CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Evlənmək istəyənlərin kabusu - Talassemiya və QİÇS

© pixabay / Stock SnapToy
Toy - Sputnik Azərbaycan, 1920, 11.02.2022
Abunə olmaq
Aparılmış tibbi müayinələr nəticəsində 23 cütlükdə hər ikisinin talassemiya daşıyıcısı olduğu müəyyən olunub.
BAKI, 11 fevral — Sputnik. Ötən ilin yanvar-iyul ayları ərzində Azərbaycanda nikaha daxil olan 55 465 nəfər vətəndaşdan götürülmüş qan nümunələrinin müayinəsi zamanı 1920 nəfərdə talassemiya daşıyıcılığı aşkar olunub. Bu barədə Talassemiya Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Aparılmış tibbi müayinələr nəticəsində 23 cütlükdə hər ikisinin talassemiya daşıyıcısı olduğu müəyyən olunub.
© Photo : GETTY IMAGESQİÇS – Qazanılmış İmmun Çatışmazlığı Sindromu
QİÇS – Qazanılmış İmmun Çatışmazlığı Sindromu - Sputnik Azərbaycan, 1920, 11.02.2022
QİÇS – Qazanılmış İmmun Çatışmazlığı Sindromu
Bundan əlavə, ötən il nikaha daxil olan 104 961 nəfərdən götürülmüş qan nümunələrinin müayinəsi zamanı 1215 nəfərdə sifilis infeksiyası, 200 nəfərdə isə HİV (QİÇS) aşkarlanıb.
Mərkəzdən həmçinin bildirilib ki, Azərbaycanda qeydiyyatda olan talassemiya xəstələrinin sayı 5634 nəfərdir. Onlardan 2744 nəfəri 0-17 yaş aralığında, 2890 nəfəri isə 18 yaş və yuxarı şəxslərdir.
Xəstələrin 2435-i qadın, 3199-u isə kişidir.
© Sputnik / Murad OrujovAşura günü Mərkəzi Qan Bankında qan vermə kampaniyası, 19 Avqust 2021-ci il
Aşura günü Mərkəzi Qan Bankında qan vermə kampaniyası, 19 Avqust 2021-ci il - Sputnik Azərbaycan, 1920, 11.02.2022
Aşura günü Mərkəzi Qan Bankında qan vermə kampaniyası, 19 Avqust 2021-ci il
Qeyd olunub ki, 2021-ci ildə 157 talassemiyası xəstəsi qeydiyyata alınıb. Onlardan 112 nəfəri 0-17 yaş qrupuna, 45 nəfəri isə 18 yaş və yuxarı yaş qrupuna aid şəxslərdir. Onlardan 74 nəfəri qadın, 83 nəfəri isə kişidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Экспресс-анализ крови на ВИЧ-инфекции, фото из архива - Sputnik Azərbaycan, 1920, 09.09.2021
CƏMİYYƏT
QİÇS və vərəm xəstələri ilə bağlı ölkədə vəziyyət necədir?
Xəbər lenti
0