https://sputnik.az/20220213/azerbaycan-gimnasti-dunya-kubokunun-gumus-medalini-qazandi--439120341.html
Azərbaycan gimnastı Dünya Kubokunun gümüş medalını qazandı
Azərbaycan gimnastı Dünya Kubokunun gümüş medalını qazandı
Sputnik Azərbaycan
Azərbaycan Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi ilk beynəlxalq yarışlarda dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı iştirak edir. 13.02.2022, Sputnik Azərbaycan
2022-02-13T15:23+0400
2022-02-13T15:23+0400
2022-02-13T21:41+0400
idman
gimnastika
batut gimnastikası
dünya kuboku
azərbaycanlı
gümüş medal
video-çarx
https://cdnn1.img.sputnik.az/img/07e6/02/0d/439123567_0:103:2000:1228_1920x0_80_0_0_ed3bdd920687198adfc0e98c64bb0d1b.jpg
BAKI, 13 fevral - Sputnik. Azərbaycan gimnastı Selcan Maqsudova 52.780 bal toplayaraq qadınlar arasında fərdi proqramda batut gimnastikası üzrə Dünya Kubokunun gümüş medalını qazanıb.Sputnik Azərbaycan Trend-ə istinadən bildirir ki, qızıl medalı İrina Kundius (Rusiya, 53.900 bal), bürünc medalı isə Corciya Campyeri (İtaliya, 51.820 bal) qazanıblar.Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın 12-13-də Bakıda Milli Gimnastika Arenasında keçirilir. Yarışda Azərbaycanı milli komandanın üzvü Selcan Maqsudova təmsil edir.Azərbaycan Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi ilk beynəlxalq yarışlarda dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı iştirak edir. Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) yeni qaydalarına uyğun keçirilir.İki gün davam edəcək yarışın nəticələrinə əsasən, kişilər və qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə qaliblər müəyyənləşəcək. Bundan əlavə, ənənəvi olaraq AGF Trophy Kuboku təqdim olunacaq.Yarışlar Azərbaycan Nazirlər Kabinetinin xüsusi icazəsi əsasında və ölkədə qüvvədə olan karantin qaydalarına, sanitar-epidemioloji tələblərə uyğun və tamaşaçıların iştirakı olmadan keçirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/0d/439123567_114:0:1887:1330_1920x0_80_0_0_0be61ed519a2fc0278b28d6ff7664f04.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan gimnastika millisinin üzvü dünya kubokunda medal qazandı video
azərbaycan gimnastika millisinin üzvü dünya kubokunda medal qazandı video
Azərbaycan gimnastı Dünya Kubokunun gümüş medalını qazandı
15:23 13.02.2022 (Yenilənib: 21:41 13.02.2022) Azərbaycan Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi ilk beynəlxalq yarışlarda dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı iştirak edir.
BAKI, 13 fevral - Sputnik. Azərbaycan gimnastı Selcan Maqsudova 52.780 bal toplayaraq qadınlar arasında fərdi proqramda batut gimnastikası üzrə Dünya Kubokunun gümüş medalını qazanıb.
Sputnik Azərbaycan Trend-ə istinadən bildirir ki, qızıl medalı İrina Kundius (Rusiya, 53.900 bal), bürünc medalı isə Corciya Campyeri (İtaliya, 51.820 bal) qazanıblar.
Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın 12-13-də Bakıda Milli Gimnastika Arenasında keçirilir. Yarışda Azərbaycanı milli komandanın üzvü Selcan Maqsudova təmsil edir.
Azərbaycan Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi ilk beynəlxalq yarışlarda dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı iştirak edir. Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG) yeni qaydalarına uyğun keçirilir.
İki gün davam edəcək yarışın nəticələrinə əsasən, kişilər və qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə qaliblər müəyyənləşəcək. Bundan əlavə, ənənəvi olaraq AGF Trophy Kuboku təqdim olunacaq.
Yarışlar Azərbaycan Nazirlər Kabinetinin xüsusi icazəsi əsasında və ölkədə qüvvədə olan karantin qaydalarına, sanitar-epidemioloji tələblərə uyğun və tamaşaçıların iştirakı olmadan keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.