https://sputnik.az/20220209/qerb-rusiyani-nece-cezalandiracagina-qerar-verir-438987735.html
Qərb Rusiyanı necə cəzalandıracağına qərar verir
Qərb Rusiyanı necə cəzalandıracağına qərar verir
Sputnik Azərbaycan
Transatlantik müzakirələr bu iki hörmətli cənabın - daha doğrusu, bir centlmen və bir kabaleronun - həmsədr vəzifəsini tutduğu ABŞ-Aİ Enerji Şurası çərçivəsində gerçəkləşib.
2022-02-09T16:40+0400
2022-02-09T16:40+0400
2022-02-09T16:40+0400
qərb
təhlil
avropa
rusiya
cəza
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0b/435090150_0:0:3073:1728_1920x0_80_0_0_43dfa35bd8302378389bebeea6af8d8d.jpg
BAKI, 9 fevral — Sputnik. Vaşinqtonda son iki gün ərzində iki böyük B-nin (Borrell və Blinken, yaxud da Blinken və Borrell in) dueti, amerikalı və avropalıların iki əsas diplomatı Moskvanı necə cəzalandıracaqlarını və ölkəmizin başına hansı pis işlər açacaqlarını müzakirə etdilər. Ya da bu dairələrdə qəbul olunduğu kimi "Rusiyanı geosiyasi cəhətdən cilovlamağı".Transatlantik müzakirələr bu iki hörmətli cənabın - daha doğrusu, bir centlmen və bir kabaleronun - həmsədr vəzifəsini tutduğu ABŞ-Aİ Enerji Şurası çərçivəsində gerçəkləşib.Kollegial iş olan yerdə dostluq da var: yekun mətbuat konfransında Aİ-nin beynəlxalq məsələlər və təhlükəsizlik üzrə ali nümayəndəsi çoxqatlı rəsmi tituluna baxmayaraq, tez-tez "əziz Toni" adlandırdığı Blinkenlə necə dost olduqlarına eyham vururdu.Üstəlik, Von der Leyenin müavini də ölkəmizlə kollektiv Qərb arasında böhranın kəskinləşməsi vəziyyətində Rusiyanın enerji daşıyıcılarından məhrum olacağı təqdirdə amerikalıların vahid Avropaya necə dəstək vermək niyyətində olduqlarını dinləmək üçün Vaşinqtona uçub.Borrell Blinkenlə dostlaşmaq üçün Vaşinqtona uçmamışdan əvvəl öz bloqunda növbəti statusunu yayımlayıb və orada təkrarlayır ki, "Rusiya hamını qazla şantaja davam etmək niyyətindədir".Borrellin bu xülyaya qapıldığı bir vaxtda əslində məhz onun beynəlxalq arenada təmsil etdiyi vahid Avropada hazırda nələrin baş verdiyinə nəzər salmağa dəyər.Məsələn, Borrell "Rusiyanın qaz hiyləgərliyi" haqqında yazısını redaktə etdiyi bir vaxtda bu zəngin birləşmiş Avropada ən azı 35 milyon insan seçim qarşısında idi: yemək almaq, yaxud işıq və istiliyin pulunu ödəmək?Otuz beş milyon insan - bu, əslində Aİ-yə üzv olan bir neçə dövlətin ümumi əhalisinin sayıdır, sanki bütün portuqaliyalılar, litvalılar, irlandlar, qocalar və körpələr də daxil olmaqla, hər kəs dilemma ilə üzləşib: isti evdə ac yatmaqmı, yoxsa tox qarına, amma qızdırılmayan evdə yatmaqmı?Demək olar ki, bütün Aİ-yə üzv dövlətlərin səlahiyyətliləri yoxsullar üçün elektrik və istilik ödənişlərinin yükünü ən azı minimuma endirməyə çalışır.Bu heç də humanizmdən irəli gəlmir, sadəcə, özünüqoruma hissidir: ikinci yeni Jaklar üsyanı və ya "sarı jiletlilər"in çıxışlarından sonra çətinliklə özünə gələn Aİ iqtisadiyyatı, növbəti belə etiraza, sadəcə olaraq davam gətirməz.Bu vəsaitlər Avropa yoxsullarının maliyyə vəziyyətini kökündən dəyişməsə də, necə deyirlər, heçə lənət.Beləliklə, Avropa İttifaqının ən mühüm nəzarət oqranlarından biri əgər bu müavinətlər bərpa olunmayan enerji daşıyıcılarından istifadəyə görə ödənişləri əhatə edərsə, qəti şəkildə Aİ sakinlərinə yardıma qarşı çıxır. Bu qərarı digər məsələlərlə yanaşı, Avropa İttifaqının üzvü olan ölkələrin suveren büdcə xərclərinə nəzarət edən Avropa İttifaqı Hesablama Palatası elan edib.Avropada yoxsullar kəndlərdə yaşayır, evlərini dizel yanacağı ilə qızdırır və adətən, dizellə işləyən avtomobillər sürürlər. Çünki belə daha ucuz başa gəlir.Rifah içində tox yaşayan Avropa bürokratiyası səhər tezdən durub axşam gec yatan, çətinliklə dolananlara ismarış göndərərək, onları daha böyük yoxsullqula təhdir edir.Ancaq bu nümunə kifayət qədər parlaq və rəngarəng deyilsə, başqa bir nümunə də var: qaz kəmərinin hələ ki, fəaliyyət göstərdiyi və Avropa İttifaqının Rusiya qazı ilə təchiz olunduğu (Rusiya mavi yanacağının Almaniya üçün payı 46 faiz, Fransa üçün təxminən 20 faizdir) bir vaxtda belə inflyasiya ağla gələn bütün rekordları üstələyir, aztəminatlı təbəqənin istehlak zəmbilinin qiyməti durmadan artır və yanacağın qiyməti bir az da qalxarsa, nə baş verəcəyini təsəvvür etmək olar.Bəs bütün bunlar Borrellə Blinken duetini dayandıra bilərmi?Əlbəttə ki, yox.Onların ariyalarında, üzr istəyirəm, çıxışlarda həm "açıq-aşkar və təhlükəli rus təhdidinə", həm də bu "təhdid"i necə ortaya atıb onunla mübarizə aparmaq üçün bir centlmen və kabaleroya layiq maliyyə vəsaiti aldıqları barədə mülahizələrə yer var idi. Onlar artıq işə başlamağa hazırdırlar.Borrell Vaşinqtona digər məsələlərlə yanaşı, həm də amerikalı həmkarının (və dostunun) ABŞ-ın enerji təchizatı baxımından Aİ-ni necə ayaqda saxlamaq niyyətində olduğuna dair təklifləri ilə tanış olmaq üçün gəlib.Bu gün artıq ağlı başında olan hər kəsə aydındır ki, "Ukraynaya gözlənilən Rusiya təcavüzü" ilə bağlı bütün bu isteriyalar, sadəcə olaraq, rəqibi böyük ümum-Avropa bazarından sıxışdırmaq üçün bir vasitə idi.Rusiyanı biznes, iqtisadi münasibətlər, müqavilə öhdəliklərinə əməl edilməsi baxımından, yəni, birbaşa gözdən salmaq çətin tapşırıq olduğundan, "Ukraynanın işğalı" mifini uyduraraq cinahlardan hücuma keçdilər.Don Korleonenin də dediyi kimi, "yalnız biznes, şəxsi qərəz yoxdur".Təxminən bir il bundan əvvəl, kalium ixracı ilə bağlı məhdudlaşdırıcı tədbirlər işə salınan vaxt Belarusa münasibətdə də rəqibi sıxışdırıb aradan çıxarmaq üçün eyni sxem tətbiq olunmuşdu.Və avropalı fermerlərin əziyyət çəkməsinin (bu yay məhsul zəif olub, görəsən, bunda Aİ fermerlərinin Belarus gübrəsinə qənaət etmələri rol oynayıbmı?) onlar üçün heç bir əhəmiyyəti yoxdur, əvəzində amerikalılar və kanadalılar qlobalist siyasi isteblişmentin verdiyi kəllə sümüyünü ləzzətlə gəmirdilər.Və budur, artıq Almaniya xarici siyasət idarəsinin rəhbəri bu günlərdə şəxsən Co Baydenin (Əgər Rusiya bəd niyyətini davam etdirsə, "Şimal axını-2" olmayacaq) Vaşinqtondan göndərdiyi siqnalı tutaraq "Rusiya qazından tamamilə imtina etmək" ehtimalından dəm vurur.Düzdür, bütün bu hədə-qorxular, çıxışlar, "Rusiyaya qarşı birlikdə necə müqavimət göstərmək" barədə kupletlərin oxunması piardan və mediada səs-küy yaraqtmaqdan o yana keçmir, hələlik bunlar sözdən, havaya barmaq silkələməkdən başqa bir şey deyil.Amma vektor aydındır."Bütün sivil dünyanın" bizə vurmaq niyyətində olduğu bu zərbəyə cavab verə biləcəyik. Bunun üçün motivasiyamız, gücümüz və tab gətirəcəyimizə dair inamımız var.Bu vəziyyətdə, təbii ki, yalnız siyasi avantüristlərin girovuna çevrilmiş sadə avropalıların halına acıyırsan.Qlobalistləri razı salmaq üçün isbat olunmayını sübut etməyə çalışan məzhəkəçilərə onların yerinə utanmadan baxmaq mümkün deyil. Bu səyyar sirkdə hələ də səhvən "Rusiyanın geosiyasi cəhətdən qarşısının alınması" olaraq adlandırılan tamaşanın səviyyəsinə gəlincə, yalnız bir şey demək olar: "Darıxdırıcıdır, qızlar!"Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20220125/avropa-rusiyani-nece-cezalandiracagina-qerar-vere-bilmir-438501041.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Yelena Qarayeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/19/427312148_152:-1:671:519_100x100_80_0_0_48701169a62c5a6c4278490c05b9f7c5.jpg
Yelena Qarayeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/19/427312148_152:-1:671:519_100x100_80_0_0_48701169a62c5a6c4278490c05b9f7c5.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0b/435090150_167:0:2898:2048_1920x0_80_0_0_b4123ef685a0f5675cc706e60ab45aa1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Yelena Qarayeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/19/427312148_152:-1:671:519_100x100_80_0_0_48701169a62c5a6c4278490c05b9f7c5.jpg
qərb rusiyanı necə cəzalandıracağına qərar verir
qərb rusiyanı necə cəzalandıracağına qərar verir
Qərb Rusiyanı necə cəzalandıracağına qərar verir
Transatlantik müzakirələr bu iki hörmətli cənabın - daha doğrusu, bir centlmen və bir kabaleronun - həmsədr vəzifəsini tutduğu ABŞ-Aİ Enerji Şurası çərçivəsində gerçəkləşib.
BAKI, 9 fevral — Sputnik. Vaşinqtonda son iki gün ərzində iki böyük B-nin (Borrell və Blinken, yaxud da Blinken və Borrell in) dueti, amerikalı və avropalıların iki əsas diplomatı Moskvanı necə cəzalandıracaqlarını və ölkəmizin başına hansı pis işlər açacaqlarını müzakirə etdilər. Ya da bu dairələrdə qəbul olunduğu kimi "Rusiyanı geosiyasi cəhətdən cilovlamağı".
Transatlantik müzakirələr bu iki hörmətli cənabın - daha doğrusu, bir centlmen və bir kabaleronun - həmsədr vəzifəsini tutduğu ABŞ-Aİ Enerji Şurası çərçivəsində gerçəkləşib.
Kollegial iş olan yerdə dostluq da var: yekun mətbuat konfransında Aİ-nin beynəlxalq məsələlər və təhlükəsizlik üzrə ali nümayəndəsi çoxqatlı rəsmi tituluna baxmayaraq, tez-tez "əziz Toni" adlandırdığı Blinkenlə necə dost olduqlarına eyham vururdu.
Üstəlik, Von der Leyenin müavini də ölkəmizlə kollektiv Qərb arasında böhranın kəskinləşməsi vəziyyətində Rusiyanın enerji daşıyıcılarından məhrum olacağı təqdirdə amerikalıların vahid Avropaya necə dəstək vermək niyyətində olduqlarını dinləmək üçün Vaşinqtona uçub.
Borrell Blinkenlə dostlaşmaq üçün Vaşinqtona uçmamışdan əvvəl öz bloqunda növbəti statusunu yayımlayıb və orada təkrarlayır ki, "Rusiya hamını qazla şantaja davam etmək niyyətindədir".
Borrellin bu xülyaya qapıldığı bir vaxtda əslində məhz onun beynəlxalq arenada təmsil etdiyi vahid Avropada hazırda nələrin baş verdiyinə nəzər salmağa dəyər.
Məsələn, Borrell "Rusiyanın qaz hiyləgərliyi" haqqında yazısını redaktə etdiyi bir vaxtda bu zəngin birləşmiş Avropada ən azı 35 milyon insan seçim qarşısında idi: yemək almaq, yaxud işıq və istiliyin pulunu ödəmək?
Otuz beş milyon insan - bu, əslində Aİ-yə üzv olan bir neçə dövlətin ümumi əhalisinin sayıdır, sanki bütün portuqaliyalılar, litvalılar, irlandlar, qocalar və körpələr də daxil olmaqla, hər kəs dilemma ilə üzləşib: isti evdə ac yatmaqmı, yoxsa tox qarına, amma qızdırılmayan evdə yatmaqmı?
Demək olar ki, bütün Aİ-yə üzv dövlətlərin səlahiyyətliləri yoxsullar üçün elektrik və istilik ödənişlərinin yükünü ən azı minimuma endirməyə çalışır.
Bu heç də humanizmdən irəli gəlmir, sadəcə, özünüqoruma hissidir: ikinci yeni Jaklar üsyanı və ya "sarı jiletlilər"in çıxışlarından sonra çətinliklə özünə gələn Aİ iqtisadiyyatı, növbəti belə etiraza, sadəcə olaraq davam gətirməz.
Bu vəsaitlər Avropa yoxsullarının maliyyə vəziyyətini kökündən dəyişməsə də, necə deyirlər, heçə lənət.
Beləliklə, Avropa İttifaqının ən mühüm nəzarət oqranlarından biri əgər bu müavinətlər bərpa olunmayan enerji daşıyıcılarından istifadəyə görə ödənişləri əhatə edərsə, qəti şəkildə Aİ sakinlərinə yardıma qarşı çıxır. Bu qərarı digər məsələlərlə yanaşı, Avropa İttifaqının üzvü olan ölkələrin suveren büdcə xərclərinə nəzarət edən Avropa İttifaqı Hesablama Palatası elan edib.
Avropada yoxsullar kəndlərdə yaşayır, evlərini dizel yanacağı ilə qızdırır və adətən, dizellə işləyən avtomobillər sürürlər. Çünki belə daha ucuz başa gəlir.
Rifah içində tox yaşayan Avropa bürokratiyası səhər tezdən durub axşam gec yatan, çətinliklə dolananlara ismarış göndərərək, onları daha böyük yoxsullqula təhdir edir.
Ancaq bu nümunə kifayət qədər parlaq və rəngarəng deyilsə, başqa bir nümunə də var: qaz kəmərinin hələ ki, fəaliyyət göstərdiyi və Avropa İttifaqının Rusiya qazı ilə təchiz olunduğu (Rusiya mavi yanacağının Almaniya üçün payı 46 faiz, Fransa üçün təxminən 20 faizdir) bir vaxtda belə inflyasiya ağla gələn bütün rekordları üstələyir, aztəminatlı təbəqənin istehlak zəmbilinin qiyməti durmadan artır və yanacağın qiyməti bir az da qalxarsa, nə baş verəcəyini təsəvvür etmək olar.
Bəs bütün bunlar Borrellə Blinken duetini dayandıra bilərmi?
Onların ariyalarında, üzr istəyirəm, çıxışlarda həm "açıq-aşkar və təhlükəli rus təhdidinə", həm də bu "təhdid"i necə ortaya atıb onunla mübarizə aparmaq üçün bir centlmen və kabaleroya layiq maliyyə vəsaiti aldıqları barədə mülahizələrə yer var idi. Onlar artıq işə başlamağa hazırdırlar.
Borrell Vaşinqtona digər məsələlərlə yanaşı, həm də amerikalı həmkarının (və dostunun) ABŞ-ın enerji təchizatı baxımından Aİ-ni necə ayaqda saxlamaq niyyətində olduğuna dair təklifləri ilə tanış olmaq üçün gəlib.
Bu gün artıq ağlı başında olan hər kəsə aydındır ki, "Ukraynaya gözlənilən Rusiya təcavüzü" ilə bağlı bütün bu isteriyalar, sadəcə olaraq, rəqibi böyük ümum-Avropa bazarından sıxışdırmaq üçün bir vasitə idi.
Rusiyanı biznes, iqtisadi münasibətlər, müqavilə öhdəliklərinə əməl edilməsi baxımından, yəni, birbaşa gözdən salmaq çətin tapşırıq olduğundan, "Ukraynanın işğalı" mifini uyduraraq cinahlardan hücuma keçdilər.
Don Korleonenin də dediyi kimi, "yalnız biznes, şəxsi qərəz yoxdur".
Təxminən bir il bundan əvvəl, kalium ixracı ilə bağlı məhdudlaşdırıcı tədbirlər işə salınan vaxt Belarusa münasibətdə də rəqibi sıxışdırıb aradan çıxarmaq üçün eyni sxem tətbiq olunmuşdu.
Və avropalı fermerlərin əziyyət çəkməsinin (bu yay məhsul zəif olub, görəsən, bunda Aİ fermerlərinin Belarus gübrəsinə qənaət etmələri rol oynayıbmı?) onlar üçün heç bir əhəmiyyəti yoxdur, əvəzində amerikalılar və kanadalılar qlobalist siyasi isteblişmentin verdiyi kəllə sümüyünü ləzzətlə gəmirdilər.
Və budur, artıq Almaniya xarici siyasət idarəsinin rəhbəri bu günlərdə şəxsən Co Baydenin (Əgər Rusiya bəd niyyətini davam etdirsə, "Şimal axını-2" olmayacaq) Vaşinqtondan göndərdiyi siqnalı tutaraq "Rusiya qazından tamamilə imtina etmək" ehtimalından dəm vurur.
Düzdür, bütün bu hədə-qorxular, çıxışlar, "Rusiyaya qarşı birlikdə necə müqavimət göstərmək" barədə kupletlərin oxunması piardan və mediada səs-küy yaraqtmaqdan o yana keçmir, hələlik bunlar sözdən, havaya barmaq silkələməkdən başqa bir şey deyil.
"Bütün sivil dünyanın" bizə vurmaq niyyətində olduğu bu zərbəyə cavab verə biləcəyik. Bunun üçün motivasiyamız, gücümüz və tab gətirəcəyimizə dair inamımız var.
Bu vəziyyətdə, təbii ki, yalnız siyasi avantüristlərin girovuna çevrilmiş sadə avropalıların halına acıyırsan.
Qlobalistləri razı salmaq üçün isbat olunmayını sübut etməyə çalışan məzhəkəçilərə onların yerinə utanmadan baxmaq mümkün deyil. Bu səyyar sirkdə hələ də səhvən "Rusiyanın geosiyasi cəhətdən qarşısının alınması" olaraq adlandırılan tamaşanın səviyyəsinə gəlincə, yalnız bir şey demək olar: "Darıxdırıcıdır, qızlar!"
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.