CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qızıl və pul dolu seyfi apardılar, amma yaxalandılar

© Sputnik / Irade JELILQızıl-zinət əşyaları, arxiv şəkli
Qızıl-zinət əşyaları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 11.02.2022
Abunə olmaq
Faktla bağlı Xəzər RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
BAKI, 11 fevral — Sputnik. Fevralın 4-də Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən evlərdən birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, zərərçəkən ev sahibi polisə müraciət edərək evdə olmadıqları müddətdə naməlum şəxslər tərəfindən mənzildən içərisində 2000 dollar, 34 min manatlıq qızıl-zinət əşyaları və sənədlər olan seyfin oğurlandığını bildirib.
Məlumat daxil olan kimi hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Xəzər Rayon Polis İdarəsi və 1-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən İsmayıl Abbasov və tanışı Elnur İsmayılov qısa zamanda saxlanılıblar. Onlar ifadələrində törətdikləri hadisəni etiraf ediblər.
Qeyd edək ki, bu şəxslərin oğurladıqları qızıl-zinət və digər əşyalar onlardan aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Xəzər RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Əməliyyat-istintaq tədbirləri davam etdirilir. Elnur İsmayılov və İsmayıl Abbasov qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Silah və narkotik satan şəxs saxlanıldı
Xəbər lenti
0