Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

İşğaldan azad edilən ərazilərdə xəstəxanalar necə olacaq?

© AFP 2023 / PIERO CRUCIATTIXəstəxana, arxiv şəkli
Xəstəxana, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.02.2022
Abunə olmaq
Bu rayonların hər birində gələcəkdə böyük xəstəxanalar tikiləcək, ancaq modul tipli xəstəxanalar müvəqqəti xəstəxana kimi istifadə olunacaq - Araz Nəsirov
BAKI, 8 fevral — Sputnik. İşğaldan azad edilən ərazilərdə daha 5 modul tipli xəstəxana tikiləcək.
Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov deyib.
Onun sözlərinə görə, artıq Şuşada inşası başa çatan modul tipli xəstəxana istifadəyə verilib:
"Hazırda Ağdam, Cəbrayıl, Kəlbəcər, Zəngilan və Qubadlıda modul tipli xəstəxanaların tikilməsi ilə bağlı sənədləşdirmə işləri həll edilir. Bu rayonların hər birində gələcəkdə böyük xəstəxanalar tikiləcək, ancaq modul tipli xəstəxanalar müvəqqəti xəstəxana kimi istifadə olunacaq".
Qeyd edək ki, 30 ildən sonra, 2020-ci il 27 sentyabrda başlayan 44 günlük Vətən Müharibəsi ilə Azərbaycan torpaqlarını geri ala bildi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Bölgələrdə ixtisaslaşmış həkim çatışmazlığı var - Etiraf
ÜST "stels-omikron" üzərində tədqiqata diqqət ayırmaqla bağlı çağırış edib
COVID-19-dan sonra orqanizmin bərpası üçün hansı içkilər faydalıdır
Xəbər lenti
0