Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ"ın dünya reytinqindəki yeri

© REUTERS / PAVEL MIKHEYEVFK "Qarabağ" futbolçuları
FK Qarabağ futbolçuları - Sputnik Azərbaycan, 1920, 08.02.2022
Abunə olmaq
"Hoffenhaym", "Selta", "Torino", "Fiorentina", "Mayns" kimi klublar "Qarabağ"dan daha aşağı sıralarda yer alıb.
BAKI, 8 fevral — Sputnik. "Qarabağ"ın dünya reytinqindəki mövqeyi açıqlanıb. Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, 200 ən yaxşı klub arasında Azərbaycan bir klubla təmsil olunub.
86,5 xala malik "Qarabağ" dünyada 162-cidir. Qurban Qurbanovun yetirmələri ən yaxın izləyicisi "Qranada"nı yarım xal qabaqlayır. "Hoffenhaym", "Selta", "Torino", "Fiorentina", "Mayns" kimi klublar da daha aşağı sıralarda yer alıb.
Qardaş Türkiyənin 6 klubu "Top-200"ə düşüb. Super Liqa təmsilçilərindən "Qalatasaray" (109,5) 112-ci, "Fənərbaxça" (103,5) 127-ci, "Beşiktaş" (99) 134-cü, "Trabzonspor" (96) 141-ci, "Konyaspor" (83,5) 172-ci, "Sivasspor" (81) 181-ci yerdə qərarlaşıb.
"Qarabağ"ın Konfrans Liqasının pley-offundakı rəqibi "Marsel"in 114 xalı var. Liqa1 klubu ağdamlılardan 60 pillə yüksək – 102-ci sırada qərarlaşıb.
Qeyd edək ki, birinci pillədə "Atletiko Mineyro" yer alıb – 297 xal. "Ayaks"ın 292, "Palmeyras"ın 288 xalı var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0