https://sputnik.az/20220211/enerji-tehlukesizliyi-ile-bagli-hec-bir-problem-yoxdur---prezident-439060959.html
Enerji təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur - Prezident
Enerji təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur - Prezident
Sputnik Azərbaycan
Dövlət başmısı: Bərpa olunan enerji növləri ilə bağlı planlarımız.
2022-02-11T13:47+0400
2022-02-11T13:47+0400
2022-02-11T13:47+0400
iqtisadiyyat
prezident ilham əliyev
qobu qəsəbəsi
enerji
təhlükəsizlik
https://cdnn1.img.sputnik.az/img/07e6/02/0b/439053017_0:176:3015:1872_1920x0_80_0_0_3ffbae97f918c48e9c9bfecbb6b9e38c.jpg
BAKI, 11 fevral — Sputnik. "Bu gün Azərbaycan dünya miqyasında bütün bu enerji komponentlərinin inkişafına görə qabaqcıl ölkələrdəndir. Təsadüfi deyil ki, bu ay keçirilmiş 8-ci Cənub Qaz Dəhlizi Məşvərət Şurası məhz bu uğurlarımızı bir daha qeyd etdi. Orada çıxış edən demək olar ki, bütün iştirakçılar Azərbaycanın potensialından, Azərbaycanın imkanlarından danışdılar".Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev AZƏRTAC-a müsahibəsində deyib."Mən orada çıxış edərkən dedim ki, biz etibarlı tərəfdaşıq, öz öhdəliklərimizi yerinə yetiririk, buna gücümüz də çatır, iradəmiz də çatır, məsuliyyətimiz də çatır. Ona görə bugünkü mənzərə çox müsbətdir və ölkə daxilində enerji təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur, amma bu gün dünyanın bir çox ölkələrində bu problemlər var və kəskinləşir. Bəzi ölkələr, ümumiyyətlə, öz enerji balansını düzgün tərtib edə bilmirlər. Çünki xarici təchizatçılardan asılıdırlar və orada müəyyən problemlər yaranıbdır. Ona görə biz həm ölkə daxilində, həm bölgədə, həm geniş mənada qitədə çox etibarlı enerji təchizatçısı ölkəsinə çevrilmişik"Prezident həmçinin növbəti planlar barədə danışıb:"Həm daxildə, həm xaricdə artan tələbatı ödəmək üçün bizim böyük planlarımız var, onlar reallaşır, o cümlədən bərpa olunan enerji növləri ilə bağlı planlarımız. Əminəm ki, bu gün burada qeyd etdiyimiz açılış və buna bənzər açılışlar bundan sonra da çox olacaq".Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Qobu" Enerji Qovşağının - yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq "Qobu" yarımstansiyasının və 385 meqavatlıq "Qobu" Elektrik Stansiyasının açılışında iştirak edib.Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan dövlətlərarası strateji əhəmiyyətə malik 330/220/110/10 kilovoltluq "Yaşma" qovşaq yarımstansiyasının açılışında iştirak edib.
https://sputnik.az/20220211/qobu-enerji-qovsaginin-acilisi-olub-439055790.html
qobu qəsəbəsi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/0b/439053017_143:0:2872:2047_1920x0_80_0_0_378e9f934aca8c21e6b21486251284cc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
enerji təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur - prezident
enerji təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur - prezident
Enerji təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur - Prezident
Biz həm ölkə daxilində, həm bölgədə, həm geniş mənada qitədə çox etibarlı enerji təchizatçısı ölkəsinə çevrilmişik.
BAKI, 11 fevral — Sputnik. "Bu gün Azərbaycan dünya miqyasında bütün bu enerji komponentlərinin inkişafına görə qabaqcıl ölkələrdəndir. Təsadüfi deyil ki, bu ay keçirilmiş 8-ci Cənub Qaz Dəhlizi Məşvərət Şurası məhz bu uğurlarımızı bir daha qeyd etdi. Orada çıxış edən demək olar ki, bütün iştirakçılar Azərbaycanın potensialından, Azərbaycanın imkanlarından danışdılar".
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Prezident
İlham Əliyev AZƏRTAC-a müsahibəsində deyib.
"Mən orada çıxış edərkən dedim ki, biz etibarlı tərəfdaşıq, öz öhdəliklərimizi yerinə yetiririk, buna gücümüz də çatır, iradəmiz də çatır, məsuliyyətimiz də çatır. Ona görə bugünkü mənzərə çox müsbətdir və ölkə daxilində enerji təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur, amma bu gün dünyanın bir çox ölkələrində bu problemlər var və kəskinləşir. Bəzi ölkələr, ümumiyyətlə, öz enerji balansını düzgün tərtib edə bilmirlər. Çünki xarici təchizatçılardan asılıdırlar və orada müəyyən problemlər yaranıbdır. Ona görə biz həm ölkə daxilində, həm bölgədə, həm geniş mənada qitədə çox etibarlı enerji təchizatçısı ölkəsinə çevrilmişik"
Prezident həmçinin növbəti planlar barədə danışıb:
"Həm daxildə, həm xaricdə artan tələbatı ödəmək üçün bizim böyük planlarımız var, onlar reallaşır, o cümlədən bərpa olunan enerji növləri ilə bağlı planlarımız. Əminəm ki, bu gün burada qeyd etdiyimiz açılış və buna bənzər açılışlar bundan sonra da çox olacaq".
Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Qobu" Enerji Qovşağının - yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq "Qobu" yarımstansiyasının və 385 meqavatlıq "Qobu" Elektrik Stansiyasının açılışında iştirak edib.
Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan dövlətlərarası strateji əhəmiyyətə malik 330/220/110/10 kilovoltluq "Yaşma" qovşaq yarımstansiyasının açılışında iştirak edib.