https://sputnik.az/20220204/cenub-qaz-dehlizi---nazirler-bu-gun-toplanir-438791430.html
Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında iştirak edir
Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında iştirak edir
Sputnik Azərbaycan
Xatırladaq ki, "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin son toplantısı 2021-ci il fevralın 11-də keçirilib.
2022-02-04T12:02+0400
2022-02-04T12:02+0400
2022-02-04T15:54+0400
qaz
iqtisadiyyat
cənub qaz dəhlizi məşvərət şurası
toplantı
nazirlər
https://cdnn1.img.sputnik.az/img/07e6/02/04/438829796_0:116:983:669_1920x0_80_0_0_ce0b5355816f0aaaa7bdee9f1cbb4e95.jpg
BAKI, 4 fevral — Sputnik. Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilir. Sputnik Azərbaycan AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edir.Dövlətimizin başçısı tədbirdə çıxış edib.---------10:43 İqtisadiyyat naziri Mikayıl Cabbarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.Görüşdə Azərbaycan-Macarıstan əlaqələrinin inkişaf etdiyi, dövlət və hökumət başçılarının qarşılıqlı səfərlərinin, keçirilmiş görüşlərin əməkdaşlığın genişlənməsində mühüm rolu vurğulanıb.Tərəflər iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsi barədə fikir mübadiləsi aparıb, yeni biznes təşəbbüslərinin və investisiyaların təşviqi, enerji, əczaçılıq, işğaldan azad olunmuş ərazilərimizin bərpasında Macarıstan şirkətlərinin iştirakı və s. məsələləri müzakirə ediblər.------------08:01Fevralın 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci toplantısı keçiriləcək. Bu barədə Sputnik Azərbaycan-a Energetika Nazirliyindən məlumat verilib.Tədbirdə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson, Avropa İttifaqı Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyinin, eləcə də ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Hersoqovina, Ukrayna və Türkmənistanın yüksək səviyyəli nümayəndələrinin iştirakı gözlənilir.Həmçinin enerji şirkətlərindən BP, BOTAŞ, TPAO, TANAP, TAP, SNAM, Fluxys, İCGB, Romgaz, SACE, SGC, Enagas, Uniper, TotalEnergies, Equinor, Lukoil, maliyyə təsisatlarından isə Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və digər qurumların nümayəndələrinin də tədbirə qatılması nəzərdə tutulur. Məşvərət Şurasının bu ilki iclasında Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti və "Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətinin nümayəndələrinin də iştirakı gözlənilir.Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci iclası "Cənub Qaz Dəhlizi: nailiyyətlər və perspektivlər – Cənub Qaz Dəhlizinin yeni enerji bazarları, o cümlədən Qərbi Balkan ölkələri istiqamətində genişləndirilməsi" və "Enerji keçidi – Karbohidrogen mənşəli yanacaqlardan və metan tullantılarının azaldılması tədbirlərindən karbon neytrallığına doğru: yollar, çağırışlar, qrafiklər" mövzularına həsr olunmuş plenar sessiyalarda keçiriləcək.Xatırladaq ki, "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı 2018-ci il fevralın 15-də, beşinci toplantı 2019-cu il fevralın 20-də, altıncı toplantı 2020-ci il fevralın 28-də, yeddinci toplantı isə 2021-ci il fevralın 11-də keçirilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:Azərbaycan Cənub Qaz Dəhlizinin genişləndirilməsi istiqamətində dialoqa hazırdır- NazirAzərbaycan qazı Macarıstana nəql edilə bilərErmənistan Azərbaycana delimitasiya ilə bağlı yeni təkliflər ötürüb - NazirAzərbaycan nefti 94 dollardan aşağı düşüb
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/04/438829796_74:0:966:669_1920x0_80_0_0_0da9ff0df49118f244159d9ee134e75e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
ilham əliyev cənub qaz dəhlizi nazirlərinin toplantısında
ilham əliyev cənub qaz dəhlizi nazirlərinin toplantısında
Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında iştirak edir
12:02 04.02.2022 (Yenilənib: 15:54 04.02.2022) "Cənub Qaz Dəhlizi: nailiyyətlər və perspektivlər – Cənub Qaz Dəhlizinin yeni enerji bazarları, o cümlədən Qərbi Balkan ölkələri istiqamətində genişləndirilməsi" və digər mövzular müzakirə ediləcək.
BAKI, 4 fevral — Sputnik. Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilir. Sputnik Azərbaycan AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edir.
Dövlətimizin başçısı tədbirdə çıxış edib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
Görüşdə Azərbaycan-Macarıstan əlaqələrinin inkişaf etdiyi, dövlət və hökumət başçılarının qarşılıqlı səfərlərinin, keçirilmiş görüşlərin əməkdaşlığın genişlənməsində mühüm rolu vurğulanıb.
Tərəflər iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsi barədə fikir mübadiləsi aparıb, yeni biznes təşəbbüslərinin və investisiyaların təşviqi, enerji, əczaçılıq, işğaldan azad olunmuş ərazilərimizin bərpasında Macarıstan şirkətlərinin iştirakı və s. məsələləri müzakirə ediblər.
Fevralın 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci toplantısı keçiriləcək. Bu barədə Sputnik Azərbaycan-a Energetika Nazirliyindən məlumat verilib.
Tədbirdə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson, Avropa İttifaqı Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyinin, eləcə də ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Hersoqovina, Ukrayna və Türkmənistanın yüksək səviyyəli nümayəndələrinin iştirakı gözlənilir.
Həmçinin enerji şirkətlərindən BP, BOTAŞ, TPAO, TANAP, TAP, SNAM, Fluxys, İCGB, Romgaz, SACE, SGC, Enagas, Uniper, TotalEnergies, Equinor, Lukoil, maliyyə təsisatlarından isə Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və digər qurumların nümayəndələrinin də tədbirə qatılması nəzərdə tutulur. Məşvərət Şurasının bu ilki iclasında Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti və "Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətinin nümayəndələrinin də iştirakı gözlənilir.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci iclası "Cənub Qaz Dəhlizi: nailiyyətlər və perspektivlər – Cənub Qaz Dəhlizinin yeni enerji bazarları, o cümlədən Qərbi Balkan ölkələri istiqamətində genişləndirilməsi" və "Enerji keçidi – Karbohidrogen mənşəli yanacaqlardan və metan tullantılarının azaldılması tədbirlərindən karbon neytrallığına doğru: yollar, çağırışlar, qrafiklər" mövzularına həsr olunmuş plenar sessiyalarda keçiriləcək.
Xatırladaq ki, "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı 2018-ci il fevralın 15-də, beşinci toplantı 2019-cu il fevralın 20-də, altıncı toplantı 2020-ci il fevralın 28-də, yeddinci toplantı isə 2021-ci il fevralın 11-də keçirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.