NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Səudiyyə Ərəbistan neftin satış qiymətini artırıb

© REUTERS / Lucy Nicholsonneft
neft - Sputnik Azərbaycan, 1920, 05.02.2022
Abunə olmaq
"Saudi Aramco" Asiya bazarındakı müştərilər üçün bütün neft markaları üzrə mart fyuçerslərinin qiymətini qaldırıb.
BAKI, 5 fevral — Sputnik. Neft hasilatı və ehtiyatı üzrə dünyanın ən iri kompaniyası, Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco" Asiya bazarındakı müştərilər üçün bütün neft markaları üzrə mart fyuçerslərinin qiymətini artırıb.
Sputnik Azərbaycan Bloomberg agentliyinə istinadla xəbər verir ki, "Saudi Aramco" Asiya ölkələri üçün "Arab Light" markalı neftin qiymətini fevral ayı ilə müqayisədə 60 sent qaldırıb.
Beləliklə, həmin neftin barelinin qiymət artımı 2,8 dollar təşkil edib ki, bu da 2020-ci ilin martından bəri ən yüksək göstəricidir.
Kompaniya, həmçinin Asiyadakı müştərilər üçün digər neft markalarının qiymətlərini də bahalaşdırıb – bareli 0,4-0,7 dollar. Səudiyyə Ərəbistanı hər ayın əvvəlində istehlakçıların müraciətləri əsasında çatdırılma cədvəli hazırlayır.
Qeyd edək ki, dünya birjalarında neftin qiymətləri bahalaşır.
London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 2,16 dollar artaraq 93,27 dollar, Nyu-York birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 2,04 dollar bahalaşaraq 92,31 dollar olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
"Qara qızıl"ımızın qiyməti 100 dollara yaxınlaşıb
Azərbaycan qazı Macarıstana nəql edilə bilər
Azərbaycanın böyük təbii qaz potensialı ixracı artırmağa imkan verir - İlham Əliyev
Xəbər lenti
0