CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda gül mağazalarında şıdırğı alver - 1000 manatlıq gül kompozisiyaları satılır - Video

© Sputnik / Murad OrujovФлорист Яшар Гасымлы
Флорист Яшар Гасымлы - Sputnik Azərbaycan, 1920, 14.02.2022
Abunə olmaq
Satıcı Aqşin Məmmədov bu gün əsas təlabatın qızılgül və tülpanlara olduğunu bildirdi.
BAKI, 14 fevral — Sputnik. Sevginin günü olmur deyirlər. Amma bu gün paytaxtdakı gül mağazalarında müşahidə etdiyimiz qələbəlik Bakı sakinlərinin çoxunun nəinki bu günü qeyd etdiyini, hətta sevdiklərinə gül hədiyyə etmək üçün xeyli vəsait xərclədiyini üzə çıxartdı.
Sputnik Azərbaycan tarixi 1500 il bundan əvvələ gedib çıxan "Sevgililər günü"nün (Müqəddəs Valentin Günü) paytaxtda necə qeyd edildiyini, bunun gül və hədiyyə mağazalarında qiymətlərə necə təsir etdiyini araşdırıb.
Bu gün yaxınlaşdığımız gül mağazalarının demək olar ki, hamısında səhər saatları olmasına baxmayaraq qələbəlik idi. Satıcılar sifarişləri vaxtında çatdırmaq üçün məşğul olduqlarından danışmaqdan imtina edirdilər.
Həsən Əliyev küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşən "Aura" gül mağazasında Rüstəm adlı satıcı ilə söhbət zamanı öyrəndik ki, iki gecədir yatmadan gül buketləri hazırlayır.
Topdansatışda güllərin qiyməti bahalaşıb
Onun sözlərinə görə, "Sevgililər Günü" paytaxtdakı bütün gül mağazalarında qiymətə təsir edib. Satıcı adi günlərdə topdansatışda 1 manat 50 qəpiyə aldıqları qızılgüllərin qiymətinin 2 manat olduğunu söylədi. Onun sözlərinə görə, bu da gül buketlərinin qiymətinə təsirsiz ötüşməyib:
"Gülün qiymətini biz bahalaşdırmamışıq. Topdansatışda çiçəklərin də güllərin də qiyməti bahalaşıb. Qızılgülün bir ədədinin qiyməti hazırda ən ucuz yerdə 4 manatdır".
© Sputnik / Zulfiyya GuluyevaBakıda gül mağazasında
Güllərin dükanlarda qiymətləri - Sputnik Azərbaycan, 1920, 14.02.2022
Bakıda gül mağazasında
Ən ucuz gül buketi 25 manatdır
Mağazada öyrəndik ki, ən ucuz gül buketinin qiyməti 25 manatdır. Gül buketlərinin qiyməti təkcə güllərin satış qiyməti ilə formalaşmır. Buraya buketin hazırlanma forması da rol oynayır:

"Sadə gül buketləri 25 manatdır. Əgər gül buketi kataloqla yığılırsa, qiymət ən azı 10-15, hətta 20 manat bahalaşır".

Satıcı bildirdi ki, bu gün ən çox təlabat qırmızı və ağ qızılgüllərədir.
101 ədəd qızılgül buketinin qiyməti 195 manatdır.
Mağazada olarkən onu da öyrəndik ki, 30 ədədlik qızılgül buketinin qiyməti 150 manatdır:
"Əgər büdcəyə uyğun gül buketi hazırlatmaq istəsəniz bu qiymət 50 manatdan aşağı olmayacaq".
Satışda adi günlərdə 2 manata təklif olunan zanbaqların qiyməti isə bu gün 3 manat idi. Gül mağazalarında öyrəndik ki, maddi durumu qızılgül almağa imkan verməyənlər rəngli zanbaqlardan sevdiklərinə buket hazırladırlar.
© Sputnik / Zulfiyya GuluyevaBakıda gül mağazasında
Güllərin dükanlarda qiymətləri - Sputnik Azərbaycan, 1920, 14.02.2022
Bakıda gül mağazasında
Gül mağazalarında qələbəlikdir
Paytaxtın ən böyük gül mağazalarından olan "Ağ Çiçəyim" də müştəri əlindən tərpənmək olmurdu. Güllərə olan təlabat müştəriləri növbə gözləməyə məcbur etmişdi.
Burada qızılgüllərin bir ədədi 5 manatdan təklif olunurdu. Rəngli zanbaqlar 3 manata idi. Çobanyastığının bir ədədi isə 5 manata satılırdı. Çöl çiçəkləri, müxtəlif dekorativ çiçəklər və yarpaqlarla bəzədilən çobanyastığı buketi 35 manata təklif olunurdu.
Satıcı Aqşin Məmmədov bu gün əsas təlabatın qızılgül və zanbaqlara olduğunu bildirdi. Onun sözlərinə görə, satışda qızılgül buketlərinin ən ucuzu 50 manatdır. Günəbaxan güllərinin qiyməti isə 7 manatdan ucuz deyil.
© Sputnik / Zulfiyya GuluyevaBakıda gül mağazasında
Güllərin dükanlarda qiymətləri - Sputnik Azərbaycan, 1920, 14.02.2022
Bakıda gül mağazasında
Gül kompozisiyaları daha bahadır
Satıcılarla söhbət zamanı öyrəndik ki, sevgillərinə fərqli hədiyyə almaq istəyənlər ya onun baş adının baş hərfini ürək şəkilli buketə həkk etdirir, yaxud da gül kompozisiyalarına üstünlük verir. Mağazada 101 ədəd zanbaq buketi 400 manata, Ekvador qızılgülü buketi 130 manata satılırdı. "Sevgi bağı" adlanan qızılgül və orxideya çələngi isə 350 manat idi.
"Red amor" kompazisiyası isə 400 manata təklif olunur. Satıcı bildirdi ki, qarışıq buketlərin qiyməti 80 manatdan başlayaraq 324 manatadək dəyişir:
"324 manatlıq gül buketimizə pion, alstroemeria, limonium, zımbırtikan, qızılgül, kol qızılgül, histacia daxildir. 80 manatlıq mix buketi isə anemon, sukkulentlər, dekorativ otlardan hazırlanır. 7 ədəd böyük ağ xrizantema buketi 35 manatdır. Ağ kalanın bir buketinin qiyməti isə 150 manatdan aşağı deyil".
25 lavanda rəngli qızılgül buketi 110 manatdır. 25 ədəd mavi qızılgüllərdən hazırlanan gül buketi 185 manata təklif olunur.
© Sputnik / Zulfiyya GuluyevaBakıda gül mağazasında
Güllərin dükanlarda qiymətləri - Sputnik Azərbaycan, 1920, 14.02.2022
Bakıda gül mağazasında
1000 manatlıq buketlər
Mağazada bidlirdilər ki, bahalı gül buketləri dünəndən hazırlanıb. Burada ən bahalı gül buketlərinin qiyməti 500-1000 manat arasındadır.
201 ədəd qızılgül buketi mağazada 1000 manata satılırdı. Satıcı belə bahalı gül buketlərinin sifarişlə hazırlandığını bildirdi. Qızılgüldən hazırlanan kompazisiyaların qiyməti də 1000 manata idi.
Apardığımız müşahidələr zamanı məlum oldu ki, satışda ən ucuz güllər nərgiz gülləridir. Adi günlərdə 1 manata satılan nərgiz gülləri 1 manat 50 qəpiyə idi.
© Sputnik / Zulfiyya GuluyevaBakıda gül mağazasında
Güllərin dükanlarda qiymətləri - Sputnik Azərbaycan, 1920, 14.02.2022
Bakıda gül mağazasında
Ayı oyuncaqlara təlabat azalıb
Ötən illərdən fərqli olaraq bu il mağazalarda sevgililərin ən çox sevdiyi hədiyyə olan ayı oyuncaqlara təlabat demək olar ki yox idi. "Flora" gül salonunda satıcı son iki ildir böyük ayı oyuncaqlarının Sevgililər Günündə o qədər də alınmadığını bildirdi.
"Sevgililər Günü" ndə Bakıdakı parfum mağazalarında da qələbəlik müşahidə olunurdu. Gül mağazalarından fərqli olaraq parfum dükanları qiymətdə 30-50 faiz endirim vəd edirdilər.
© Sputnik / Zulfiyya GuluyevaBakıda gül mağazasında
Güllərin dükanlarda qiymətləri - Sputnik Azərbaycan, 1920, 14.02.2022
Bakıda gül mağazasında
Sevgililər Gününün tarixi
Qeyd edək ki, qədim Romada 14 fevral günü bütün romalılar üçün əhəmiyyətli bir gün idi. Bu gündə Roma xalqı tərəfindən qadınlıq və evlilik ilahəsi olaraq qəbul edilən ilaha hörmət əlaməti olaraq tətil və şənlik edilərdi.
15 fevral günündə isə Luperkalia Bayramı başlayırdı. Bu bayram xalqın gənc əhalisi üçün böyük əhəmiyyət daşıyırdı. Bunun səbəbi isə həyatları qəti qaydalar ilə məhdudlaşdırılmış, bunun təbii nəticəsi olaraq birlikdə həyata şansı olmayan bu gənclər yalnız bu bayram müddətində belə olsa bir-birlərinin partneri olurdular. Hansı gənc qadının hansı gənc kişi ilə bir cüt meydana gətirəcəyi köhnə bir ənənə olan və Luperkalia Bayramının ərəfə günü edilən bir püşk ilə müəyyən olurdu. Romalı gənc qızlar adlarını kiçik kağız parçalarının üzərinə yazıb bir qaba qoyurdular. Gənc Romalı kişilər isə qabdan bu kağızları çəkərək üzərində hansı qızın adı yazılıbsa o qızla bayram əyləncələri boyunca birlikdə cinsi həyat yaşayırdılar.
© Sputnik / Zulfiyya GuluyevaBakıda gül mağazasında
Güllərin dükanlarda qiymətləri - Sputnik Azərbaycan, 1920, 14.02.2022
Bakıda gül mağazasında
III əsrdə Roma imperiyasına başçılıq edən İmperator II Kladius tarix qaynaqlarında bu hallara son qoymaq istəyən əxlaqi dəyərlərə önəm verən bir imperator kimi xarakterizə olunub. Onun hətta ordunun güclənməsi və nizam-intizamın qorunması üçün orduda xidmət edən gənclərə müvəqqəti olaraq evlənməyi qadağan etdiyi də tarixi qaynaqlarda göstərilib.
O zamanlar Valentin Romada rahib idi. Valentin imperatorun Luperkalia bayramını qadağan etməsinə baxmayaraq, gizli şəkildə qızlarla oğlanları görüşdürməkdə, onların bu müvəqqəti görüşünü də xristianlıq qaydaları ilə guya qanuniləşdirməkdə davam edirmiş. (Katoliklər də bu fakta dayanaraq iddia edirdilər ki, rahib Valentin xristianlığı təbliğ etdiyi üçün öldürülüb.) İmperator da onun bu hərəkətlərindən xəbər tutaraq zindana atdırır və döydürərək, təhqiramiz formada öldürtdürür. Valentin 14 fevral tairixində xristian məzarlığında dəfn edilir.
Rahib Valentin barədə tarixdə keçən maraqlı faktlardan biri də onun həbsxanadan öz yoldaşlarına, xüsusən də keşiş dostu Mariusa "Valentini unutma", "Səni sevirəm" deyə məktublar göndərməsidir. Bu fakt ümumiyyətlə, Valentinin eyni zamanda bir homoseksual olduğu fərziyyəsini də önə çəkir.
14 Fevral Müqəddəs Valentin Günü müxtəlif xristian məzhəblərində qeyd olunur; məsələn, Anglikan Birliyi təqvimində,bayram günü kimi Lüteran kilsəsinin təqvimində göstərilir . Ancaq 1969-cu ildə 14 Fevral Müqəddəs Valentin günü Ümumi Roma Təqvimindən çıxarıldı səbəb kimi isə , Müqəddəs Valentin haqqında 14 fevralda Via Flaminiya üzərində dəfn olunmasından başqa heç nə məlum olmadığı göstərilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Üzük, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.02.2022
MƏDƏNİYYƏT
Valentin Günü: Məşhur azərbaycanlıların qeyri-adi sevgi hekayələri - VİDEO
Xəbər lenti
0