Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Cavanşir Feyziyev istefa verib

© Depositphotos.com / _ella_Sənədlər
Sənədlər - Sputnik Azərbaycan, 1920, 07.02.2022
Abunə olmaq
Millət vəkili istefa etdiyi haqda sosial şəbəkədə status yazıb.
BAKI, 7 fevral — Sputnik. Mətbuat Şurasının İdarə Heyətinin üzvü Cavanşir Feyziyev istefa verib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Cavanşir Feyziyev "Facebook" səhifəsində bildirib. O diqqətə çatdırıb ki, son günlərdə "Facebook"da paylaşdığı statusla bağlı yaranan qalmaqal, həmçinin işinin çoxluğu Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti üzvlüyündən istefa verməyi zəruri edib.
"Mən bir neçə gün öncə "Facebook" səhifəmdə yazdığım statusla hər hansı ziddiyyət yaratmaq məqsədi güdməmişəm, sadəcə barəmdə gedən mənfi yüklü materialların şəxsimə təsirini əyani şəkildə hiss etdirmək istəmişəm. Razıyam ki, emosional şəraitdə yazdığım statusun mətni kifayət qədər sərt olub və bu barədə də əlavə status yazaraq bunda özümü haqlı hesab etmədiyimi bildirmişəm.
Vəziyyətin belə bir şəkil alması, həmçinin işimin çoxluğu mənim Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti üzvlüyümdən istefa verməyimi zəruri edir və mən sizdən istefamın qəbul olunmasını xahiş edirəm", - deyə Cavanşir Feyziyev vurğulayıb.
Qeyd edək ki, Milli Məclisin deputatı Cavanşir Feyziyev onun və ailə üzvlərinin Londondakı bank hesablarında saxlanılan milyonlarla funt sterlinqin müsadirə edilməsi barədə məlumat yayan jurnalistləri təhqir edib. Onun tanınmış jurnalistlərin ünvanına böhtan və təhqir xarakterli ifadələr işlətdiyi müsahibə ölkə KİV-lərində dərc edilib.
Həm də Mətbuat Şurasının İdarə heyətinin üzvü olan Cavanşir Feyziyevin ifadələri sosial şəbəkələrdə və jurnalistlər arasında böyük etiraz doğurub. "Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev "Facebook" sosial şəbəkəsindəki hesabında Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyündən istefa verdiyini açıqlayıb və buna səbəb kimi Feyziyevin onun haqqında yazdıqlarını göstərib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Amaşov millət vəkilinin MŞ-dən uzaqlaşdırıla biləcəyini deyir
Xəbər lenti
0