https://sputnik.az/20220212/gelen-il-gules-uzre-avropa-cempionati-bakida-kecirile-biler-439110482.html
Gələn il güləş üzrə Avropa çempionatı Bakıda keçirilə bilər
Gələn il güləş üzrə Avropa çempionatı Bakıda keçirilə bilər
Sputnik Azərbaycan
Bakı şəhəri güləş üzrə Avropa çempionatına öz namizədliyini irəli sürüb. 12.02.2022, Sputnik Azərbaycan
2022-02-12T23:17+0400
2022-02-12T23:17+0400
2022-02-13T10:10+0400
idman
güləş
güləş federasiyası
azərbaycan güləş federasiyası
dünya güləş birliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/03/434842531_0:0:3061:1722_1920x0_80_0_0_86049ead0cfa34ab43122a1dfc6b28cd.jpg
BAKI, 12 fevral - Sputnik. Bakı şəhəri 2023-cü il güləş üzrə Avropa çempionatına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.Gələn il 17 - 23 aprel təşkil olunacaq yarış üçün digər namizəd Xorvatiyanın paytaxtı Zaqrebdir.Daha öncə 2010-cu ildə analoji yarış Azərbaycan paytaxtında keçirilib. Nüfuzlu yarışın təşkili paytaxtımıza həvalə olunsa, Avropanın ən güclü güləşçiləri 13 ildən sonra yenə Heydər Əliyev adına İdman Sarayında müəyyənləşəcək.Bu il isə 5-6 noyabrda Bakı İdman Sarayında yunan-Roma güləşi üzrə Dünya Kuboku keçiriləcək.Hər iki yarışla əlaqədar Dünya Güləş Birliyinin (UWW) Büro üzvü Karl-Martin Ditman Bakıya gəlib. UWW Avropanın prezidenti vəzifəsində də çalışan Ditman və ali qurumda fəaliyyət göstərən azərbaycanlı, UWW-nin yarış meneceri Ramil Əhmədov bu gün Bakıda güləş yarışlarının keçirilməsi üçün mövcud olan infrastrukturla tanış olub. UWW rəsmiləri hər iki idman arenasına və bir neçə otelə baxış keçirib.Bakı İdman Sarayında müxtəlif otaqlar nəzərdən keçirilib və komandaların məşqi üçün uyğun məkan seçilib. Heydər Əliyev adına İdman Sarayında isə güləş yarışları zalı ilə yanaşı, məşq zalı, püşkatma zalı, çəki mərasimi məkanı, hakimlər otağı, tibb otağı və s. yerlərə baxış keçirilib. Report-un xəbərinə görə, UWW rəsmisi komandaların və digər qonaqların qalacaqları otellərdəki şəraitlə də yaxından tanış olub və bütün bunlarla bağlı qeydlərini aparıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/03/434842531_0:0:2731:2048_1920x0_80_0_0_da73204b18aae053a70571e66204aec4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakı daha bir beynəlxalq idman yarışına ev sahibliyi edəcək
bakı daha bir beynəlxalq idman yarışına ev sahibliyi edəcək
Gələn il güləş üzrə Avropa çempionatı Bakıda keçirilə bilər
23:17 12.02.2022 (Yenilənib: 10:10 13.02.2022) Bakı şəhəri güləş üzrə Avropa çempionatına öz namizədliyini irəli sürüb.
BAKI, 12 fevral - Sputnik. Bakı şəhəri 2023-cü il güləş üzrə Avropa çempionatına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.
Gələn il 17 - 23 aprel təşkil olunacaq yarış üçün digər namizəd Xorvatiyanın paytaxtı Zaqrebdir.
Daha öncə 2010-cu ildə analoji yarış Azərbaycan paytaxtında keçirilib. Nüfuzlu yarışın təşkili paytaxtımıza həvalə olunsa, Avropanın ən güclü güləşçiləri 13 ildən sonra yenə Heydər Əliyev adına İdman Sarayında müəyyənləşəcək.
Bu il isə 5-6 noyabrda Bakı İdman Sarayında yunan-Roma güləşi üzrə Dünya Kuboku keçiriləcək.
Hər iki yarışla əlaqədar Dünya Güləş Birliyinin (UWW) Büro üzvü Karl-Martin Ditman Bakıya gəlib. UWW Avropanın prezidenti vəzifəsində də çalışan Ditman və ali qurumda fəaliyyət göstərən azərbaycanlı, UWW-nin yarış meneceri Ramil Əhmədov bu gün Bakıda güləş yarışlarının keçirilməsi üçün mövcud olan infrastrukturla tanış olub. UWW rəsmiləri hər iki idman arenasına və bir neçə otelə baxış keçirib.
Bakı İdman Sarayında müxtəlif otaqlar nəzərdən keçirilib və komandaların məşqi üçün uyğun məkan seçilib.
Heydər Əliyev adına İdman Sarayında isə güləş yarışları zalı ilə yanaşı, məşq zalı, püşkatma zalı, çəki mərasimi məkanı, hakimlər otağı, tibb otağı və s. yerlərə baxış keçirilib. Report-un xəbərinə görə, UWW rəsmisi komandaların və digər qonaqların qalacaqları otellərdəki şəraitlə də yaxından tanış olub və bütün bunlarla bağlı qeydlərini aparıb.