ELM

Alimlər banan qabığından hidrogen almağın yolunu tapdılar

© pixabay / AlexandraBanan
Banan - Sputnik Azərbaycan, 1920, 27.01.2022
Abunə olmaq
Araşdırmanın müəllifləri bildirirlər ki, hər bir kiloqram qurudulmuş biokütlədən 100 litr hidrogen və 330 kiloqram kömür əldə etmək olar.
BAKI, 27 yanvar — Sputnik. Alimlər biokütlədən hidrogen qazı əldə etməyin effektiv yolunu təklif ediblər. Bu barədə "Chemical Science" jurnalında dərc olunmuş məqalədə qeyd olunub.
Bir çox inkişaf etmiş ölkələr mədən yanacağından tədricən imtina etməyi planlaşdırır və alternativlərdən biri kimi hidrogen nəzərdən keçirilir. Hidrogeni əldə etməyin təbii qaz da daxil olmaqla, bir çox yolu var, amma bəzi ekspertlər bu maddənin ekoloji nöqteyi-nəzərdən biokütlədən alınmasının daha optimal variant olması qənaətindədirlər.
İsveçrənin Lozanna Federal Politexnik Məktəbindən Hubert Jironun rəhbərlik etdiyi alimlər qrupu təkcə sintez-qaz (hidrogen və karbonmonoksid qarışığı) deyil, həm də kömür istehsal etməyə imkan verən biokütlənin fotopiroliz metodunu işləyib hazırlayıblar.
Metod, adətən metal birləşmələrin foto ayrılmasında istifadə edilən güclü ksenon lampanın istifadəsini nəzərdə tutur. Lampanın yanıb-sönməsi fototermik reaksiyalara səbəb olur ki nəticədə sə biokütlə sintez qazına və kömürə çevrilir.
"Hər bir kiloqram qurudulmuş biokütlədən 100 litr hidrogen və 330 kiloqram kömür əldə etmək olar", - deyə araşdırmanın müəllifləri qeyd edirlər.
Banan, eləcə də, kokos və ya qarğıdalı qabıqları biokütlə mənbəyi ola bilər. Onlardan hidrogen qazı əldə etmək üçün əvvəl bu qabıqlar qurudulmalı və əzilməlidir.
Xəbər lenti
0