https://sputnik.az/20220203/macaristan-azerbaycanin-azad-olunmus-erazilerine-vesait-ayiracaq-438801639.html
Macarıstan Azərbaycanın azad olunmuş ərazilərinə vəsait ayıracaq
Macarıstan Azərbaycanın azad olunmuş ərazilərinə vəsait ayıracaq
Sputnik Azərbaycan
Bakıda Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın iclası keçirilib. 03.02.2022, Sputnik Azərbaycan
2022-02-03T19:51+0400
2022-02-03T19:51+0400
2022-02-03T19:31+0400
ağdam
azərbaycan xəbərləri
macarıstan
vəsait
işğaldan azad edilmiş ərazilər
nazir
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/1b/425586031_0:0:3031:1705_1920x0_80_0_0_c97f2b13adc25ef0c619d0c54ee7639e.jpg
BAKI, 3 fevral — Sputnik. Macarıstanın paytaxtı Budapeştdə Azərbaycan dili və mədəniyyət mərkəzinin açılması ilə bağlı təklif verilib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.Onun sözlərinə görə, mərkəzin açılışı ilə bağlı işlərə başlanılacaq.Nazir bildirib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində minatəmizləmə və yenidənqurma işlərinə yaxın, dost ölkələr reaksiya verib. Bu ölkələrdən biri də Macarıstan olub.Nazir deyib ki, Macarıstan minatəmizləmə işlərinə qrant təqdim edib və həmin ölkənin Mərkəzi Bankı vəsait ayıra biləcəyini açıqlayıb.Azərbaycan-Macarıstan hökumətlərarası komissiyanın iclası keçirilib, ikitərəfli əməkdaşlıq sənədləri imzalanıbQeyd edək ki, Bakıda Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 8-ci iclası keçirilib. İclasda iştirak etmək üçün Komissiyanın Macarıstan tərəfindən həmsədri, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə P.Siyartonun təkbətək görüşündə ikitərəfli əməkdaşlıq məsələlərinə, Komissiyanın iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb.Daha sonra ikitərəfli əməkdaşlığa aid sənədlər imzalanıb. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev ilə Macarıstan tərəfinin aidiyyəti rəsmiləri ikitərəfli əməkdaşlığa dair sənədləri imzalayıblar.Həmçinin Komissiyanın həmsədrləri S.Babayev və P.Siyarto tərəfindən Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 8-ci iclasının yekunlarına dair Protokol imzalanıb.Sonra Azərbaycan və Macarıstan arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə S.Babayevin Macarıstan Respublikasının "Ləyaqət" Ordeni ilə təltif edildiyi bildirilib və P.Siyarto ordeni S.Babayevə təqdim edib.Komissiyanın həmsədrləri mətbuat üçün brifinq keçirərək Komissiyanın bu iclasının və imzalanan sənədlərin Azərbaycan və Macarıstanın əməkdaşlıq əlaqələrinin inkişafında önəmli rol oynayacağına ümidvar olduqlarını qeyd ediblər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.Həmçinin oxuyun:İki ölkə arasında uçuşların sayının artırılması müzakirə edilibErmənistan Azərbaycana delimitasiya ilə bağlı yeni təkliflər ötürüb - NazirAzərbaycan qazı Macarıstana nəql edilə bilər
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/1b/425586031_18:0:2749:2048_1920x0_80_0_0_7fc74a6b1c7c0ae19f69fc86be56ad79.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
macarıstanın mərkəzi bankı azad olunmuş ərazilərə vəsait ayıracaq
macarıstanın mərkəzi bankı azad olunmuş ərazilərə vəsait ayıracaq
Macarıstan Azərbaycanın azad olunmuş ərazilərinə vəsait ayıracaq
Bakıda Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın iclası keçirilib.
BAKI, 3 fevral — Sputnik. Macarıstanın paytaxtı Budapeştdə Azərbaycan dili və mədəniyyət mərkəzinin açılması ilə bağlı təklif verilib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
Onun sözlərinə görə, mərkəzin açılışı ilə bağlı işlərə başlanılacaq.
Nazir bildirib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində minatəmizləmə və yenidənqurma işlərinə yaxın, dost ölkələr reaksiya verib. Bu ölkələrdən biri də Macarıstan olub.
Nazir deyib ki, Macarıstan minatəmizləmə işlərinə qrant təqdim edib və həmin ölkənin Mərkəzi Bankı vəsait ayıra biləcəyini açıqlayıb.
Azərbaycan-Macarıstan hökumətlərarası komissiyanın iclası keçirilib, ikitərəfli əməkdaşlıq sənədləri imzalanıb
Qeyd edək ki, Bakıda Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 8-ci iclası keçirilib. İclasda iştirak etmək üçün Komissiyanın Macarıstan tərəfindən həmsədri, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə P.Siyartonun təkbətək görüşündə ikitərəfli əməkdaşlıq məsələlərinə, Komissiyanın iclasının gündəliyinə dair fikir mübadiləsi aparılıb.
Daha sonra ikitərəfli əməkdaşlığa aid sənədlər imzalanıb. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayev ilə Macarıstan tərəfinin aidiyyəti rəsmiləri ikitərəfli əməkdaşlığa dair sənədləri imzalayıblar.
Həmçinin Komissiyanın həmsədrləri S.Babayev və P.Siyarto tərəfindən Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 8-ci iclasının yekunlarına dair Protokol imzalanıb.
Sonra Azərbaycan və Macarıstan arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə S.Babayevin Macarıstan Respublikasının "Ləyaqət" Ordeni ilə təltif edildiyi bildirilib və P.Siyarto ordeni S.Babayevə təqdim edib.
Komissiyanın həmsədrləri mətbuat üçün brifinq keçirərək Komissiyanın bu iclasının və imzalanan sənədlərin Azərbaycan və Macarıstanın əməkdaşlıq əlaqələrinin inkişafında önəmli rol oynayacağına ümidvar olduqlarını qeyd ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.