https://sputnik.az/20220214/azerbaycanda-guclu-zelzele-gozlenilirmi-439165218.html
Azərbaycanda güclü zəlzələ gözlənilirmi?
Azərbaycanda güclü zəlzələ gözlənilirmi?
Sputnik Azərbaycan
Mərkəz direktoru bildirib ki, ölkəmizdə seysmoloji tədqiqatların aparılması üçün 22 ədəd stansiya quraşdırılıb. 14.02.2022, Sputnik Azərbaycan
2022-02-14T21:50+0400
2022-02-14T21:50+0400
2022-02-14T21:51+0400
zəlzələ
cəmiyyət
azərbaycan
gürcüstan
seysmik aktivlik
https://cdnn1.img.sputnik.az/img/42314/37/423143739_0:320:3072:2048_1920x0_80_0_0_bd881f82f65ae2c2f10c1e779aa32f6d.jpg
BAKI, 14 fevral — Sputnik. Dünən Cənubi Qafqazın hər üç ölkəsində - Azərbaycanda, Gürcüstanda və Ermənistanda yeraltı təkanlar hiss olunub. Azərbaycanda 3-3,5 bal gücündə zəlzələ olub, yeraltı təkanlar Gəncə şəhərində qeydə alınıb. Zəlzələ Gəncə ilə yanaşı, Qazax, Tovuz, Ağstafa, Şəmkir, Daşkəsən, Mingəçevir və digər ərazilərdə, o cümlədən Mərkəzi Aran rayonlarında da hiss olunub. Baş vermiş zəlzələ ölkəmizdə də müəyyən narahatlıqlara səbəb olub.Bizimkilər Gürcüstandakı zəlzələni hiss ediblərRespublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Gürcüstanda baş vermiş zəlzələ sərhəd rayonlarında hiss olunub. Onun sözlərinə görə, bu, Gürcüstanda baş vermiş zəlzələnin güclü olması ilə əlaqədardır: Q.Yetirmişli bildirib ki, ölkəmizdə ən son belə güclü zəlzələ 10 il əvvəl qeydə alınıb: "2012-ci il mayın 7-də Zaqatalada ikinci təkanın gücü 5,7 bal idi. Bizdə həmin zəlzələ dağıntılarla müşahidə olunmuşdu. Çünki zəlzələ yaşayış ərazilərində qeydə alınmışdı. Ondan sonra ölkəmizdə hələ ki, güclü zəlzələ baş verməyib".Stansiyalar təkcə zəlzələni öyrənmirMərkəz direktoru bildirib ki, ölkəmizdə seysmoloji tədqiqatların aparılması üçün 22 ədəd stansiya quraşdırılıb: "Bu iş davam edir. Amma bu stansiyalar təkcə zəlzələlərin baş verəcəyini öyrənmək üçün deyil. Yerin təki ilə bağlı bir sıra məlumatların elmi araşdırmalar üçün öyrənilməsi məqsədilə də quraşdırılır".Q.Yetirmişli bildirdi ki, qısa müddətli zəlzələnin proqnozunu əvvəlcədən vermək mümkün deyil: "Dünyada da əvvəlcədən qısamüddətli zəlzələ proqnozu mümkün deyil. Saniyələrlə davam edən zəlzələlərin vaxtını, yeri və gücünü əvvəlcədən demək olmur. O ki qaldı Gürcüstanla Ermənistan sərhədində baş verən zəlzələyə, Gürcüstanda aktivləşmə gedirdi. Xırda təkanlar müşahidə olunurdu. Dünən isə ən güclüsü oldu. Əgər bu zəlzələ yaşayış məntəqələrində olsaydı, güclü dağıntılara səbəb olardı".Azərbaycanda seysmik fonun yüksək olduğu ərazilərQ.Yetirmişli onu da qeyd edib ki, Bakıda zəlzələ ilə bağlı təhlükə əsasən Xəzər dənizindəndir: "Ən dərin zəlzələ ocaqları Xəzərdə yerləşir. Xəzərdə zəlzələlər 50-60, hətta 70 km dərinliyində olur. Abşeronun zəlzələ təhlükəsi Xəzər dənizindən gəlir.Baş seysmoloq onu da qeyd edib ki, Azərbaycanda seysmik fonun yüksək olduğu ərazilər var. O bildirib ki, Şamaxı-İsmayıllı, Ağstafa, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda, eləcə də Qusar-Quba, Talış zonalarında aktivlik ötən il də yüksək olub. Q.Yetirmişli Gürcüstanda baş vermiş zəlzələdən sonra ölkəmizdə güclü zəlzələlərin baş verəcəyi barədə məlumatların da əsassız olduğunu söyləyib.Təşvişə salan təkanlarMəlumat üçün bildirək ki, dünən Gürcüstanda, Tbilisidən 58 km aralıda, Sameba kəndində (Samsxe-Cavahetiya) 6.2 bal gücündə zəlzələ olub. Zəlzələ səbəbindən hətta mobil rabitənin işində pozuntular olub. Təkanlar Tbilisidə yerli vaxtla 22:25-də çox aydın hiss olunub. Gürcüstanda zəlzələnin maqnitudası öncə 5,8 göstərilsə də, sonradan Milli Seysmik Monitorinq Mərkəzi onun 6,2 olduğunu bildirib. Ermənistanda isə Gümrüdən 43 km şimal-şərqdə 5.3 bal gücündə zəlzələ olub. Bəzi yerlərdə elektrik enerjisi kəsilib, insanlar küçələrə axışıblar. Zəlzələ Yerevanda da hiss olunub. Ermənistanın FHN-i isə məlumat yayıb ki, Gürcüstanla sərhəddə 6 bal gücündə zəlzələ olub.Xatırladaq ki, yanvarın 16-da Ermənistan-Azərbaycan sərhədində, Zəngəzur bölgəsinin Qafan şəhərindən 12 kilometr aralıda 4,3 bal gücündə zəlzələ baş verib.Ötən il isə noyabrın 20-də Pirquludan 20 km cənubda, Şamaxı ərazisində 4.5 və 5.1 maqnitudalı iki zəlzələ qeydə alınmış, təkanlar 3-5 bal gücündə hiss olunmuşdu.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Eləcə də oxuyun:* Cənubi Qafqazın hər üç ölkəsində zəlzələ oldu - VİDEO* Azərbaycan Gürcüstana kömək təklif etdi* Azərbaycanlı seysmoloqlar zəlzələnin gücünü 4,9 bal gücündə qiymətləndiriblər
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42314/37/423143739_341:0:3072:2048_1920x0_80_0_0_e47d8c2f52e7de8e8cbb8cf2fbda1a2e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
gürcüstanda baş verən zəlzələ azərbaycan üçün siqnaldır?
gürcüstanda baş verən zəlzələ azərbaycan üçün siqnaldır?
Azərbaycanda güclü zəlzələ gözlənilirmi?
21:50 14.02.2022 (Yenilənib: 21:51 14.02.2022) Mərkəz direktoru bildirib ki, ölkəmizdə seysmoloji tədqiqatların aparılması üçün 22 ədəd stansiya quraşdırılıb.
BAKI, 14 fevral — Sputnik. Dünən Cənubi Qafqazın hər üç ölkəsində - Azərbaycanda, Gürcüstanda və Ermənistanda yeraltı təkanlar hiss olunub. Azərbaycanda 3-3,5 bal gücündə zəlzələ olub, yeraltı təkanlar Gəncə şəhərində qeydə alınıb. Zəlzələ Gəncə ilə yanaşı, Qazax, Tovuz, Ağstafa, Şəmkir, Daşkəsən, Mingəçevir və digər ərazilərdə, o cümlədən Mərkəzi Aran rayonlarında da hiss olunub. Baş vermiş zəlzələ ölkəmizdə də müəyyən narahatlıqlara səbəb olub.
Bizimkilər Gürcüstandakı zəlzələni hiss ediblər
Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Gürcüstanda baş vermiş zəlzələ sərhəd rayonlarında hiss olunub. Onun sözlərinə görə, bu, Gürcüstanda baş vermiş zəlzələnin güclü olması ilə əlaqədardır:
"Zəlzələ Qazax seysmik stansiyasından 103 kilometr məsafədə qeydə alınıb. Gürcüstanda zəlzələ dağlıq ərazilərdə baş verdiyindən tələfatsız ötüşüb. Mən səhər Gürcüstandakı həmkarımla telefonla danışmışam. Ermənistanla sərhəd olan zonada yaşayış məntəqələri olmadığından orada da dağıntılar əmələ gətirməyib. Sadəcə güclü olduğundan bizdə də hiss olunub".
Q.Yetirmişli bildirib ki, ölkəmizdə ən son belə güclü zəlzələ 10 il əvvəl qeydə alınıb: "2012-ci il mayın 7-də Zaqatalada ikinci təkanın gücü 5,7 bal idi. Bizdə həmin zəlzələ dağıntılarla müşahidə olunmuşdu. Çünki zəlzələ yaşayış ərazilərində qeydə alınmışdı. Ondan sonra ölkəmizdə hələ ki, güclü zəlzələ baş verməyib".
Stansiyalar təkcə zəlzələni öyrənmir
Mərkəz direktoru bildirib ki, ölkəmizdə seysmoloji tədqiqatların aparılması üçün 22 ədəd stansiya quraşdırılıb: "Bu iş davam edir. Amma bu stansiyalar təkcə zəlzələlərin baş verəcəyini öyrənmək üçün deyil. Yerin təki ilə bağlı bir sıra məlumatların elmi araşdırmalar üçün öyrənilməsi məqsədilə də quraşdırılır".
Q.Yetirmişli bildirdi ki, qısa müddətli zəlzələnin proqnozunu əvvəlcədən vermək mümkün deyil: "Dünyada da əvvəlcədən qısamüddətli zəlzələ proqnozu mümkün deyil. Saniyələrlə davam edən zəlzələlərin vaxtını, yeri və gücünü əvvəlcədən demək olmur. O ki qaldı Gürcüstanla Ermənistan sərhədində baş verən zəlzələyə, Gürcüstanda aktivləşmə gedirdi. Xırda təkanlar müşahidə olunurdu. Dünən isə ən güclüsü oldu. Əgər bu zəlzələ yaşayış məntəqələrində olsaydı, güclü dağıntılara səbəb olardı".
Azərbaycanda seysmik fonun yüksək olduğu ərazilər
Q.Yetirmişli onu da qeyd edib ki, Bakıda zəlzələ ilə bağlı təhlükə əsasən Xəzər dənizindəndir: "Ən dərin zəlzələ ocaqları Xəzərdə yerləşir. Xəzərdə zəlzələlər 50-60, hətta 70 km dərinliyində olur. Abşeronun zəlzələ təhlükəsi Xəzər dənizindən gəlir.
Baş seysmoloq onu da qeyd edib ki, Azərbaycanda seysmik fonun yüksək olduğu ərazilər var. O bildirib ki, Şamaxı-İsmayıllı, Ağstafa, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda, eləcə də Qusar-Quba, Talış zonalarında aktivlik ötən il də yüksək olub. Q.Yetirmişli Gürcüstanda baş vermiş zəlzələdən sonra ölkəmizdə güclü zəlzələlərin baş verəcəyi barədə məlumatların da əsassız olduğunu söyləyib.
Məlumat üçün bildirək ki, dünən Gürcüstanda, Tbilisidən 58 km aralıda, Sameba kəndində (Samsxe-Cavahetiya) 6.2 bal gücündə zəlzələ olub. Zəlzələ səbəbindən hətta mobil rabitənin işində pozuntular olub. Təkanlar Tbilisidə yerli vaxtla 22:25-də çox aydın hiss olunub. Gürcüstanda zəlzələnin maqnitudası öncə 5,8 göstərilsə də, sonradan Milli Seysmik Monitorinq Mərkəzi onun 6,2 olduğunu bildirib.
Ermənistanda isə Gümrüdən 43 km şimal-şərqdə 5.3 bal gücündə zəlzələ olub. Bəzi yerlərdə elektrik enerjisi kəsilib, insanlar küçələrə axışıblar. Zəlzələ Yerevanda da hiss olunub. Ermənistanın FHN-i isə məlumat yayıb ki, Gürcüstanla sərhəddə 6 bal gücündə zəlzələ olub.
Xatırladaq ki, yanvarın 16-da Ermənistan-Azərbaycan sərhədində, Zəngəzur bölgəsinin Qafan şəhərindən 12 kilometr aralıda 4,3 bal gücündə zəlzələ baş verib.
Ötən il isə noyabrın 20-də Pirquludan 20 km cənubda, Şamaxı ərazisində 4.5 və 5.1 maqnitudalı iki zəlzələ qeydə alınmış, təkanlar 3-5 bal gücündə hiss olunmuşdu.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.