Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi keçiriləcək

© Sputnik / Murad OrujovGimnast, arxiv şəkli
Gimnast, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.02.2022
Abunə olmaq
İki günlük yarışda qadın, kişi, qarışıq cütlüklər və qadın qrupları medallar uğrunda çoxnövçülükdə mübarizə aparacaqlar
BAKI, 10 fevral — Sputnik. Fevralın 24-25-də Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə 27-ci Azərbaycan birinciliyi və Bakı çempionatı keçiriləcək.
Sputnik Azərbaycan Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, yarışda "Ocaq Sport" klubu, Bakı Gimnastika Məktəbi, "Neftçi" idman klubu, Sumqayıt Olimpiya İdman Kompleksi və Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbindən 41 idmançı iştirak edəcək.
İki günlük yarışda qadın, kişi, qarışıq cütlüklər və qadın qrupları medallar uğrunda çoxnövçülükdə mübarizə aparacaqlar.
Yarışlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi icazəsi ilə ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0