https://sputnik.az/20220211/qobu-enerji-qovsaginin-acilisi-olub-439055790.html
"Qobu" Enerji Qovşağının açılışı olub
"Qobu" Enerji Qovşağının açılışı olub
Sputnik Azərbaycan
Bir neçə gün öncə İlham Əliyev yenidən qurulan dövlətlərarası strateji əhəmiyyətə malik 330/220/110/10 kilovoltluq "Yaşma" qovşaq yarımstansiyasının açılışında iştirak edib.
2022-02-11T12:41+0400
2022-02-11T12:41+0400
2022-02-11T12:41+0400
prezident ilham əliyev
cəmiyyət
qobu
enerji
açılış
https://cdnn1.img.sputnik.az/img/07e6/02/0b/439052995_0:174:3022:1874_1920x0_80_0_0_0b6c2ba2eba2830098a64865f9ea85e5.jpg
BAKI, 11 fevral — Sputnik. Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Qobu" Enerji Qovşağının - yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq "Qobu" yarımstansiyasının və 385 meqavatlıq "Qobu" Elektrik Stansiyasının açılışında iştirak edib.Sputnik Azərbaycan xəbər verir ki, açılışdan sonra Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) müsahibə verib.Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan dövlətlərarası strateji əhəmiyyətə malik 330/220/110/10 kilovoltluq "Yaşma" qovşaq yarımstansiyasının açılışında iştirak edib."Azərenerji" ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.Rusiya-Azərbaycan enerji sistemlərini əlaqələndirərək, dövlətlərarası qovşaq yarımstansiyası funksiyasını daşıyan "Yaşma" yarımstansiyası ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə tikilib. Yarımstansiya dənizə yaxın, nəmişlik ərazidə yerləşdiyi üçün dəmir-beton və metal-konstruksiyaların aşınması, həmçinin uzunmüddətli istismar nəticəsində avadanlığın köhnəlməsi, izolyasiya parametrlərinin pisləşməsi tez-tez qısaqapanma hadisəsinin baş verməsinə səbəb olurdu. Bundan əlavə, sistem qəzalarının başvermə ehtimalı və sürətlə artan tələbatı ödəyə bilməməsi ilə əlaqədar yarımstansiya Prezident İlham Əliyevin tapşırığı ilə rəqəmsal qaydada tam yenidən qurulub. Spesifik sahə olduğundan yenidənqurma işləri yerli mütəxəssislər tərəfindən növbətçilik əsasında, elektrik gərginliyi saxlanılmaqla aparıldığı üçün yarımstansiyanın fəaliyyətində fasilə yaranmayıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220208/yasma-qovsaq-yarimstansiyasinin-acilisi-olub-438935581.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/0b/439052995_146:0:2877:2048_1920x0_80_0_0_bf05fbabaaedd343ee05b60c91e456c3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ilham əliyev "qobu" enerji qovşağının açılışında iştirak edib
ilham əliyev "qobu" enerji qovşağının açılışında iştirak edib
"Qobu" Enerji Qovşağının açılışı olub
Açılışdan sonra Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) müsahibə verib.
BAKI, 11 fevral — Sputnik. Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Qobu" Enerji Qovşağının - yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq "Qobu" yarımstansiyasının və 385 meqavatlıq "Qobu" Elektrik Stansiyasının açılışında iştirak edib.
Sputnik Azərbaycan xəbər verir ki, açılışdan sonra Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) müsahibə verib.
Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan dövlətlərarası strateji əhəmiyyətə malik 330/220/110/10 kilovoltluq "Yaşma" qovşaq yarımstansiyasının açılışında iştirak edib.
"Azərenerji" ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Rusiya-Azərbaycan enerji sistemlərini əlaqələndirərək, dövlətlərarası qovşaq yarımstansiyası funksiyasını daşıyan "Yaşma" yarımstansiyası ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə tikilib. Yarımstansiya dənizə yaxın, nəmişlik ərazidə yerləşdiyi üçün dəmir-beton və metal-konstruksiyaların aşınması, həmçinin uzunmüddətli istismar nəticəsində avadanlığın köhnəlməsi, izolyasiya parametrlərinin pisləşməsi tez-tez qısaqapanma hadisəsinin baş verməsinə səbəb olurdu. Bundan əlavə, sistem qəzalarının başvermə ehtimalı və sürətlə artan tələbatı ödəyə bilməməsi ilə əlaqədar yarımstansiya Prezident İlham Əliyevin tapşırığı ilə rəqəmsal qaydada tam yenidən qurulub. Spesifik sahə olduğundan yenidənqurma işləri yerli mütəxəssislər tərəfindən növbətçilik əsasında, elektrik gərginliyi saxlanılmaqla aparıldığı üçün yarımstansiyanın fəaliyyətində fasilə yaranmayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.