https://sputnik.az/20220203/dovlet-serhed-xidmetinde-ne-bas-verib-musavireden-qeydler-438797802.html
Dövlət Sərhəd Xidmətində nə baş verib? Müşavirədən qeydlər
Dövlət Sərhəd Xidmətində nə baş verib? Müşavirədən qeydlər
Sputnik Azərbaycan
2021-ci ildə Dövlət Sərhəd Xidməti tərəfindən hansı əsas nailiyyətlərin əldə olunması Sputnik Azərbaycan-ın materialında. 03.02.2022, Sputnik Azərbaycan
2022-02-03T15:40+0400
2022-02-03T15:40+0400
2022-02-03T16:23+0400
elçin quliyev
azərbaycan xəbərləri
dövlət sərhəd xidməti
dsx
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e6/02/03/438797733_0:54:1024:630_1920x0_80_0_0_eba724d56300ac7766a24c26486e563e.jpg
BAKI, 3 fevral — Sputnik. Dövlət Sərhəd Xidmətinin (DSX) 2021-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib.Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Sputnik Azərbaycan-a bildirilib ki, hesabat müşavirəsində Dövlət Sərhəd Xidmətinin hərbi birləşmə komandanlarının məruzələri dinlənilib, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev yekun hesabat məruzəsi ilə çıxış edib, hərbi birləşmələrin və digər struktur qurumların xidməti fəaliyyətini qiymətləndirib, 2022-ci ildə Dövlət Sərhəd Xidməti qarşısında duran əsas vəzifə və tapşırıqları qeyd edib.2021-ci ilin Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan tarixinin ən böyük sərkərdəsi cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunduqdan sonra Dövlət Sərhəd Xidməti qarşısında qoyulmuş tapşırıqların yüksək səviyyədə yerinə yetirildiyi bildirilib. Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunmuş 132 km-lik sahəsində sərhəd mühafizə infrastrukturunun bərpası, Zəngilan, Qubadlı və Laçın rayonları ərazilərində Azərbaycan-Ermənistan dövlət sərhədinin müdafiə və mühafizəsi sisteminin yaradılması, işğaldan azad edilmiş ərazilərdə Dövlət Sərhəd Xidmətinin hərbi potensialının gücləndirilməsi, düşmənin təxribatlarının qarşısının alınması üzrə effektiv əks-tədbirlər sisteminin formalaşdırılması ilə əlamətdar olması qeyd olunub.Bu nailiyyətlərin əldə olunmasının dahi öndər Heydər Əliyevin sərhəd mühafizəsi sahəsindəki ideya və düşüncələrinin gerçəkləşdirilməsi, dövlət sərhədlərinin toxunulmazlığının təminatı məsələlərinə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ali diqqəti nəticəsində mümkün olduğu xüsusi vurğulanıb.2021-ci ildə Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 26 aprel tarixində Dövlət Sərhəd Xidmətinin Cəbrayıl rayonunun Marallı kəndi, 04 oktyabr tarixində Cəbrayıl rayonu, 25 oktyabr tarixində Qubadlı rayonu ərazisindəki yeni hərbi hissələrinin açılışını etməsi, 20 oktyabr tarixində Zəngilan rayonunda yeni hərbi hissəyə səfər etməsi, hərbi hissələrin xidməti-döyüş fəaliyyətinin təşkili, hərbi qulluqçuların peşəkar və döyüş qabiliyyətinin yüksəldilməsi üçün yaradılmış şəraitlə tanış olması qeyd olunub.Həmçinin bildirilib ki, Vətən Müharibəsində göstərdikləri rəşadətə, igidliyə və şücaətə görə 12 DSX hərbi qulluqçusunu "Vətən müharibəsi qəhrəmanı" adına layiq görülüb, habelə sərhədçiləri 176 orden, 5203 medalla təltif edilib, 23 dekabr tarixində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin sosial müdafiəsinin gücləndirilməsi barədə qərar verməsininin Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti üçün xüsusilə əhəmiyyətli olub, böyük ruh yüksəkliyi ilə qarşılanın. 2021-cu ildə Dövlət Sərhəd Xidməti tərəfindən aşağıdakı əsas nailiyyətlər əldə olunub:- İşğaldan azad edilmiş ərazilərdə Dövlət Sərhəd Xidmətinin 19 yeni hərbi hissə kompleksi, Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan, Qubadlı rayonları ərazisindən və Laçın rayonunun bir hissəsindən keçən sahəsində 104 sərhəd-döyüş məntəqəsi xidməti-döyüş fəaliyyətinə başlayıb;- Azərbaycan-Ermənistan dövlət sərhədində "Eyvazlı" və "Qazançı" dövlət sərhədindən buraxılış məntəqələri fəaliyyətə başlayıb, "Füzuli" beynəlxalq hava limanında sərhəd nəzarətinin təşkili üzrə tədbirlər görülüb, İAMAS-ın stasionar və səyyar iş yerləri yaradılıb;- İşğaldan asaz edilmiş ərazilərdə 73,8 km məsafədə yeni yol çəkilib, 121,4 km məsafədə yolların əsaslı və cari təmiri həyata keçirilib;- 386 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib, nəticədə 947 ədəd piyada əleyhinə, 1195 ədəd tank əleyhinə mina, 186 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib;- Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunmuş 132 km-lik hissəsi Azərbaycan sərhədçiləri tərəfindən nəzarət altına götürülüb, bu istiqamətdə sərhəd mühafizə infrastrukturunun bərpa olunması sayəsində əvvəlki dövrlərdə bu ərazilərdən keçən narkotrafikə ciddi zərbə endirilib;- Azərbaycan-Rusiya dövlət sərhədində demarkasiya işləri davam etdirilib, hal-hazıradək 178 ədəd sərhəd nişanı quraşdırılıb;- Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyasına uyğun olaraq dənizdə neft-qaz infrastrukturunun mühafizəsi məqsədilə DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin sualtı mühafizə imkanları gücləndirilib, gəmilərin idarəetmə heyətlərinin peşəkarlığı təkmilləşdirilmiş, dəniz yolu ilə narkotik qaçaqmalçılarına qarşı effektiv mübarizə aparılıb.- Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 5 nəfər, məxfi əməkdaşlığa cəlb olunmuş 1 nəfər müəyyən edilib;- terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə münaqişə zonalarında döyüşmüş 6 nəfər şəxs saxlanılmış, bu qəbildən olan daha 11 nəfər müəyyən edilib, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 15, qaçaqmalçılıqla məşğul olan 5 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilmiş, 71 nəfər sərhəd, 41 nəfər rejim pozucusu, 11 nəfər qeyri-leqal miqrant saxlanılıb;- 2021-ci il ərzində 3 ton 57 kiloqram 111 qram narkotik vasitənin, 131 milyon 52 min 393 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb, 15 ton 408 kq narkotik xassəli bitki məhv edilib;- 2021-cu ildə dövlət sərhədini pozduqlarına görə 456 nəfər, sərhəd rejimini pozduqlarına görə 4 545 nəfər, axtarışda olan 2154 nəfər, saxta sənədlərlə 227 nəfər, özgəsinə məxsus sənədlə 4 nəfər, gizli şəkildə sərhəd nəzarəti məntəqələrindən keçməyə cəhd edərkən 3 nəfər saxlanılıb;- sərhəd naryadları tərəfindən sərhəd pozucularına qarşı təlimata uyğun silah tətbiq olunması nəticəsində 2 halda 3 nəfər yaralanıb, 5 halda 5 nəfər sərhəd pozucusu məhv edilib.Hesabat müşavirəsində Azərbaycan sərhədçilərinin Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqlarını daima şərəf və ləyaqətlə yerinə yetirəcəkləri, dövlət sərhədinin etibarlı mühafizəsini təmin edəcəkləri vurğulanıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/03/438797733_57:0:968:683_1920x0_80_0_0_8d8a89576d204b4d6feb7f9ddb79b3e9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
elçin quliyev, dövlət sərhəd xidməti, dsx, prezident ilham əliyev
elçin quliyev, dövlət sərhəd xidməti, dsx, prezident ilham əliyev
Dövlət Sərhəd Xidmətində nə baş verib? Müşavirədən qeydlər
15:40 03.02.2022 (Yenilənib: 16:23 03.02.2022) 2021-ci ildə Dövlət Sərhəd Xidməti tərəfindən hansı əsas nailiyyətlərin əldə olunması Sputnik Azərbaycan-ın materialında.
BAKI, 3 fevral — Sputnik. Dövlət Sərhəd Xidmətinin (DSX) 2021-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsi keçirilib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Sputnik Azərbaycan-a bildirilib ki, hesabat müşavirəsində Dövlət Sərhəd Xidmətinin hərbi birləşmə komandanlarının məruzələri dinlənilib, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev yekun hesabat məruzəsi ilə çıxış edib, hərbi birləşmələrin və digər struktur qurumların xidməti fəaliyyətini qiymətləndirib, 2022-ci ildə Dövlət Sərhəd Xidməti qarşısında duran əsas vəzifə və tapşırıqları qeyd edib.
2021-ci ilin Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan tarixinin ən böyük sərkərdəsi cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunduqdan sonra Dövlət Sərhəd Xidməti qarşısında qoyulmuş tapşırıqların yüksək səviyyədə yerinə yetirildiyi bildirilib.
Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunmuş 132 km-lik sahəsində sərhəd mühafizə infrastrukturunun bərpası, Zəngilan, Qubadlı və Laçın rayonları ərazilərində Azərbaycan-Ermənistan dövlət sərhədinin müdafiə və mühafizəsi sisteminin yaradılması, işğaldan azad edilmiş ərazilərdə Dövlət Sərhəd Xidmətinin hərbi potensialının gücləndirilməsi, düşmənin təxribatlarının qarşısının alınması üzrə effektiv əks-tədbirlər sisteminin formalaşdırılması ilə əlamətdar olması qeyd olunub.
Bu nailiyyətlərin əldə olunmasının dahi öndər Heydər Əliyevin sərhəd mühafizəsi sahəsindəki ideya və düşüncələrinin gerçəkləşdirilməsi, dövlət sərhədlərinin toxunulmazlığının təminatı məsələlərinə Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ali diqqəti nəticəsində mümkün olduğu xüsusi vurğulanıb.
2021-ci ildə Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 26 aprel tarixində Dövlət Sərhəd Xidmətinin Cəbrayıl rayonunun Marallı kəndi, 04 oktyabr tarixində Cəbrayıl rayonu, 25 oktyabr tarixində Qubadlı rayonu ərazisindəki yeni hərbi hissələrinin açılışını etməsi, 20 oktyabr tarixində Zəngilan rayonunda yeni hərbi hissəyə səfər etməsi, hərbi hissələrin xidməti-döyüş fəaliyyətinin təşkili, hərbi qulluqçuların peşəkar və döyüş qabiliyyətinin yüksəldilməsi üçün yaradılmış şəraitlə tanış olması qeyd olunub.
Həmçinin bildirilib ki, Vətən Müharibəsində göstərdikləri rəşadətə, igidliyə və şücaətə görə 12 DSX hərbi qulluqçusunu "Vətən müharibəsi qəhrəmanı" adına layiq görülüb, habelə sərhədçiləri 176 orden, 5203 medalla təltif edilib, 23 dekabr tarixində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin sosial müdafiəsinin gücləndirilməsi barədə qərar verməsininin Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti üçün xüsusilə əhəmiyyətli olub, böyük ruh yüksəkliyi ilə qarşılanın.
2021-cu ildə Dövlət Sərhəd Xidməti tərəfindən aşağıdakı əsas nailiyyətlər əldə olunub:
- İşğaldan azad edilmiş ərazilərdə Dövlət Sərhəd Xidmətinin 19 yeni hərbi hissə kompleksi, Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan, Qubadlı rayonları ərazisindən və Laçın rayonunun bir hissəsindən keçən sahəsində 104 sərhəd-döyüş məntəqəsi xidməti-döyüş fəaliyyətinə başlayıb;
- Azərbaycan-Ermənistan dövlət sərhədində "Eyvazlı" və "Qazançı" dövlət sərhədindən buraxılış məntəqələri fəaliyyətə başlayıb, "Füzuli" beynəlxalq hava limanında sərhəd nəzarətinin təşkili üzrə tədbirlər görülüb, İAMAS-ın stasionar və səyyar iş yerləri yaradılıb;
- İşğaldan asaz edilmiş ərazilərdə 73,8 km məsafədə yeni yol çəkilib, 121,4 km məsafədə yolların əsaslı və cari təmiri həyata keçirilib;
- 386 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib, nəticədə 947 ədəd piyada əleyhinə, 1195 ədəd tank əleyhinə mina, 186 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib;
- Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunmuş 132 km-lik hissəsi Azərbaycan sərhədçiləri tərəfindən nəzarət altına götürülüb, bu istiqamətdə sərhəd mühafizə infrastrukturunun bərpa olunması sayəsində əvvəlki dövrlərdə bu ərazilərdən keçən narkotrafikə ciddi zərbə endirilib;
- Azərbaycan-Rusiya dövlət sərhədində demarkasiya işləri davam etdirilib, hal-hazıradək 178 ədəd sərhəd nişanı quraşdırılıb;
- Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyasına uyğun olaraq dənizdə neft-qaz infrastrukturunun mühafizəsi məqsədilə DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin sualtı mühafizə imkanları gücləndirilib, gəmilərin idarəetmə heyətlərinin peşəkarlığı təkmilləşdirilmiş, dəniz yolu ilə narkotik qaçaqmalçılarına qarşı effektiv mübarizə aparılıb.
- Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 5 nəfər, məxfi əməkdaşlığa cəlb olunmuş 1 nəfər müəyyən edilib;
- terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə münaqişə zonalarında döyüşmüş 6 nəfər şəxs saxlanılmış, bu qəbildən olan daha 11 nəfər müəyyən edilib, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 15, qaçaqmalçılıqla məşğul olan 5 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilmiş, 71 nəfər sərhəd, 41 nəfər rejim pozucusu, 11 nəfər qeyri-leqal miqrant saxlanılıb;
- 2021-ci il ərzində 3 ton 57 kiloqram 111 qram narkotik vasitənin, 131 milyon 52 min 393 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb, 15 ton 408 kq narkotik xassəli bitki məhv edilib;
- 2021-cu ildə dövlət sərhədini pozduqlarına görə 456 nəfər, sərhəd rejimini pozduqlarına görə 4 545 nəfər, axtarışda olan 2154 nəfər, saxta sənədlərlə 227 nəfər, özgəsinə məxsus sənədlə 4 nəfər, gizli şəkildə sərhəd nəzarəti məntəqələrindən keçməyə cəhd edərkən 3 nəfər saxlanılıb;
- sərhəd naryadları tərəfindən sərhəd pozucularına qarşı təlimata uyğun silah tətbiq olunması nəticəsində 2 halda 3 nəfər yaralanıb, 5 halda 5 nəfər sərhəd pozucusu məhv edilib.
Hesabat müşavirəsində Azərbaycan sərhədçilərinin Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqlarını daima şərəf və ləyaqətlə yerinə yetirəcəkləri, dövlət sərhədinin etibarlı mühafizəsini təmin edəcəkləri vurğulanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.