Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycan Ordusu təlim-məşqlərini davam etdirir - VİDEO

Abunə olmaq
Əsas diqqət Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla müasir döyüş texnikası, eləcə də silahların düzgün və səmərəli tətbiqinə yönəldiləcək.
BAKI, 2 fevral — Sputnik. Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və idarəetmə orqanlarında yeni tədris ilinin başlanması ilə əlaqədar məşqlər keçirilir. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.
2022-ci tədris ilində döyüş hazırlığında əsas məqsəd qabaqcıl metodlardan və yüksək texnologiyadan geniş istifadə etməklə qoşunların idarəedilməsində operativliyin daha da artırılması, bölmələr arasında uzlaşmanın təşkili, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsi və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.
Müdafiə nazirinin göstərişi ilə əsas diqqət Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla sərt iqlim və çətin relyef şəraitində müxtəlif döyüş əməliyyatlarının aparılmasında müasir döyüş texnikası, eləcə də silahların düzgün və səmərəli tətbiqinə yönəldiləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin baxın:
"Şuşaya həyat yoldaşımın məzarını axtarmağa gedirəm" - Şəhidin xanımı - Video
MN: Komandoların döyüş fəaliyyətinin təşkilinə xüsusi diqqət yetirilir
Xəbər lenti
0