SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Gürcüstan "Gəncə qapıları"nı Azərbaycana vermək istəmir?

© Sputnik / Grigory SysoyevGürcüstan Respublikasının bayrağı
Gürcüstan Respublikasının bayrağı - Sputnik Azərbaycan, 1920, 04.02.2022
Abunə olmaq
Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mari Narçemaşvili deyib ki, Gəncə qapıları məsələsi Gürcüstan-Azərbaycan ikitərəfli əlaqələrinin gündəliyində deyil.
BAKI, 4 yanvar - Sputnik. Gəncə qapıları məsələsi Gürcüstan-Azərbaycan ikitərəfli əlaqələrinin gündəliyində deyil.
Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mari Narçemaşvili deyib. Bildirib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və iki ölkə arasında mədəniyyət sahəsində geniş əməkdaşlıq əlaqələri var.
“Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və bu ölkələrimiz arasında genişmiqyaslı iqtisadi əməkdaşlıqla təsdiq edilib. Gəncə qapıları məsələsinə gəlincə bu, Gürcüstan və Azərbaycan arasında ikitərəfli əlaqələrin gündəliyində deyil. Müvafiq olaraq, bu məsələ Azərbaycan və Gürcüstan arasında hökumətlərarası birgə iqtisadi komissiyasının protokolunda əks olunmayıb”, - Gürcüstan XİN rəsmisi bildirib. Bu barədə APA məlumat yayıb.
Gəncədə səfərdə olan mədəniyyət naziri Anar Kərimov jurnalistlərə bildirmişdi ki, Gəncə qapılarının taleyi onun ötən il Gürcüstan səfərinin gündəliyində olan məsələ idi.
"Biz bu məsələni orada olan aiddiyatı dövlət qurumları ilə müzakirə etdik", - nazir deyib.
Anar Kərimovun sözlərinə görə, bununla bağlı Gürcüstan tərəfindən yekdil bir rəy yoxdur:

"Biz Gəncə qapılarının danışıqlar vasitəsilə Azərbaycana geri qaytarılmasını müzakirə edirik. Bildiyiniz kimi, Gürcüstanla Azərbaycan arasında hökumətlərarası komissiya da var və hətta Azərbaycan tərəfindən bu məsələ komissiyanın gündəliyinə salınıb. Danışıqlar asan yox, ağır gedir. Bizim məqsədimiz qapıların Azərbaycana qaytarılmasıdır".

Xatırladaq ki, Gəncə qapıları — XI əsrin ortalarında Şəddadi hökmdarı Əbüləsvar Şavurun göstərişi ilə 1063-cü ildə Usta İbrahim Osmanoğlu tərəfindən hazırlanıb. 1139-cu ildə Gəncə zəlzələsi zamanı şəhərə qarət məqsədi ilə hücum etmiş gürcülər tərəfindən Gürcüstana aparılmış və hazırda bir tayı Gelati monastırında saxlanılır.
Azərbaycan müstəqilliyini əldə etdikdən sonra dəfələrlə Gəncə qapılarının qaytarılması ilə bağlı müraciətlər etsə də, Gürcüstan tərəfi buna razılıq verməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
"Gəncə qapıları"nın Azərbaycana qaytarılması ilə bağlı danışıqlar gedir
Mədəniyyət naziri baxımsız abidələrin taleyinə aydınlıq gətirdi
Orta əsrlərə aid abidə dəfinə axtaranların qurbanı olub
Mədəniyyət Nazirliyində dəyişikliklər baş verib
Xəbər lenti
0