Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakı-Qazax yolunda baş verən qəzada biri polis olmaqla 3 nəfər ölüb

© Sputnik / Rahim MammadovQəza yerində
Qəza yerində - Sputnik Azərbaycan, 1920, 02.02.2022
Abunə olmaq
Qəza nəticəsində xəsarət alaraq xəstəxanaya aparılan Şamaxı rayon Adanalı kənd sakini 1991-ci il təvəllüdlü Usubov Şakir Təbriz oğlunun da həyatını xilas etmək mümkün olmayıb.
BAKI, 2 fevral — Sputnik. Bakı-Qazax yolunda baş verən qəza nəticəsində biri polis əməkdaşı olmaqla olmaqla 3 nəfər həlak olub. Sputnik Azərbaycan-ın regional müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunda, Ağdaş rayonunun Yenicə kəndi ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata görə minik və yük avtomobilinin toqquşması nəticəsində minik avtomobilində olan Şamaxı rayon Qaravəlli kənd sakinləri 29 yaşlı Əmrahov Gülxas Füzuli oğlu Xudaverdiyev Pərviz Təbriz oğlu hadisə yerində ölüb.
Qəza nəticəsində xəsarət alaraq xəstəxanaya aparılan Şamaxı rayon Adanalı kənd sakini 1991-ci il təvəllüdlü Usubov Şakir Təbriz oğlunun da həyatını xilas etmək mümkün olmayıb
Qeyd edək ki, yol qəzasında ölən Xudaverdiyev Pərviz Təbriz oğlu mühafizə polisinin əməkdaşı olub. Faktla bağlı araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Prokurorluq Yevlaxdakı partlayışla bağlı məlumat yaydı
Xəbər lenti
0