Baharın qeyri-adi qarşılanması - Xıdır Nəbi gecəsi - Fotolent
Sakinlərin inancına görə həmin andan yazın müjdəçisi olan Xıdır gecələri başlayır.

Xıdır gecələri yazın gəlişinin ilk müjdəçisi olduğundan bir çox yerlərdə bayram əhval-ruhiyyəsində qeyd edilir.

Bu bayramı ən özünəməxsus şəkildə isə Tovuz rayonunun Yuxarı Öysüzlü kənd sakinləri qeyd edir.

Yuxarı Öysüzlü sakinləri il ərzində niyyət tutur, əhd edir və Xıdır Nəbi günü elliklə su, torpaq və alovun qovuşduğu yerə - inanc yeri olan "Ocaq Çinar"ın ətrafına toplaşırlar.

Rəvayətə görə, Xıdır və İlyas qardaşları bu ağacın dibində qonaq olublar.

Bayramı qeyd edənlər ilk olaraq "Ocaq Çinar"ın ətrafına dövrə vurur, əhd edərək onun budaqlarına parçalar bağlıyırlar.

Bundan sonra özləri ilə gətirdikləri kiçik lopaları və şamları yandırırlar.

Arzu və niyyətlərinin həyata keçməsi üçün dua edirlər.

İl ərzində arzu və niyyətləri həyata keçənlər isə özləri ilə gətirdikləri şirniyyatları nəzir olaraq ziyarətçilərə paylayırlar.

Bu günü qeyd etmək üçün buraya digər rayonlardan və kəndlərdən də ziyarətçilər gəlir.

Kütləvi axın axşam saat 4-5 radələrindən başlayır və hava qaralanadək davam edir.

Çayın digər sahilində yerləşən "Ocaq Çinar"a getmək üçün piyada gələn ziyarətçilər keçid üçün quraşdırılmış ensiz dəmir körpüdən istifadə edir.

Avtomobillər isə çayın suyunun azlığından istifadə edərək əraziyə biraz da yaxınlaşa bilirlər.

Lakin hər kəs "Ocaq Çinar"-a çatmaq üçün kiçik qapıdan keçməli olurlar.

Bu zaman isə ziyarətçilərin çox olması üzündən sıxlıq yaranır.

Eyni zamanda yalnız Xıdır Nəbi bayramı günü Yuxarı Öysüzlü kəndində əsl şəhər tıxacı yaşanır.

Bütün bunlara baxmıyaraq insanlar bayram əhval ruhiyyəsini pozmur, ziyarətlərini edərək şən bir formada evlərinə dağılışırlar.

Xıdır Nəbi bayramından sonra yalançı, ardınca isə xəbərçi çərşənbə gəlir.