https://sputnik.az/20220207/amasov-millet-vekilinin-ms-den-uzaqlasdirila-bileceyini-deyir-438894845.html
Amaşov millət vəkilinin MŞ-dən uzaqlaşdırıla biləcəyini deyir
Amaşov millət vəkilinin MŞ-dən uzaqlaşdırıla biləcəyini deyir
Sputnik Azərbaycan
Cavanşir Feyziyev Londonda bank hesablarındakı milyonlarla funt-sterlinqin müsadirə edilməsi haqda məlumat yayan jurnalistləri təhqir edib
2022-02-07T10:57+0400
2022-02-07T10:57+0400
2022-02-07T10:57+0400
cəmiyyət
mətbuat şurası
idarə heyəti
üzvlük
əflatun amaşov
deputat
https://cdnn1.img.sputnik.az/img/41756/38/417563816_0:36:2000:1161_1920x0_80_0_0_bf681c5c87f2ce76896697aa8c33c467.jpg
BAKI, 7 fevral — Sputnik. Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlərindən birinin İdarə Heyətinin iki üzvünə və digər həmkarlarımıza qarşı səsləndirdiyi fikirlər məni üzdü. Xeyli təəssüfləndim.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib."İstənilən vəziyyətdən, emosional durumdan asılı olmayaraq, jurnalistlərə qarşı həssas davranmaq vacibdir. Nəzərə alaq ki, hazırkı xoşagəlməz situasiyaya səbəb olmuş mövzunun özü də kifayət qədər həssas idi. Belə olan halda yalnız soyuq həqiqətlər açıqlanmalıydı, əlavə ritorikaya ehtiyac yox idi. Bu gün səhər Cavanşir Feyziyevlə əlaqə saxladım. Baş verənlər və onun Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyündən istefası məsələsini müzakirə etdik. Hazırda Cavanşir müəllim ölkədə yoxdur. Bir neçə günə gələcək. Onun özünün də iştirakı ilə İdarə Heyətinin iclasında məsələni bir daha müzakirə edəcəyik", - deyə Ə.Amaşov vurğulayıb.Qeyd edək ki, Milli Məclisin deputatı Cavanşir Feyziyev onun və ailə üzvlərinin Londondakı bank hesablarında saxlanılan milyonlarla funt-sterlinqin müsadirə edilməsi barədə məlumat yayan jurnalistləri təhqir edib. Onun tanınmış jurnalistlərin ünvanına böhtan və təhqir xarakterli ifadələr işlətdiyi müsahibə ölkə KİV-lərində dərc edilib.Həm də Mətbuat Şurasının İdarə heyətinin üzvü olan Cavanşir Feyziyevin ifadələri sosial şəbəkələrdə və jurnalistlər arasında böyük etiraz doğurub. "Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev Facebook sosial şəbəkəsindəki hesabında Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyündən istefa verdiyini açıqlayıb və buna səbəb kimi Feyziyevin onun haqqında yazdıqlarını göstərib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41756/38/417563816_153:0:1926:1330_1920x0_80_0_0_be5f2c3f8d90a338ce0ee38a34930ec1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
feyziyev mətbuat şurası idarə heyətinin üzvlüyündən də olacaq?
feyziyev mətbuat şurası idarə heyətinin üzvlüyündən də olacaq?
Amaşov millət vəkilinin MŞ-dən uzaqlaşdırıla biləcəyini deyir
Cavanşir Feyziyev onun və ailə üzvlərinin Londondakı bank hesablarında saxlanılan milyonlarla funt-sterlinqin müsadirə edilməsi barədə məlumat yayan jurnalistləri təhqir edib
BAKI, 7 fevral — Sputnik. Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvlərindən birinin İdarə Heyətinin iki üzvünə və digər həmkarlarımıza qarşı səsləndirdiyi fikirlər məni üzdü. Xeyli təəssüfləndim.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
"İstənilən vəziyyətdən, emosional durumdan asılı olmayaraq, jurnalistlərə qarşı həssas davranmaq vacibdir. Nəzərə alaq ki, hazırkı xoşagəlməz situasiyaya səbəb olmuş mövzunun özü də kifayət qədər həssas idi. Belə olan halda yalnız soyuq həqiqətlər açıqlanmalıydı, əlavə ritorikaya ehtiyac yox idi. Bu gün səhər Cavanşir Feyziyevlə əlaqə saxladım. Baş verənlər və onun Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyündən istefası məsələsini müzakirə etdik. Hazırda Cavanşir müəllim ölkədə yoxdur. Bir neçə günə gələcək. Onun özünün də iştirakı ilə İdarə Heyətinin iclasında məsələni bir daha müzakirə edəcəyik", - deyə Ə.Amaşov vurğulayıb.
Qeyd edək ki, Milli Məclisin deputatı Cavanşir Feyziyev onun və ailə üzvlərinin Londondakı bank hesablarında saxlanılan milyonlarla funt-sterlinqin müsadirə edilməsi barədə məlumat yayan jurnalistləri təhqir edib. Onun tanınmış jurnalistlərin ünvanına böhtan və təhqir xarakterli ifadələr işlətdiyi müsahibə ölkə KİV-lərində dərc edilib.
Həm də Mətbuat Şurasının İdarə heyətinin üzvü olan Cavanşir Feyziyevin ifadələri sosial şəbəkələrdə və jurnalistlər arasında böyük etiraz doğurub. "Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev Facebook sosial şəbəkəsindəki hesabında Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyündən istefa verdiyini açıqlayıb və buna səbəb kimi Feyziyevin onun haqqında yazdıqlarını göstərib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.