CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qar yağacaq - XƏBƏRDARLIQ

© AP Photo / Michael DwyerQar
Qar  - Sputnik Azərbaycan, 1920, 03.02.2022
Abunə olmaq
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək
BAKI, 3 fevral — Sputnik. Bakıda və Abşeron yarımadasında fevralın 5-də arabir yağıntılı olacağı, şimal-qərb küləyinin arabir 15-20 m/s, səhər və gündüz bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-ya bildirilib ki, havanın temperaturu ötən günlərlə müqayisədə 8-10° aşağı enəcək.
Azərbaycanın rayonlarında fevralın 4-ü axşam qərb rayonlarından başlayaraq 6-sı səhərədək bəzi rayonlarda hava şəraitinin fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Yağıntıların əsasən Böyük Qafqazın Quba-Qusar bölgəsində, Şərqi Zəngəzur, Qarabağ və Daşkəsən-Gədəbəy zonasında intensiv olacağı ehtimalı var.
Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.
Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Paytaxtda və rayonlarda yağıntı ehtimalı var
Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib
Xəbər lenti
0