https://sputnik.az/20220214/azerbaycan-gurcustana-komek-teklif-etdi-439160339.html
Azərbaycan Gürcüstana kömək təklif etdi
Azərbaycan Gürcüstana kömək təklif etdi
Sputnik Azərbaycan
Baş nazir telefon danışığı zamanı Gürcüstanda baş vermiş zəlzələ ilə bağlı narahatlıq və həmrəyliyini ifadə edib. 14.02.2022, Sputnik Azərbaycan
2022-02-14T16:42+0400
2022-02-14T16:42+0400
2022-02-14T16:42+0400
gürcüstan
siyasət
azərbaycan
zəlzələ
kömək
təklif
https://cdnn1.img.sputnik.az/img/07e5/07/1d/427570774_0:127:3191:1922_1920x0_80_0_0_3cd170e90bd3f68ac15775eebb49f4a7.jpg
BAKI, 14 fevral — Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub.Sputnik Azərbaycan-ın Nazirlər Kabinetinə istinadən xəbərinə görə, telefon danışığı zamanı Gürcüstanda baş vermiş zəlzələ ilə bağlı narahatlıq və həmrəylik ifadə edilib.Eyni zamanda, Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafı yüksək qiymətləndirilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ilə gürcüstanlı həmkarı David Zalkaliani də telefonla danışıblar.Ceyhun Bayramov dünən Gürcüstan ərazisində baş vermiş zəlzələ ilə bağlı gürcü həmkarından ölkədə mövcud olan vəziyyəti sorğu edib. Azərbaycanın, ehtiyac duyulduğu təqdirdə, hər zaman dost Gürcüstana yardım etməyə hazır olduğunu ifadə edib.David Zalkaliani zəlzələnin ciddi fəsadlar doğurmadığını söyləyib və nümayiş etdirilən həmrəyliyə görə Azərbaycanlı həmkarına təşəkkürünü bildirib.Nazirlər, inkişaf etməkdə olan ikitərəfli münasibətlərin aktual mövzularını, habelə regional məsələləri müzakirə ediblər.Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşıdan gələn aylarda keçiriləcək tədbirlər üzrə fikir mübadiləsi aparıblar.Xatırladaq ki, ötən gün Gürcüstanda yerli vaxtla saat 22:25-də zəlzələ baş verib. Zəlzələnin gücü 6,2 bal, episentri isə Dmanisi rayonu yaxınlığındakı Sameba kəndində olub. Güclü yeraltı təkanlar Tbilisi, Marneuli, digər bölgələrdə də hiss edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Eləcə də oxuyun:* Cənubi Qafqazın hər üç ölkəsində zəlzələ oldu - VİDEO
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/1d/427570774_230:0:2961:2048_1920x0_80_0_0_1f164b8fde6602939a7b8df9bb405b88.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan gürcüstana zəlzələ ilə bağlı kömək təklif etdi
azərbaycan gürcüstana zəlzələ ilə bağlı kömək təklif etdi
Azərbaycan Gürcüstana kömək təklif etdi
Baş nazir telefon danışığı zamanı Gürcüstanda baş vermiş zəlzələ ilə bağlı narahatlıq və həmrəyliyini ifadə edib.
BAKI, 14 fevral — Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub.
Sputnik Azərbaycan-ın Nazirlər Kabinetinə istinadən xəbərinə görə, telefon danışığı zamanı Gürcüstanda baş vermiş zəlzələ ilə bağlı narahatlıq və həmrəylik ifadə edilib.
Eyni zamanda, Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin müxtəlif sahələrdə inkişafı yüksək qiymətləndirilib, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ilə gürcüstanlı həmkarı David Zalkaliani də telefonla danışıblar.
Ceyhun Bayramov dünən Gürcüstan ərazisində baş vermiş zəlzələ ilə bağlı gürcü həmkarından ölkədə mövcud olan vəziyyəti sorğu edib. Azərbaycanın, ehtiyac duyulduğu təqdirdə, hər zaman dost Gürcüstana yardım etməyə hazır olduğunu ifadə edib.
David Zalkaliani zəlzələnin ciddi fəsadlar doğurmadığını söyləyib və nümayiş etdirilən həmrəyliyə görə Azərbaycanlı həmkarına təşəkkürünü bildirib.
Nazirlər, inkişaf etməkdə olan ikitərəfli münasibətlərin aktual mövzularını, habelə regional məsələləri müzakirə ediblər.
Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşıdan gələn aylarda keçiriləcək tədbirlər üzrə fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, ötən gün Gürcüstanda yerli vaxtla saat 22:25-də zəlzələ baş verib. Zəlzələnin gücü 6,2 bal, episentri isə Dmanisi rayonu yaxınlığındakı Sameba kəndində olub. Güclü yeraltı təkanlar Tbilisi, Marneuli, digər bölgələrdə də hiss edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.