Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Kəmaləddin Heydərovu kim əvəz edəcək?

© Maddie Meyer/Getty Images/AFPBoks əlcəkləri, arxiv şəkli
Boks əlcəkləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.02.2022
Abunə olmaq
Sahil Babayevin bu gün Gənclər və İdman Nazirliyinin inzibati binasında keçiriləcək ABF-in hesabat-seçki konfransında yeni vəzifəyə seçiləcəyi gözlənilir.
BAKI, 9 fevral — Sputnik. Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti vəzifəsinə namizəd şəxs müəyyənləşib.
Bu, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir.
S.Babayevin bu gün Gənclər və İdman Nazirliyinin inzibati binasında keçiriləcək ABF-in hesabat-seçki konfransında yeni vəzifəyə seçiləcəyi gözlənilir. O, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovu əvəzləyəcək.
Report qeyd edib ki, K.Heydərov ABF-yə 2009-cu il yanvarın 23-dən rəhbərlik edir.
Xatırladaq ki, Avropa Boks Konfederasiyası 2022-ci ilin yarışlarının təqvimini açıqlayıb. Bu il bir dünya və altı Avropa çempionatı keçiriləcək.
Dünya çempionatı yalnız qadınlar arasında baş tutacaqsa, qitə miqyaslı 6 müxtəlif turnir təşkil olunacaq. Kişilər, qadınlar, U-22, gənclər, yeniyetmələr və məktəblilər Avropanın ən yaxşısı adı uğrunda mübarizə aparacaqlar.
İlə gələn ay U-22-lərin yarışı ilə start veriləcək. 2022-ci ilin son yarışında isə yeniyetmələr rinqə çıxacaqlar. Öncədən iyulun 2-12-nə planlaşdırılan İtaliyadakı bu çempionat payızda baş tutacaq.
Gənclər arasında (U-22) Avropa çempionatı – 11-24 mart, Poreç, Xorvatiya
Gənclər arasında Avropa çempionatı – 10-22 aprel, Sofiya, Bolqarıstan
Qadınlar arasında dünya çempionatı – 6-21 may, İstanbul, Türkiyə
Kişilər arasında Avropa çempionatı – 21-31 may, Yerevan, Ermənistan
Qadınlar arasında Avropa çempionatı – 21-31 iyul, Ulan-Ude, Rusiya
Məktəbli oğlan və qızlar arasında Avropa çempionatı – 10-31 avqust, Ərzurum, Türkiyə
Yeniyetmələr arasında Avropa çempionatı – 23 sentyabr – 2 oktyabr, Montesilvano, İtaliya
Xəbər lenti
0