BAKI, 14 fevral — Sputnik. Ənənəvi “bu gün bizə lazımdırmı?” suallarının səsləndiyi Valentin Günündə Bakı sakinlərinin davranışı deyir ki, lazımdır.Gül dükanlarının qarşısında qələbəlik, əl-ələ gəzişən sevgililər nə pandemiyanın, nə də qiymət artımının sevgiyə əngəl olmadığını sübut edir.Valentin Günündə ən çox hədiyyə olunan güllərin qiyməti artıb. Bəzi buketlərin qiyməti hətta dodaq uçuqladır – Bakıda ən ucuz gül buketi 25, ən bahası isə 1000 manatadır.Satıcılar sevimli nəhəng “mişka”ların – yumşaq ayı oyuncaqlarının dövranının getdiyini bildirsələr də, şəhərdə bunun əksini gördük. Hətta tək bir ayı ilə kifayətlənməyib sevgilisinə ətriyyat, gül dəstəsi hədiyyə edənlər də az deyildi.Bakı küçələrində sevgi izharı tək hədiyyələrlə bitmir - kimisi sözlə, kimisi xoş təmasla, kimi də bannerlə sevgisini etiraf edir. Bir sözlə, Valentin Gününü paytaxtın necə qeyd etdiyini Sputnik Azərbaycan-ın fotolentində izləyin.Eləcə də oxuyun:* Bakıda gül mağazalarında şıdırğı alver - 1000 manatlıq gül kompozisiyaları satılır - Video
Sevgi dünyanı xilas edəcək: Bakı sakinləri Valentin Gününü qeyd edirlər.
Valentin Günündə ən çox hədiyyə olunan güllərin qiyməti artıb. Bəzi buketlərin qiyməti hətta dodaq uçuqladır – Bakıda ən ucuz gül buketi 25, ən bahası isə 1000 manatadır.
Satıcılar sevimli nəhəng “mişka”ların – yumşaq ayı oyuncaqlarının dövranının getdiyini bildirsələr də, şəhərdə bunun əksini gördük. Hətta tək bir ayı ilə kifayətlənməyib sevgilisinə ətriyyat, gül dəstəsi hədiyyə edənlər də az deyildi.
Bakı küçələrində sevgi izharı tək hədiyyələrlə bitmir - kimisi sözlə, kimisi xoş təmasla, kimi də bannerlə sevgisini etiraf edir. Bir sözlə, Valentin Gününü paytaxtın necə qeyd etdiyini Sputnik Azərbaycan-ın fotolentində izləyin.