https://sputnik.az/20220211/silah-ve-narkotik-satan-sexs-saxlanildi-439065907.html
Silah və narkotik satan şəxs saxlanıldı
Silah və narkotik satan şəxs saxlanıldı
Sputnik Azərbaycan
Həmin şəxs ifadəsində narkotik vasitəni satmaq məqsədilə əldə etdiyini qeyd edib.
2022-02-11T15:41+0400
2022-02-11T15:41+0400
2022-02-11T15:50+0400
həbs
cəmiyyət
silah
kalaşnikov avtomatı
narkotik
mehdiabad qəsəbəsi
https://cdnn1.img.sputnik.az/img/42213/73/422137360_0:108:3076:1838_1920x0_80_0_0_a23483b81f0cfc9f222718a4f84e3338.jpg
BAKI, 11 fevral — Sputnik. Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Mehdiabad qəsəbəsində həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat və külli miqdarda narkotik maddə saxlayan şəxs tutulub.Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bölməyə əvvəllər məhkum olunmuş Niyaməddin Paşayevdə odlu silah olması barədə əməliyyat məlumatı daxil olub.Həmin şəxs saxlanılıb və onun əlindəki bağlamaya baxış zamanı 1 ədəd "Kalaşnikov" markalı istifadəyə yararlı avtomat, 9 ədəd patron, daraq və 320 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.Niyaməddin Paşayev odlu silah-sursatı bir müddət əvvəl tapdığını, polisə təhvil verməyərək gizlətdiyini bildirib. Həmin şəxs ifadəsində narkotik vasitəni satmaq məqsədilə əldə etdiyini qeyd edib.Mehdiabad Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Faktla bağlı İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Niyaməddin Paşayev barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.Xatırladaq ki, bir müddət öncə də Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat, eləcə də narkotik vasitələr satmaq istəyən şəxslərə qarşı əməliyyatlar həyata keçirilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:İsmayıllıda məktəbdə qan düşüb
mehdiabad qəsəbəsi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42213/73/422137360_244:0:2973:2047_1920x0_80_0_0_426e198f468b14658da95ab29a9d3738.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
polis avtomat və narkotik satan şəxsi saxladı
polis avtomat və narkotik satan şəxsi saxladı
Silah və narkotik satan şəxs saxlanıldı
15:41 11.02.2022 (Yenilənib: 15:50 11.02.2022) Mehdiabad Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
BAKI, 11 fevral — Sputnik. Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Mehdiabad qəsəbəsində həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat və külli miqdarda narkotik maddə saxlayan şəxs tutulub.
Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bölməyə əvvəllər məhkum olunmuş Niyaməddin Paşayevdə odlu silah olması barədə əməliyyat məlumatı daxil olub.
Həmin şəxs saxlanılıb və onun əlindəki bağlamaya baxış zamanı 1 ədəd "Kalaşnikov" markalı istifadəyə yararlı avtomat, 9 ədəd patron, daraq və 320 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Niyaməddin Paşayev odlu silah-sursatı bir müddət əvvəl tapdığını, polisə təhvil verməyərək gizlətdiyini bildirib. Həmin şəxs ifadəsində narkotik vasitəni satmaq məqsədilə əldə etdiyini qeyd edib.
Mehdiabad Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Faktla bağlı İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Niyaməddin Paşayev barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, bir müddət öncə də Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat, eləcə də narkotik vasitələr satmaq istəyən şəxslərə qarşı əməliyyatlar həyata keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.