Biatlon üzrə qarışıq estafetdə Rusiya komandası bürünc medallar qazanıb

© REUTERS / ATHIT PERAWONGMETHAКристина Резцова
Кристина Резцова - Sputnik Azərbaycan, 1920, 05.02.2022
Abunə olmaq
Bu estafetdə qələbəni 1 saat 6 dəqiqə 45,6 saniyə (13 qaçış, üç cərimə) göstərmiş norveçlilər qazanıb.
BAKI, 5 fevral - Sputnik. Rusiyalı biatlonçular qarışıq estafetdə üçüncü yeri tutaraq 2022-ci il Olimpiadasın ölkələrinə bürünc medallar qazandırıblar.
Yuliana Niqmatullina, Kristina Reztsova, Aleksandr Loginov və Eduard Latıpovun çıxış etdiyi Rusiya komandası məsafəni 1 saat 6 dəqiqə 47,1 saniyəyə qət edib.
Biatlonçular 13 əlavə patrondan istifadə edib və bir cərimə dövrəsi vurublar. Bu, adıçəkilən idmançıların karyeralarında ilk Olimpiya mükafatıdır.
Həmin estafetdə qələbəni 1 saat 6 dəqiqə 45,6 saniyə (13 qaçış, üç cərimə) göstərmiş norveçlilər qazanıb.
Fransızlar qaliblərə 0,9 saniyə uduzaraq (11 hədəfə dəyməyən güllə, üç cərimə dövrəsi) ikinci olublar.
Qeyd olunur ki, Rusiya komandası üçün bu, qarışıq estafetdə ilk Olimpiya medalıdır.
Biatlonçular sonuncu dəfə 2014-cü ildə Soçidə keçirilən Oyunlarda fəxri kürsüyə qalxıblar - o zaman Yevgeni Qaraniçev fərdi yarışda bürünc medal qazanıb.
© Sputnik / Павел Бедняков / Mediabanka keçidРоссийская спортсменка, член сборной России (команда ОКР) Наталья Непряева
Российская спортсменка, член сборной России (команда ОКР) Наталья Непряева  - Sputnik Azərbaycan, 1920, 05.02.2022
Российская спортсменка, член сборной России (команда ОКР) Наталья Непряева
Bu, artıq bu gün Rusiya yığmasının aktivində ikinci medaldır - birinci medalı Rusiya komandasına skiatlonda gümüş qazanan xizəkçi Natalya Nepryayeva gətirib.
Xatırladaq ki, Pekində Qış Olimpiya Oyunları Fevralın 4-dən 20-dək keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Qış Olimpiya Oyunlarında medal qazanan ilk idmançılar məlum olub
Rusiya Pekin Olimpiadasında ilk medalı qazandı
Xəbər lenti
0