi. Televiziya işçiləri hər gün toplaşaraq tamaşaçılara nəyi göstərməyi qərara alırdılar. Seçim isə zəngin deyildi: klassik və estrada musiqisindən ibarət konsertlər, bədii filmlər, teatr tamaşaları, ictimai-siyasi mövzuda müsahibələr, əmək qabaqcıllarının çıxışları nümayiş etdirilir, diktor qəzetlərdən 15 dəqiqəlik qısa xəbərlər oxuyurdu. İllər keçdikcə Azərbaycan Televiziyasının da imkanları genişləndi. Publisistik janra üstünlük verildi, reportajların sayı artdı. Proqramların texniki təminatının yaxşılaşdırılması ilə yanaşı, maraqlı müəllif və rejissor axtarışları başlandı. Televiziyada xüsusi teatr, sənədli televiziya filmləri çəkən qurumlar yaradıldı. Tədricən rəngli, sonra isə fasiləsiz yayıma keçildi. Günümüzdə televiziyanı internetin sıxışdırdığı deyilsə də, onun hər bir izləyici üçün məxsusi yeri var. Bu səbəbdən də hər bir televiziya kanalı auditoriyasını itirməmək üçün yeni-yeni fəndlər düşünüb tapmaqdadır.Bizim digər testlərimiz də var:* Ədəbiyyat üzrə Nobel mükafatı: maraqlı faktlar* Dəlisov Dostoyevski: bildiyimiz və bilmədiyimiz cəhətləri* Kimya üzrə Nobel mükafatı: 5 maraqlı fakt və test* Test: "Don Kixot"u xatırlayarkən* Test: "İkinci yarımızın" metamorfozası – telefon haqda maraqlı faktlar* Test: Ordular və hərb sənəti
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41897/53/418975375_189:0:2920:2048_1920x0_80_0_0_5242db91f06380d6307a7450709df50e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
düzdür, yanlışdır? televiziya barədə test və maraqlı faktlar
düzdür, yanlışdır? televiziya barədə test və maraqlı faktlar
Test: Azərbaycan Televiziyası haqda 11 maraqlı fakt
Televiziya haqda nə qədər məlumatlı olduğunu Sputnik Azərbaycan-ın tərtib etdiyi xüsusi test ilə öyrənə bilərsən.
BAKI, 14 fevral - Sputnik. Azərbaycan televiziyası radiodan 30 il sonra, fevralın 14-də fəaliyyətə başlayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, Bakı studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxırdı. İlkin mərhələdə televiziya sahəsində mütəxəssislər olmadığından burada işləməyə radio, qəzet və teatr əməkdaşları dəvət edilirdilər.
Bu gün 66 yaşını tamam edən Azərbaycan Televiziyası bir neçə nəslin həyatına mühüm təsir göstərib. Televiziya haqda nə qədər məlumatlı olduğunu Sputnik Azərbaycan-ın tərtib etdiyi xüsusi test ilə öyrənə bilərsən.
İlk vaxtlar televiziyada proqramlaşdırma, şəbəkə və model haqqında anlayış yox idi. Buna görə də yeni kütləvi informasiya vasitəsi təsviri retranslyator kimi fəaliyyət göstərirdi. Televiziya işçiləri hər gün toplaşaraq tamaşaçılara nəyi göstərməyi qərara alırdılar. Seçim isə zəngin deyildi: klassik və estrada musiqisindən ibarət konsertlər, bədii filmlər, teatr tamaşaları, ictimai-siyasi mövzuda müsahibələr, əmək qabaqcıllarının çıxışları nümayiş etdirilir, diktor qəzetlərdən 15 dəqiqəlik qısa xəbərlər oxuyurdu.
İllər keçdikcə Azərbaycan Televiziyasının da imkanları genişləndi. Publisistik janra üstünlük verildi, reportajların sayı artdı. Proqramların texniki təminatının yaxşılaşdırılması ilə yanaşı, maraqlı müəllif və rejissor axtarışları başlandı. Televiziyada xüsusi teatr, sənədli televiziya filmləri çəkən qurumlar yaradıldı. Tədricən rəngli, sonra isə fasiləsiz yayıma keçildi.
Günümüzdə televiziyanı internetin sıxışdırdığı deyilsə də, onun hər bir izləyici üçün məxsusi yeri var. Bu səbəbdən də hər bir televiziya kanalı auditoriyasını itirməmək üçün yeni-yeni fəndlər düşünüb tapmaqdadır.
Bizim digər testlərimiz də var: