https://sputnik.az/20220210/xezer-lenkeran-qayidir-mubariz-mensimov-meseleye-aydinliq-getirib-439046056.html
"Xəzər Lənkəran" qayıdır? Mübariz Mənsimov məsələyə aydınlıq gətirib
"Xəzər Lənkəran" qayıdır? Mübariz Mənsimov məsələyə aydınlıq gətirib
Sputnik Azərbaycan
"Xan Lənkəran" FK-nın prezidenti Pərviz Hüseynov "Xəzər Lənkəran" FK-nın Fəxri prezidenti Mübariz Mənsimovla görüşdə müvafiq razılıq əldə edib. 10.02.2022, Sputnik Azərbaycan
2022-02-10T23:40+0400
2022-02-10T23:40+0400
2022-02-10T23:40+0400
futbol
idman
azərbaycanlı iş adamı mübariz mənsimov
"xəzər lənkəran"
"xəzər lənkəran" fk
https://cdnn1.img.sputnik.az/img/07e6/02/0a/439045955_0:0:3080:1733_1920x0_80_0_0_99780971257ecd9444348aee67c8f65a.jpg
BAKI, 10 fevral — Sputnik. Bu gün sosial şəbəkələrdə fəaliyyətini dayandırmış "Xəzər Lənkəran" Futbol Klubunun yenidən qayıdacağı ilə bağlı xəbərlər yayılıb. Hətta yeni yaranmış "Xan Lənkəran" FK-nın adını dəyişərək "Xəzər Lənkəran" olacağı da deyilir. "Xan Lənkəran" Futbol Klubunun Mətbuat xidmətinin rəhbəri Famil Məmmədov Sputnik Azərbaycan-ın bölgə müxbirinə yayılan xəbərlər doğru olduğunu bildirib: "Bir müddət əvvəl biz "Xəzər Lənkəran" Futbol Klubunun buradakı nümayəndələri ilə müəyyən problemlərimiz olduğu üçün klubun bazasından çıxmalı olduq. Klubmuz Lənkəran Olimpiya İdman Kompleksinə köçməli oldu. Hətta kompleksin futbol meydançasında 2 oyun keçirdik. "Sumqayıt-2" ilə yoldaşlıq oyunu və Legion Liqasının VI turu çərçivəsində "Qobustan FK" ilə ev oyunumuzu keçirdik".F.Məmmədov deyib ki, Lənkəran Olimpiya İdman Kompleksinin meydanı bir qədər problemli idi: "Həm süni ot örtüyü ilə örtülüb, həm də azarkeş tutumu azdır. Eyni zamanda Kompleksin stadionu dəniz kənarında yerləşdiyindən, hava tez-tez küləkli olur. Nəticədə də "Xan Lənkəran" FK-nın prezidenti Pərviz Hüseynov "Xəzər Lənkəran" FK-nın Fəxri prezidenti Mübariz Mənsimovla görüşüb anlaşmalı oldu". Mətbuat katibinin sözlərinə görə, görüşdə həm baza, həm də stadionla bağlı razılıq əldə olunub."Bundan sonra bizim ev oyunlarımız əvvəlki kimi "Xəzər Lənkəran" Mərkəzi Stadionunda keçiriləcək".İkinci məsələ isə ad dəyişmə ilə bağlıdır. F.Məmmədovun sözlərinə görə, Mübariz Mənsimov "Xan Lənkəran" klubunun prezidentinə bundan sonra "Xəzər Lənkəran" adı altında çıxış etməyə razılıq verib. "Rəsmi olaraq biz klubumuzun adını dəyişmirik, yəni "Xan Lənkəran" FK olaraq biz fəaliyyətimizi davam etdiririk. İndidən sonra adın rəsmən nə vaxt dəyişəcəyini deyə bilmərik. Yəni gələcəkdə ola bilər ad rəsmən də dəyişsin. Bu gələcəyin işidir", - F.Məmmədov deyib. Mətbuat katibi qeyd edib ki, klubun adının dəyişdirilməsi ilə bağlı başda AFFA olmaqla heç bir quruma müraciət olunmayıb. "Sadəcə Mübariz müəllim (Mənsimov-red.) bununla bağlı razılıq verib ki, "əgər siz istəsəniz, "Xəzər Lənkəran" adını istifadə edə bilərsiniz". Yəni bundan sonra biz o adı götürə bilərik. Bu məsələ, artıq bizim öz ixtiyarımızdadır.", - mətbuat katibi əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Rahim Muradov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427255823_400:0:1761:1361_100x100_80_0_0_b246b0bf66f2c844542938b0f12f2dc3.jpg
Rahim Muradov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427255823_400:0:1761:1361_100x100_80_0_0_b246b0bf66f2c844542938b0f12f2dc3.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/0a/439045955_175:0:2906:2048_1920x0_80_0_0_6a4d996ce7e3c9a8bca61f97528928a8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Rahim Muradov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/12/427255823_400:0:1761:1361_100x100_80_0_0_b246b0bf66f2c844542938b0f12f2dc3.jpg
mübariz mənsimov "xəzər lənkəran"a xeyir-dua verib
mübariz mənsimov "xəzər lənkəran"a xeyir-dua verib
"Xəzər Lənkəran" qayıdır? Mübariz Mənsimov məsələyə aydınlıq gətirib
"Xan Lənkəran" FK-nın prezidenti Pərviz Hüseynov "Xəzər Lənkəran" FK-nın Fəxri prezidenti Mübariz Mənsimovla görüşdə müvafiq razılıq əldə edib.
BAKI, 10 fevral — Sputnik. Bu gün sosial şəbəkələrdə fəaliyyətini dayandırmış "Xəzər Lənkəran" Futbol Klubunun yenidən qayıdacağı ilə bağlı xəbərlər yayılıb. Hətta yeni yaranmış "Xan Lənkəran" FK-nın adını dəyişərək "Xəzər Lənkəran" olacağı da deyilir.
"Xan Lənkəran" Futbol Klubunun Mətbuat xidmətinin rəhbəri Famil Məmmədov Sputnik Azərbaycan-ın bölgə müxbirinə yayılan xəbərlər doğru olduğunu bildirib:
"Bir müddət əvvəl biz "Xəzər Lənkəran" Futbol Klubunun buradakı nümayəndələri ilə müəyyən problemlərimiz olduğu üçün klubun bazasından çıxmalı olduq.
Klubmuz Lənkəran Olimpiya İdman Kompleksinə köçməli oldu. Hətta kompleksin futbol meydançasında 2 oyun keçirdik. "Sumqayıt-2" ilə yoldaşlıq oyunu və Legion Liqasının VI turu çərçivəsində "Qobustan FK" ilə ev oyunumuzu keçirdik".
F.Məmmədov deyib ki, Lənkəran Olimpiya İdman Kompleksinin meydanı bir qədər problemli idi:
"Həm süni ot örtüyü ilə örtülüb, həm də azarkeş tutumu azdır. Eyni zamanda Kompleksin stadionu dəniz kənarında yerləşdiyindən, hava tez-tez küləkli olur. Nəticədə də "Xan Lənkəran" FK-nın prezidenti Pərviz Hüseynov "Xəzər Lənkəran" FK-nın Fəxri prezidenti Mübariz Mənsimovla görüşüb anlaşmalı oldu".
Mətbuat katibinin sözlərinə görə, görüşdə həm baza, həm də stadionla bağlı razılıq əldə olunub.
"Bundan sonra bizim ev oyunlarımız əvvəlki kimi "Xəzər Lənkəran" Mərkəzi Stadionunda keçiriləcək".
İkinci məsələ isə ad dəyişmə ilə bağlıdır. F.Məmmədovun sözlərinə görə, Mübariz Mənsimov "Xan Lənkəran" klubunun prezidentinə bundan sonra "Xəzər Lənkəran" adı altında çıxış etməyə razılıq verib.
"Rəsmi olaraq biz klubumuzun adını dəyişmirik, yəni "Xan Lənkəran" FK olaraq biz fəaliyyətimizi davam etdiririk. İndidən sonra adın rəsmən nə vaxt dəyişəcəyini deyə bilmərik. Yəni gələcəkdə ola bilər ad rəsmən də dəyişsin. Bu gələcəyin işidir", - F.Məmmədov deyib.
Mətbuat katibi qeyd edib ki, klubun adının dəyişdirilməsi ilə bağlı başda AFFA olmaqla heç bir quruma müraciət olunmayıb.
"Sadəcə Mübariz müəllim (Mənsimov-red.) bununla bağlı razılıq verib ki, "əgər siz istəsəniz, "Xəzər Lənkəran" adını istifadə edə bilərsiniz". Yəni bundan sonra biz o adı götürə bilərik. Bu məsələ, artıq bizim öz ixtiyarımızdadır.", - mətbuat katibi əlavə edib.