https://sputnik.az/20220206/meda-jurnalistlerin-tehqir-olunmasi-ile-bagli-beyanat-yaydi-438892148.html
MEDİA jurnalistlərin təhqir olunması ilə bağlı bəyanat yaydı
MEDİA jurnalistlərin təhqir olunması ilə bağlı bəyanat yaydı
Sputnik Azərbaycan
Bəyanatda qeyd olunub ki, plüralizm, söz azadlığı, hər hansı tənqidi media materialına cavab hüququ etik prinsiplərin pozulması və təhqir xarakterli ifadələr... 06.02.2022, Sputnik Azərbaycan
2022-02-06T23:54+0400
2022-02-06T23:54+0400
2022-02-07T09:57+0400
azərbaycan xəbərləri
media
https://cdnn1.img.sputnik.az/img/07e5/09/17/427995044_0:289:3072:2017_1920x0_80_0_0_da91b560e4a79d59273484e9c6317c78.jpg
BAKI, 6 fevral - Sputnik. Azərbaycan dövləti cəmiyyət həyatında mühüm rol oynayan peşəkar medianın fəaliyyətini daim yüksək qiymətləndirib, onun inkişafına hərtərəfli dəstək göstərib.Bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) bəyanatında deyilir.Bəyanatda bildirilir ki, ölkəmizin informasiya mühitinin sağlamlaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi hazırkı dövrdə bəzi şəxslərin öz statusundan istifadə edərək media mənsublarına qarşı etik çərçivələrə sığmayan təhqir və ittihamedici ifadələrdən istifadə etməsi yolverilməzdir:"Plüralizm, söz azadlığı, hər hansı tənqidi media materialına cavab hüququ etik prinsiplərin pozulması və təhqir xarakterli ifadələr üçün əsas ola bilməz.Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi vəzifəsindən və statusundan asılı olmayaraq, hər kəsi öz peşəkar funksiyalarını yerinə yetirən media və jurnalistlərlə münasibətlərində daha təmkinli, məsuliyyətli olmağa və qarşılıqlı hörmət prinsiplərinə riayət etməyə çağırır".Qeyd edək ki, Milli Məclisin deputatı Cavanşir Feyziyev onun və ailə üzvlərinin Londondakı bank hesablarında saxlanılan milyonlarla funt-sterlinqin müsadirə edilməsi barədə məlumat yayan jurnalistləri təhqir edib. Onun tanınmış jurnalistlərin ünvanına böhtan və təhqir xarakterli ifadələr işlətdiyi müsahibə ölkə KİV-lərində dərc edilib. Həm də Mətbuat Şurasının İdarə heyətinin üzvü olan Cavanşir Feyziyevin ifadələri sosial şəbəkələrdə və jurnaslitlər arasında böyük etiraz doğurub. "Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev Facebook sosial şəbəkəsindəki hesabında Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyündən istefa verdiyini açıqlayıb və buna səbəb kimi Feyziyevin onun haqqında yazdıqlarını göstərib. Həmçinin oxuyun:Milli Məclis Cavanşir Feyziyevin məsələsinə baxa bilər
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/17/427995044_306:0:3037:2048_1920x0_80_0_0_40c7a1741fd54bb98565d2c83d9f9de4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
media
MEDİA jurnalistlərin təhqir olunması ilə bağlı bəyanat yaydı
23:54 06.02.2022 (Yenilənib: 09:57 07.02.2022) Bəyanatda qeyd olunub ki, plüralizm, söz azadlığı, hər hansı tənqidi media materialına cavab hüququ etik prinsiplərin pozulması və təhqir xarakterli ifadələr üçün əsas ola bilməz.
BAKI, 6 fevral - Sputnik. Azərbaycan dövləti cəmiyyət həyatında mühüm rol oynayan peşəkar medianın fəaliyyətini daim yüksək qiymətləndirib, onun inkişafına hərtərəfli dəstək göstərib.
Bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, ölkəmizin informasiya mühitinin sağlamlaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi hazırkı dövrdə bəzi şəxslərin öz statusundan istifadə edərək media mənsublarına qarşı etik çərçivələrə sığmayan təhqir və ittihamedici ifadələrdən istifadə etməsi yolverilməzdir:
"Plüralizm, söz azadlığı, hər hansı tənqidi media materialına cavab hüququ etik prinsiplərin pozulması və təhqir xarakterli ifadələr üçün əsas ola bilməz.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi vəzifəsindən və statusundan asılı olmayaraq, hər kəsi öz peşəkar funksiyalarını yerinə yetirən media və jurnalistlərlə münasibətlərində daha təmkinli, məsuliyyətli olmağa və qarşılıqlı hörmət prinsiplərinə riayət etməyə çağırır".
Qeyd edək ki, Milli Məclisin deputatı Cavanşir Feyziyev onun və ailə üzvlərinin Londondakı bank hesablarında saxlanılan milyonlarla funt-sterlinqin müsadirə edilməsi barədə məlumat yayan jurnalistləri təhqir edib. Onun tanınmış jurnalistlərin ünvanına böhtan və təhqir xarakterli ifadələr işlətdiyi müsahibə ölkə KİV-lərində dərc edilib.
Həm də Mətbuat Şurasının İdarə heyətinin üzvü olan Cavanşir Feyziyevin ifadələri sosial şəbəkələrdə və jurnaslitlər arasında böyük etiraz doğurub. "Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev Facebook sosial şəbəkəsindəki hesabında Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyündən istefa verdiyini açıqlayıb və buna səbəb kimi Feyziyevin onun haqqında yazdıqlarını göstərib.