CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sosial şəbəkə hesablarının fəaliyyəti əsassız şəkildə məhdudlaşdırılıb - RİNN

© AP Photo / Richard DrewSosial şəbəkə
Sosial şəbəkə - Sputnik Azərbaycan, 1920, 14.02.2022
Abunə olmaq
Beynəlxalq Telekommunikasiya İttifaqının sonuncu "Qlobal kibertəhlükəsizlik indeksi" hesabatına əsasən Azərbaycan reytinqdə öz mövqeyini 15 pillə yaxşılaşdıraraq 40-cı yerdə qərarlaşıb -RİNN rəsmisi
BAKI, 14 fevral — Sputnik. Bu gün informasiya kommunikasiya texnologiyalarının sürətli inkişafı, informasiya axınının sürətlənməsi və yeni informasiya ekosisteminin formalaşması dezinformasiyaya olduqca münbit şərait yaradır.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov Sosial Tədqiqatlar Mərkəzinin (STM) tərəfindən hazırlanan "Qlobal araşdırmaçı jurnalist və insan hüquqları şəbəkəsinin Azərbaycana qarşı fəaliyyətində erməni faktoru" analitik kitabının təqdimat mərasimində deyib.
O bildirib ki, Vətən Müharibəsi dövründə ölkəmizdə aktiv sosial şəbəkə istifadəçilərinin hesablarının fəaliyyəti əsassız şikayətlər nəticəsində məhdudlaşdırılıb: "Bununla əlaqədar sosial şəbəkə inzibatçılarına edilmiş müraciətlər nəticəsində əksər hesabların fəaliyyətinin bərpası təmin edilib.
Sevindirici haldır ki, hazırda ölkəmiz kibertəhlükəsizlik baxımından bir çox inkişaf etmiş ölkələrdən öndədir. Belə ki, Beynəlxalq Telekommunikasiya İttifaqının sonuncu "Qlobal kibertəhlükəsizlik indeksi" hesabatına əsasən Azərbaycan reytinqdə öz mövqeyini 15 pillə yaxşılaşdıraraq 40-cı yerdə qərarlaşıb".
O, dezinformasiyaya qarşı mübarizədən danışıb, bildirib ki, bu istiqamətdə həyata keçirilən digər bir mövzu onlayn xəritə platformalarında ölkəmizə məxsus müxtəlif coğrafi adların, o cümlədən işğaldan azad edilmiş ərazilərin adlarının məqsədli şəkildə dəyişdirilməsi halları ilə əlaqədar bu platforma inzibatçılarına müraciətlər edilmiş, coğrafi adların bərpa edilməsinə nail olunub.
O qeyd edib ki, həmçinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə təhrif edilmiş formada istinad edən xəritələrdən istifadə hallarının qarşısının alınmasına dair Tədbirlər Planı" layihəsi hazırlanıb".
Nazir müavini həmçinin əlavə edib ki, Azərbaycanın kibertəhlükəsizlik strategiyası hazırlanıb.
Qeyd edək ki, 30 illik işğal tarixindən sonra 44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə bitib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Azərbaycanda sosial şəbəkələrdə saxta səhifələr aşkarlanıb
Xəbər lenti
0