Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Yaşıl iqtisadiyyat"a keçid mümkün olacaq

© © Facebook / SOCAR Georgia PetroleumАвтозаправка SOCAR в Грузии, фото из архива
Автозаправка SOCAR в Грузии, фото из архива - Sputnik Azərbaycan, 1920, 06.02.2022
Abunə olmaq
SOCAR-ın vitse-prezidenti "mavi hidrogen" istehsalı və karbon neytrallığının təmin edilməsi üçün karbon qazının tutularaq, yeraltı strukturlarda saxlanması kimi gələcəkdə planlaşdırılan innovativ layihələr barədə danışıb.
BAKI, 6 fevral — Sputnik. SOCAR-ın Ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərinin 8-ci iclası çərçivəsində keçirilən "Enerji keçidi - Karbohidrogen mənşəli yanacaqlardan və metan azaldılması tədbirlərindən karbon neytrallığına doğru: yollar, çağırışlar, qrafiklər" sessiyasında iştirak edib.
SOCAR-dan Sputnik Azərbaycan-a bildirilib ki, SOCAR-ın Ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə çıxış edərək SOCAR-da iqlim dəyişmələrinə təsir edən qaz emissiyalarının azaldılması üzrə həyata keçirilmiş layihələr, Xəzər regionunda neft-qaz əməliyyatlarının ətraf mühitə təsirlərinin minimuma endirilməsi üzrə birgə əməkdaşlıq, dekarbonizasiya və aşağı karbonlu inkişaf strategiyası, enerji keçidi və alternativ enerji mənbələrindən istifadə sahəsində görülmüş işlər, habelə enerji daşıyıcısı kimi "mavi hidrogen" istehsalı və karbon neytrallığının təmin edilməsi üçün karbon qazının tutularaq, yeraltı strukturlarda saxlanması ("Carbon Capture and Storage" - CCS) kimi gələcəkdə planlaşdırılan innovativ layihələr haqqında iştirakçılara ətraflı məlumat verib.
R.Hüseynzadə çıxışı zamanı xüsusilə qeyd edib ki, ətraf mühitin mühafizəsi istiqamətində birgə əməkdaşlıq, ekoloji dayanıqlı texnologiyaların tətbiqi, habelə balanslaşdırılmış enerji keçidi sayəsində karbon neytrallığının təmin olunması və "yaşıl iqtisadiyyat"a keçid mümkün olacaq.
Tədbirin sonunda Nazirlərin 8-ci iclasının yekunlarına dair mətbuat konfransı keçirilib.
Xatırladaq ki, fevralın 4-də Bakıda "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərinin 8-ci toplantısı keçirilib.
Təbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov, Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz, Avropa Komissiyasının Enerji məsələləri üzrə Baş Direktorluğunun Enerji Siyasəti üzrə direktoru Kristina Lobilla Borrero, habelə ABŞ, Böyük Britaniya, İtaliya, Gürcüstan, Türkmənistan, Bolqarıstan, Albaniya, Serbiya, Macarıstan, Rumıniya, Şimali Makedoniya, Monteneqro, Xorvatiya, Bosniya və Herseqovina, Ukrayna və Moldovanın yüksək səviyyəli dövlət və hökumət nümayəndələri iştirak ediblər.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərinin 8-ci iclası çərçivəsində "Cənub Qaz Dəhlizi: nailiyyətlər və perspektivlər – Balkan ölkələri də daxil olmaqla, Cənub Qaz Dəhlizinin yeni enerji bazarlarına doğru genişləndirilməsi" və "Enerji keçidi - Karbohidrogen mənşəli yanacaqlardan və metan azaldılması tədbirlərindən karbon neytrallığına doğru: yollar, çağırışlar, qrafiklər" mövzularına həsr olunmuş plenar sessiyalar keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
"Qara qızıl"ımızın qiyməti 100 dollara yaxınlaşıb
Azərbaycan qazı Macarıstana nəql edilə bilər
Azərbaycanın böyük təbii qaz potensialı ixracı artırmağa imkan verir - İlham Əliyev
Xəbər lenti
0