Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Pekin-2022: Azərbaycan nümayəndə heyəti paraddan keçdi

© AP Photo / Jae C. HongAzərbaycan nümayəndə heyəti Pekin-2022 Qış Olimpiya Oyunlarının açılış mərasimində
Azərbaycan nümayəndə heyəti Pekin-2022 Qış Olimpiya Oyunlarının açılış mərasimində - Sputnik Azərbaycan, 1920, 04.02.2022
Abunə olmaq
Açılışa komandanın şef de-missionu, Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin müdiri Anar Bağırov və məşqçi Aleksey Çetveruxin də qatılıblar.
BAKI, 4 fevral — Sputnik. Azərbaycan nümayəndə heyəti Pekin-2022 Qış Olimpiya Oyunlarının açılış mərasimində paraddan keçib.
Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə Dövlət bayrağını fiqurlu konkisürən Vladimir Litvintsev daşıyıb.
Azərbaycan paradda iştirak edən 42-ci ölkə olub. Açılışa komandanın şef de-missionu, Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin müdiri Anar Bağırov və məşqçi Aleksey Çetveruxin də qatılıblar.
© AFP 2023 / JEWEL SAMADAzərbaycan nümayəndə heyəti Pekin-2022 Qış Olimpiya Oyunlarının açılış mərasimində
Делегация Азербайджана на открытии Зимних Олимпийских Игр Пекин-2022 - Sputnik Azərbaycan, 1920, 04.02.2022
Azərbaycan nümayəndə heyəti Pekin-2022 Qış Olimpiya Oyunlarının açılış mərasimində
Tamaşaçılar önündən Olimpiadanın vətəni Yunanıstan birinci, Türkiyə ikinci, Malta isə üçüncü keçib.
Azərbaycanın Olimpiya komandası fevralın 4-18-də keçiriləcək yarışda iki idmançı ilə təmsil olunacaq. Hər iki idmançımız fiqurlu konkisürmə növündə mübarizə aparacaq. Vladimir Litvintsev kişilərin, Yekaterina Ryabova qadınların yarışında buz üzərinə çıxacaqlar.
© AFP 2023 / MANAN VATSYAYANAAzərbaycan nümayəndə heyəti Pekin-2022 Qış Olimpiya Oyunlarının açılış mərasimində
Делегация Азербайджана на открытии Зимних Олимпийских Игр Пекин-2022 - Sputnik Azərbaycan, 1920, 04.02.2022
Azərbaycan nümayəndə heyəti Pekin-2022 Qış Olimpiya Oyunlarının açılış mərasimində
Azərbaycan Olimpiya komandasının bayraqdarı Vladimir Litvintsev fevralın 8-də və 10-da yarışacaq. Yekaterina Ryabovanın yarışı fevralın 15-də və 17-də baş tutacaq.
Pekin Qış Olimpiya Oyunlarına ümumilikdə 19 min könüllü cəlb olunub. Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin sessiyasında təşkilat komitəsinin vitse-prezidenti Yanq Şuan məlumat verib.
Oyunlar fevralın 20-də başa çatacaq.
Xəbər lenti
0