https://sputnik.az/20220209/dovlet-serhedinde-narkotik-vasite-askarlandi-438983384.html
Dövlət sərhədində narkotik vasitə aşkarlandı
Dövlət sərhədində narkotik vasitə aşkarlandı
Sputnik Azərbaycan
Sərhəd zastavasının xidməti sahəsində sərhədboyu ərazidə 1 ədəd sahibsiz bağlama aşkarlanıb.
2022-02-09T16:23+0400
2022-02-09T16:23+0400
2022-02-09T16:23+0400
sərhəd
cəmiyyət
narkotik
aşkar
https://cdnn1.img.sputnik.az/img/07e6/02/09/438983328_0:109:1156:759_1920x0_80_0_0_8166ec10bb4296543658abaa06344049.jpg
BAKI, 9 fevral — Sputnik. Fevral ayının 7-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin hərbi qulluqçularının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayonunun Arus kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhədboyu ərazidə 1 ədəd sahibsiz bağlama aşkarlanıb.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.Bildirilib ki, dövlət sərhədlərinin mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.Qeyd olunub ki, həmin bağlamaya baxış zamanı təxmini çəkisi 12 kiloqram narkotik vasitəyə (10 kq 70 qram heroin, 1 kq 25 qram metamfetamin) bənzər maddələr aşkarlanaraq götürülüb.Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.Xatırladaq ki, 2021-ci il ərzində 3 ton 57 kiloqram 111 qram narkotik vasitənin, 131 milyon 52 min 393 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb, 15 ton 408 kq narkotik xassəli bitki məhv edilib. Eyni zamanda 2021-cu ildə dövlət sərhədini pozduqlarına görə 456 nəfər, sərhəd rejimini pozduqlarına görə 4 545 nəfər, axtarışda olan 2154 nəfər, saxta sənədlərlə 227 nəfər, özgəsinə məxsus sənədlə 4 nəfər, gizli şəkildə sərhəd nəzarəti məntəqələrindən keçməyə cəhd edərkən 3 nəfər saxlanılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Dövlət Sərhəd Xidmətində nə baş verib? Müşavirədən qeydlər
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/09/438983328_0:0:1156:867_1920x0_80_0_0_2c5cea6b9f6f04a6153a3ed4596f00f5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
dövlət sərhədində narkotik vasitə aşkarlandı
dövlət sərhədində narkotik vasitə aşkarlandı
Dövlət sərhədində narkotik vasitə aşkarlandı
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
BAKI, 9 fevral — Sputnik. Fevral ayının 7-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin hərbi qulluqçularının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayonunun Arus kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhədboyu ərazidə 1 ədəd sahibsiz bağlama aşkarlanıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, dövlət sərhədlərinin mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd olunub ki, həmin bağlamaya baxış zamanı təxmini çəkisi 12 kiloqram narkotik vasitəyə (10 kq 70 qram heroin, 1 kq 25 qram metamfetamin) bənzər maddələr aşkarlanaraq götürülüb.
Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, 2021-ci il ərzində 3 ton 57 kiloqram 111 qram narkotik vasitənin, 131 milyon 52 min 393 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb, 15 ton 408 kq narkotik xassəli bitki məhv edilib. Eyni zamanda 2021-cu ildə dövlət sərhədini pozduqlarına görə 456 nəfər, sərhəd rejimini pozduqlarına görə 4 545 nəfər, axtarışda olan 2154 nəfər, saxta sənədlərlə 227 nəfər, özgəsinə məxsus sənədlə 4 nəfər, gizli şəkildə sərhəd nəzarəti məntəqələrindən keçməyə cəhd edərkən 3 nəfər saxlanılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.