https://sputnik.az/20220203/hendbol-federasiyasina-kim-prezident-secilib-438786183.html
Həndbol Federasiyasına kim prezident seçilib?
Həndbol Federasiyasına kim prezident seçilib?
Sputnik Azərbaycan
Gənclər və İdman Nazirliyinin inzibati binasında Azərbaycan Həndbol Federasiyasının (AHF) hesabat-seçki konfransı keçirilib. 03.02.2022, Sputnik Azərbaycan
2022-02-03T11:25+0400
2022-02-03T11:25+0400
2022-02-03T11:25+0400
həndbol
idman
gənclər və idman nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0c/435142566_0:0:3071:1728_1920x0_80_0_0_a7d3adf6d186d5d034472487429aa7e1.jpg
BAKI, 3 fevral — Sputnik. Azərbaycan Həndbol Federasiyasında (AHF) hesabat-seçki konfransı keçirilib.Sputnik Azərbaycan xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.AHF-in hazırkı prezidenti Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yenidən qurumun rəhbəri seçilib. O, növbəti 4 ildə də federasiyaya rəhbərlik edəcək.Azərbaycan Həndbol FederasiyasıSSRİ Həndbol Federasiyası 1954-cü ildə yaranandan sonra onun tərkibində fəaliyyət göstərən Azərbaycan Həndbol Federasiyası formalaşdırılıb. 25 ildən artıq dövrdə bu Federasiyaya SSRİ dərəcəli hakim, Tibb Akademiyasının professoru Kamal Kəbirlinski rəhbərlik edib.SSRİ dağılandan sonra 1992-ci ildə müstəqil Azərbaycanın ilk Həndbol Federasiyası yaradılıb. Federasiyanın prezidenti əvvəl AZ.NEFTEMAŞ zavodunun məsul işçisi, “ZİL mərkəz” mərkəzinin direktoru Sabir Hacıyev, 1999-cu ilin dekabr ayından isə Azərbaycan Dövlət Qiymətli Kağızlar Komitəsinin sədri, sabiq iqtisadi inkişaf naziri Heydər Babayev olub.2016-cı ilin dekabrın 1-də Milli Olimpiya Komitəsində Azərbaycan Həndbol Federasiyasının fəaliyyəti ilə bağlı keçirilən konfransda “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov səsvermə nəticəsində Azərbaycan Həndbol Federasiyasının prezidenti seçilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0c/435142566_155:0:2886:2048_1920x0_80_0_0_e07b4e7c6f2939f25eeec863d90e7610.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərbaycan həndbol federasiyasının yeni sədri kimdir?
azərbaycan həndbol federasiyasının yeni sədri kimdir?
Həndbol Federasiyasına kim prezident seçilib?
Gənclər və İdman Nazirliyinin inzibati binasında Azərbaycan Həndbol Federasiyasının (AHF) hesabat-seçki konfransı keçirilib.
BAKI, 3 fevral — Sputnik. Azərbaycan Həndbol Federasiyasında (AHF) hesabat-seçki konfransı keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.
AHF-in hazırkı prezidenti Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yenidən qurumun rəhbəri seçilib. O, növbəti 4 ildə də federasiyaya rəhbərlik edəcək.
Azərbaycan Həndbol Federasiyası
SSRİ Həndbol Federasiyası 1954-cü ildə yaranandan sonra onun tərkibində fəaliyyət göstərən Azərbaycan Həndbol Federasiyası formalaşdırılıb. 25 ildən artıq dövrdə bu Federasiyaya SSRİ dərəcəli hakim, Tibb Akademiyasının professoru Kamal Kəbirlinski rəhbərlik edib.
SSRİ dağılandan sonra 1992-ci ildə müstəqil Azərbaycanın ilk Həndbol Federasiyası yaradılıb. Federasiyanın prezidenti əvvəl AZ.NEFTEMAŞ zavodunun məsul işçisi, “ZİL mərkəz” mərkəzinin direktoru Sabir Hacıyev, 1999-cu ilin dekabr ayından isə Azərbaycan Dövlət Qiymətli Kağızlar Komitəsinin sədri, sabiq iqtisadi inkişaf naziri Heydər Babayev olub.
2016-cı ilin dekabrın 1-də Milli Olimpiya Komitəsində Azərbaycan Həndbol Federasiyasının fəaliyyəti ilə bağlı keçirilən konfransda “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov səsvermə nəticəsində Azərbaycan Həndbol Federasiyasının prezidenti seçilib.