Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycan vətəndaşlarına Türkiyə səhiyyəsi ilə bağlı şad xəbər

© Sputnik / Viktoriya ViatrisTürkiyədə təcili tibbi yardım maşını, arxiv şəkli
Türkiyədə təcili tibbi yardım maşını, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.02.2022
Abunə olmaq
BAKI, 8 fevral — Sputnik. Gələcəkdə Türkiyə və Azərbaycan vətəndaşları qarşılıqlı şəkildə icbari tibbi sığortanın tərkibinə aid olan xidmətlərdən istifadə edəcəklər.
Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.
Sədrin sözlərinə görə, qardaş Türkiyə ilə səhiyyə sahəsində bir çox layihələr həyata keçirilir: "Vətən müharibəsində yaralanan qazilərə psixoloji yardımların göstərilməsi üçün icra olunan layihələrin genişləndirilməsi istiqamətində Türkiyə ilə birgə əməkdaşlıqlar olacaq. Bundan başqa, Türkiyə istehsalı olan "TÜRKOVAC" vaksini hazırda 3-cü fazada sınaq mərhələsindədir. Azərbaycan və Türkiyənin səhiyyə qurumları arasında işçi qrupu səviyyəsində görüşlər keçiriləcək".
Qeyd edək ki, Türkiyə Respublikası Sosial Müdafiə Qurumunun (SGK) sədri Cevdet Ceylanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev SGK-nın sədri Cevdet Ceylanın rəhbərlik etdiyi nümayəndə heyəti və Türkiyə Respublikasının ölkəmizdəki səfiri cənab Cahit Bağcı ilə görüşüb. Nümayəndə heyətində SGK-nın Ümumi Tibbi Sığorta Baş İdarəsinin rəhbəri Gökhan Tuna Öztürk, İdarənin Səhiyyə Xidmətləri departamentinin rəhbəri Eyup Sabri Tezcan, sosial müdafiə ekspertləri Tolga Bal və Yusuf Demirci təmsil olunur. Qonaqları Azərbaycanda görməkdən məmnunluğunu ifadə edən Zaur Əliyev iki qardaş ölkə arasında əməkdaşlığın bütün istiqamətlərdə olduğu kimi səhiyyə və tibb sahələrini də əhatə etdiyini bildirib:

“Qardaş ölkə həkim mütəxəssislərin müxtəlif ixtisaslar üzrə təhsil almasına, bilik və bacarıqlarının artmasına hər zaman böyük töhfə verir. Bu da əlbəttə ki, səhiyyənin inkişafı ilə yanaşı iki qardaş ölkə arasında əlaqələrin daha da möhkəmlənməsində mühüm rol oynayır”.

Ötən il imzalanan Anlaşma Memorandumunun iki qurum arasında əlaqələrin daha da inkişaf etdirilməsi baxımından vacib olduğunu bildirən İdarə Heyətinin sədri, işgüzar səfərin məhsuldar keçməsi üçün nümayəndə heyətinə hər cür dəstək olmağa hazır olduğunu vurğulayıb və onlara işlərində uğurlar arzu edib.
Səmimi görüşə görə təşəkkürünü bildirən Cevdet Ceylan Türkiyə Respublikasında əhalinin sağlamlığının qorunması istiqamətində görülən tədbirlər barədə məlumat verib:
“2012-ci ildən tətbiq etməyə başladığımız icbari tibbi sığorta ilə biz cəmiyyətin bütün üzvlərinin iqtisadi gücündən və istəyindən asılı olmayaraq tibbi xidmətlərdən bərabər, əlçatan və effektiv faydalanmasını təmin edirik. Bunun nəticəsidir ki, Türkiyədə əhalinin 99%-i universal tibbi sığorta ilə əhatə olunur.”
Həmçinin C.Ceylan əlavə edib ki, öz ölkəsinin sözügedən sahədə əldə etdiyi 10 illik təcrübəsini qardaş ölkə ilə bölüşəcəyindən məmnundur.
Qeyd edək ki, Anlaşma Memorandumu çərçivəsində imzalanan 3 illik Fəaliyyət Planının bu ilki mövzusu “İcbari tibbi sığortanın maliyyələşdirilməsi və informasiya texnologiyalarının tətbiqi”dir. 10 fevral tarixinədək davam edən səfər müddətində nümayəndə heyəti mövcud qanunverici baza, qurumların aktuar balansları, sığortahaqqının müəyyən edilməsi, həvəsləndirici əlavələrin tətbiqi ilə bağlı məlumat əldə edəcəklər. Fəaliyyət Planının icrası məqsədi ilə görülən tədbirlər çərçivəsində icbari tibbi sığortanın tətbiqinin Türkiyə təcrübəsinə əsaslanaraq təkmilləşdirilməsinə dair təkliflər hazırlanacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Türkiyəyə gələn turistlərin sayına görə Rusiya vətəndaşları birinci yerdədir
İrana gedənlərimiz azaldı, Türkiyə və Rusiyaya isə artdı - RƏQƏMLƏR
Xəbər lenti
0