CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bölgələrdə ixtisaslaşmış həkim çatışmazlığı var - Etiraf

© AFP 2024 / PIERO CRUCIATTIHəkim, arxiv şəkli
Həkim, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.02.2022
Abunə olmaq
Məqsədimiz odur ki, bölgələrdə multidisiplinar xəstəxanalar yaradaq və regionlardan insanların Bakıya gəlməsinə ehtiyac qalmasın - Araz Nəsirov
BAKI, 8 fevral — Sputnik. Azərbaycan bölgələrində ixtisaslaşmış həkimlərin çatışmazlığı hələ də mövcuddur. Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov deyib.
Onun sözlərinə görə, ölkədə əsas multidisiplinar xəstəxanalar Bakıda yerləşdiyindən insanlar tibbi xidmət almaq üçün regionlardan Bakıya gəlirlər:
"Məqsədimiz odur ki, bölgələrdə multidisiplinar xəstəxanalar yaradaq və regionlardan insanların Bakıya gəlməsinə ehtiyac qalmasın”.
Həmçinin təcili tibbi yardım fəaliyyətindən də söz açan agentlik rəsmisi əlavə edib ki, ölkədə hazırda 1300 təcili tibbi yardım avtomobili mövcuddur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
ÜST "stels-omikron" üzərində tədqiqata diqqət ayırmaqla bağlı çağırış edib
COVID-19-dan sonra orqanizmin bərpası üçün hansı içkilər faydalıdır
Xəbər lenti
0