Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şəmkir səhəri dəhşətli xəbərlə açdı: hamilə qadın və qızı öldürülüblər

© AFP 2023 / PHILIPPE HUGUENƏli qandallı kişi
Əli qandallı kişi - Sputnik Azərbaycan, 1920, 13.02.2022
Abunə olmaq
Şəmkir sakini səhər saatlarında qorxunc cinayət törədib.
BAKI, 13 fevral - Sputnik. Şəmkirdə dəhşətli qətl törədilib: hamilə qadınla qızı qəsdən öldürülüblər.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Şəmkir rayon Prokurorluğu məlumat verib.

Qeyd olunur ki, fevralın 13-də Şəmkir rayonunun Çinarlı qəsəbə sakini, 1988-ci il təvəllüdlü Elməddin Həsənov 1995-ci il təvəllüdlü arvadı Lalə Həsənova və 2014-cü il təvəllüdlü qızı Qumru Həsənovaya çoxsaylı bıçaq zərbələri vuraraq öldürüb.
Prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçiriblər, iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun qablaşdırılaraq götürülüb.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, bu gün təxminən saat 7 radələrində Elməddin Həsənov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yaşadıqları evin yataq otağında hamilə arvadına və köməksiz vəziyyətdə olan qızına mətbəx bıçağı ilə çoxsaylı zərbələr yetirərək qəsdən öldürüb.
Elməddin Həsənov tutularaq istintaqa cəlb edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7, 120.2.8 və 120.2.9-cu maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0