SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanın böyük təbii qaz potensialı ixracı artırmağa imkan verir - İlham Əliyev

© AFP 2024 / HAIDAR MOHAMMED ALIQaz anbarı, arxiv şəkli
Qaz anbarı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.02.2022
Abunə olmaq
Prezident qeyd edib ki, hazırda qaz bazarındakı vəziyyət sabit deyil, qiymətlər dəyişkəndir. Bu amillər nəzərə alınaraq, bu il Azərbaycan keçən illə müqayisədə ixracı daha da artıracaq.
BAKI, 4 fevral - Sputnik. Biz neft ixracatına uzun illər bundan əvvəl – 2006-cı ildə başlamışıq. Təchizatda heç bir fasilə olmayıb, müqavilə şərtləri pozulmayıb, enerji siyasətinin arxasında heç bir siyasi gündəm dayanmayıb.
Bu fikirləri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında çıxışı zamanı söyləyib.
“Bizim enerji siyasətimiz həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb. İndi isə mən qaz alan ölkələrin bazarlarında Azərbaycan qazının payı ilə əlaqədar son məlumatlara baxanda görürəm ki, bu ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar və bu göstəricilər artır. Çünki biz hasilatı artırmağı planlaşdırırıq”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Prezident qeyd edib ki, hazırda qaz bazarındakı vəziyyət sabit deyil, qiymətlər dəyişkəndir. Bu amillər nəzərə alınaraq, bu il Azərbaycan keçən illə müqayisədə ixracı daha da artıracaq. Azərbaycanın böyük təbii qaz potensialı buna imkan verir.
***
Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artıra bilib.
Sputnik Azərbaycan Azərtac-a istinadla xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında çıxışı zamanı bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, keçən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib. Bunun 8,5 milyard kubmetri Türkiyəyə, təxminən 7 milyard kubmetri İtaliyaya, yerdə qalanı isə Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac olunub.
Bugünkü iclasda keçən illə müqayisədə daha çox sayda ölkə və şirkətlərin iştirak etdiyini vurğulayan Azərbaycan Prezidenti deyib: “Yeni iştirakçılarımız var və bu da onu göstərir ki, yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq, çünki Azərbaycan həmişə beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı olmuşdur”.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* İlham Əliyevlə Simsonun görüşü: Aİ ilə yeni saziş olacaq?
* Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında iştirak edir
Xəbər lenti
0