CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda sosial şəbəkələrdə saxta səhifələr aşkarlanıb

© Depositphotos.com / BigtunaonlineИконки приложений на экране смартфона
Иконки приложений на экране смартфона - Sputnik Azərbaycan, 1920, 14.02.2022
Abunə olmaq
Bu il sosial şəbəkələrdə 126 saxta səhifə aşkarlamışıq - Nazir müavini
BAKI, 14 fevral — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən bu il yanvarın 1-dən bu günə kimi sosial şəbəkələrdə 126 saxta səhifənin yoxlanılması həyata keçirilib. Məhz bu səhifələr üzərində yalan informasiyalar paylaşılır.
Sputnik Azərbaycan-ın Report-a istinadən xəbərinə görə, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən hazırlanan “Azərbaycana qarşı dezinformasiya şəbəkəsi və hibrid təhdidlər”lə bağlı hesabatın təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, dezinformasiyaya qarşı mübarizə aparmaq üçün cəmiyyətin bütün təbəqələri birgə çalışmalıdır:
“44 günlük müharibə zamanı düşmənin təxribatları sonsuz qədər idi. Onların şikayətləri nəticəsində bir çox insanlarımızın hesabları bağlanmışdı. Ancaq bizim müdaxiləmiz və müraciətimiz nəticəsində 159 tanınma nişanının alınması təmin edilib”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0