Orta əsrlərə aid abidə dəfinə axtaranların qurbanı olub
08:51 04.01.2022 (Yenilənib: 17:06 04.01.2022)
© Photo : Arzu RzasoyCingöz qala
© Photo : Arzu Rzasoy
Abunə olmaq
Mədəniyyət naziri bildirib ki, nazirliyinin resursları az olduğuna görə, bu problemin həlli ilə bağlı başqa yanaşmalar düşünüləcək.
BAKI, 4 yanvar — Sputnik. Zaqatalanın Car kəndində yerləşən, el arasında Cimgöz qala (və ya Çingiz qala) adlandırılan abidə baxımsız durumdadır. Belə davam etsə, bir müddət sonra həmin abidədən əsər-əlamət qalmayacaq.
AMEA-nın tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli Sputnik Azərbaycan-a açıqlmasında bildirir ki, bu tipli qalalar şimal-qərb bölgəsində çoxdur və onların da vəziyyəti Cimgözdən fərqlənmir:
"Zaqatala və Balakən bölgəsində orta əsrlərə, xüsusən XIV- XVIII əsrlərə aid dördkünc, 3 və ya 4 mərtəbədən ibarət olan, bir növ gözətçi məntəqəsi rolu oynayan qalalar mövcuddur. Təkcə Katex kəndində bu qalaların 4-ü qalıb. Zaqatala rayonunun Mazıx kəndinin yol kənarında bu tipli abidə var, o da məhv olmaq üzrədir".
Tarixçinin sözlərinə görə, bəzi insanlar hesab edirlər ki, Cimgöz qalası Çingiz xanın şərəfinə tikilib. Amma bu fikir yanlışdır:
"Bəzən həmin qalanı Çingiz xanın adı ilə bağlamağa cəhd göstərirlər. Amma bu qala Çingiz xanın dövründə inşa edilməyib. Çünki, XVII-XVIII əsrlərdə Şimali və Cənubi Qafqazda müdafiə məqsədilə bu tipli qalalar tikilib. Çox güman ki, bu qala Səfəvi dövrünün son dönəmlərində şimal sərhədlərini qorumaq üçün tikilib. Car-Balakən camaatlığı dövründə də bu qalalar strateji nöqtələrdən birisi idi. Üzərində kitabəsi də mövcuddur".
© Photo : Arzu RzasoyCingöz qala
Cingöz qala
© Photo : Arzu Rzasoy
Tarixçi təəssüf hissi ilə qeyd edir k, qalanın yaxınlığında məskunlaşan ailə həmin abidənin içində qazıntı aparıb. Ailə zənn edib ki, o abidənin içərisini qazmaqla dəfinə tapacaq. Qazıntı aparan zaman abidəyə müəyyən zərər dəyib.
"Hər şey insanların cahilliyindən irəli gəlir. Təəssüf ki, insanlarımız da abidələrimizə qarşı laqeyddirlər", - Akif Məmmədli bildirib.
Mədəniyyət Nazirliyinin "2021-ci il üzrə hədəflər və nəticələr" mövzusunda keçirdiyi mətbuat konfransında çıxış edən nazir Anar Kərimov bildirib ki, bölgələrimizdə baxımsız qalan abidələr çoxdur. Onları qorumaq isə hər kəsin borcudur:
"Mədəniyyət abidəsi bizim kimliyimizdir, onu qorumaq hər kəsin borcudur. Baxımsız qalan tarixi abidələrimiz həddindən artıq çoxdur. Məlumat lövhəsinin yerləşdirilməsi hələ o demək deyil ki, həmin abidə nazirlik tərəfindən qorunur. O lövhə ona görə yerləşdirilir ki, həmin abidə tarixi-mədəniyyət abidəsidir və onun qeydiyyat nömrəsi var".
Mədəniyyət nazirinin sözlərinə görə, Nazirliyinin resursları az olduğuna görə, bu problemin həlli ilə bağlı başqa yanaşmalar düşünüləcək. Özəl şirkətlərin bu sahəyə cəlbi və cəmiyyətimizin mədəni irsimizə həssaslığının artırılması vacibdir:
© Photo : Arzu RzasoyCingöz qala
Cingöz qala
© Photo : Arzu Rzasoy
"Abidələrimizin acınacaqlı vəziyyətdə olması reallıqdır. Lakin biz bu reallıqla barışmamalıyıq. Burada əsas məsələ şəffaflığın artırılmasıdır. Özəl şirkət əmin olmaldır ki, onun verdiyi 1 manat belə, abidələrin konservasiyası və restavrasiyası üçün xərclənəcək. Hazırda həmin mexanizm üzərində işləyirik. Düşünürəm ki, ondan sonra insanlar abidələrimizə daha həssaslıqla yanaşacaqlar".
Nazir əlavə edib ki, bununla bağlı keçən il layihə hazırlanmışdı. Müəyyən fasilələrə görə, lahiyənin reallaşması mümkün olmadı:
© Photo : Arzu RzasoyCingöz qala
Cingöz qala
© Photo : Arzu Rzasoy
"Bununla bağlı "İrsimiz məsuliyyətimizdir" adlı layihə hazırlamışdıq. Məqsəd cəmiyyətimizin mədəni irsimizə diqqətinin artırılması idi. Mədəni irsimiz deyəndə bu, təkcə Mədəniyyət Nazirliyinə aid deyil. Bu, hamımızın, bütün cəmiyyətimizin, Azərbaycan xalqının irsidir. Vətəndaşlarımız da bilməlidirlər ki, hər hansısa bir abidəyə zibil atmaq, abidənin içində hər hansısa bir qeyri-qanuni iş görmək təkcə dövlətin məsuliyyəti deyil, bu, insanların özlərindən də aslıdır. Bu, bütün dünyada belədir. Mədəni abidələr təkcə dövlətə aid deyil, onu hər bir vətəndaş qorumalıdır. Bu irs olmayacaqsa, biz də olmayacağıq. Vətən müharibəsi başladığına görə biz o layihəni reallaşdıra bilmədik. Önümüzdəki il həmin layihəni yenidən canlandırmaq niyyətindəyik".