https://sputnik.az/20220213/arvadini-da-qizini-da-seven-sexs-nece-qatil-oldu---foto-439126159.html
"Arvadını da, qızını da sevən" Həsənov necə qatil oldu? - FOTO
"Arvadını da, qızını da sevən" Həsənov necə qatil oldu? - FOTO
Sputnik Azərbaycan
Qonşular qızı və həyat yoldaşını qətlə yetirən E.Həsənovun ruhi xəstəliklərdən əziyyət çəkdiyini bildiriblər. 13.02.2022, Sputnik Azərbaycan
2022-02-13T19:30+0400
2022-02-13T19:30+0400
2022-02-13T19:32+0400
qətl
cəmiyyət
şəmkir
hamilə
qız
uşaq
təfərrüat
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0b/426198302_0:159:3079:1890_1920x0_80_0_0_f127e443b758ef4fa2080fef066d15c1.jpg
BAKI, 13 fevral — Sputnik. Şəmkirdə ağır qətl hadisəsi törədilib. Rayonun Çinarlı kəndində yaşayan 34 yaşlı Elməddin Həsənov həyat yoldaşını və azyaşlı qızını bıçaqlayaraq öldürüb.Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə səhər saat 7 radələrində baş verib. Evdə dava salan E.Həsənov 27 yaşlı hamilə arvadı Lalə Həsənovaya və 8 yaşlı qızı Qumruya mətbəx bıçağı ilə çoxsaylı zərbələr endirərək qətlə yetirib. Qonşular onun ruhi əsəb xəstəliyindən əziyyət çəkdiyini bildirir, lakin hadisənin bu səbəbdən baş verdiyinə inanmadqlarını deyirlər.Hadisəni törədən E.Həsənovun əmisi Tofiq Həsənov indiyədək qardaşı oğlunun ailəsində heç bir narazılıq eşitmədiyini söyləyib. Lakin E.Həsənovun başında möhkəm ağrılardan əziyyət çəkdiyini deyib.Qonşu Mehman Kərimov da E.Həsənovu ailəcanlı, mehriban bir insan kimi tanıdığını bildirib:“Səhər qalxdım ki, səs var. İndiyə kimi onların evndən səs-küy eşitməmişəm. Mən də inanmadım. Bir gün bundan qabaq küçədə demişik-gülmüşük, danışmışıq. Elə adam deyildi. Öz işi-gücü ilə məşğul olan biriydi”.Şəmkir rayon prokurorluğunun böyük müstəntiqi Nicat Məmmədli açıqlamasında E.Həsənovun ruhi xəstə olması ilə bağlı iddialar təsdiqini taparsa, işə əlavə detallar artırıla bilinəcəyini deyib.Məhkəmə tibbi ekspertizanın yekun rəyindən sonra cinayət işinə yeni təfərrüatların əlavə olunacağı istisma edilmir. İş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.Eləcə də oxuyun:* Şəmkir səhəri dəhşətli xəbərlə açdı: hamilə qadın və qızı öldürülüblər
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
İlham Mustafayev
https://cdnn1.img.sputnik.az/img/07e5/06/13/427264721_444:0:2492:2048_100x100_80_0_0_12500e8b597500a9d1174519dc04b6f3.jpg
İlham Mustafayev
https://cdnn1.img.sputnik.az/img/07e5/06/13/427264721_444:0:2492:2048_100x100_80_0_0_12500e8b597500a9d1174519dc04b6f3.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0b/426198302_173:0:2904:2048_1920x0_80_0_0_f4793629317cb388c3ced8c0ec0ed25a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
İlham Mustafayev
https://cdnn1.img.sputnik.az/img/07e5/06/13/427264721_444:0:2492:2048_100x100_80_0_0_12500e8b597500a9d1174519dc04b6f3.jpg
hamilə yoldaşını və qızını öldürən həsənov ruhi xəstədir?
hamilə yoldaşını və qızını öldürən həsənov ruhi xəstədir?
"Arvadını da, qızını da sevən" Həsənov necə qatil oldu? - FOTO
19:30 13.02.2022 (Yenilənib: 19:32 13.02.2022) Qonşular qızı və həyat yoldaşını qətlə yetirən E.Həsənovun ruhi xəstəliklərdən əziyyət çəkdiyini bildiriblər.
BAKI, 13 fevral — Sputnik. Şəmkirdə ağır qətl hadisəsi törədilib. Rayonun Çinarlı kəndində yaşayan 34 yaşlı Elməddin Həsənov həyat yoldaşını və azyaşlı qızını bıçaqlayaraq öldürüb.
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə səhər saat 7 radələrində baş verib. Evdə dava salan E.Həsənov 27 yaşlı hamilə arvadı Lalə Həsənovaya və 8 yaşlı qızı Qumruya mətbəx bıçağı ilə çoxsaylı zərbələr endirərək qətlə yetirib. Qonşular onun ruhi əsəb xəstəliyindən əziyyət çəkdiyini bildirir, lakin hadisənin bu səbəbdən baş verdiyinə inanmadqlarını deyirlər.
Hadisəni törədən E.Həsənovun əmisi Tofiq Həsənov indiyədək qardaşı oğlunun ailəsində heç bir narazılıq eşitmədiyini söyləyib. Lakin E.Həsənovun başında möhkəm ağrılardan əziyyət çəkdiyini deyib.
“Onlarda heç vaxt narazılıq, dava-dalaş söhbəti olmayb. Qonşular da mənim fikrimi təsdiqləyərlər. Övladını da çox istəyirdi, yoldaşını da. Övladına bir çırtma da vurmayıb indiyə kimi. Bu hadisə bizi də şoka saldı”, - T.Həsənov bildirib.
Qonşu Mehman Kərimov da E.Həsənovu ailəcanlı, mehriban bir insan kimi tanıdığını bildirib:
“Səhər qalxdım ki, səs var. İndiyə kimi onların evndən səs-küy eşitməmişəm. Mən də inanmadım. Bir gün bundan qabaq küçədə demişik-gülmüşük, danışmışıq. Elə adam deyildi. Öz işi-gücü ilə məşğul olan biriydi”.
Şəmkir rayon prokurorluğunun böyük müstəntiqi Nicat Məmmədli açıqlamasında E.Həsənovun ruhi xəstə olması ilə bağlı iddialar təsdiqini taparsa, işə əlavə detallar artırıla bilinəcəyini deyib.
“Onun ruhi xəstəlikdən əziyyət çəkməsi istintaq zamanı müəyyən olunacaq. Əgər bu təsdiq olunarsa, onunla bağlı cinayət-prosesual qanunvericiliyin tələblərinə uyğun olaraq qanuni tədbirlərin görülməsi təmin olunacaq”, - Məmmədli bildirib.
Məhkəmə tibbi ekspertizanın yekun rəyindən sonra cinayət işinə yeni təfərrüatların əlavə olunacağı istisma edilmir. İş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.